AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                       
30-03-2026, 22:26
Avtobus qatarla toqquşdu, xəsarət alanlar var


Avtobus qatarla toqquşdu, xəsarət alanlar var

Qazaxıstanın Almatı vilayətində dəmir yolu keçidində sərnişin avtobusu qatarla toqquşub.
Avtobus keçiddə kömür stansiyasından hərəkət edən qatara çırpılıb.
Hadisə zamanı xəsarət alan 6 nəfər tibb müəssisəsinə çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
30-03-2026, 22:08
Gəncədə zəncirvari qəza: Yaralananlar var


Gəncədə zəncirvari qəza: Yaralananlar var

Gəncədə zəncirvari yol qəzası baş verib.
Hərəkətdə olan "Chevrolet ", "Mercedes", "Toyota" və BMW" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
30-03-2026, 21:50
Bakıda qardaş qardaşı GÜLLƏLƏDİ


Bakıda qardaş qardaşı GÜLLƏLƏDİ

Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.
Bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
30-03-2026, 21:26
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu-YENİLƏNİB


Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi oldu-YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (9:8) Azərbaycan yığması turnirin qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

***

21:01

"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda penaltilər seriyası olacaq.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqəsində qonaqların heyətində Daniel Kanu fərqlənib.
72-ci dəqiqədə Rahil Məmmədov tarazlığı bərpa edib.

***

19:00

"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyunu start götürüb.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.
Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
30-03-2026, 20:49
Türkiyə və Suriya kəşfiyyatı casusu saxladı


Türkiyə və Suriya kəşfiyyatı casusu saxladı

Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Suriya Kəşfiyyat Xidməti tərəfindən həyata keçirilən birgə əməliyyat çərçivəsində xarici dövlətin maraqları naminə casusluq etdiyinə görə axtarışda olan Türkiyə vətəndaşı Öndər Sığırcıkoğlu Suriya-Livan sərhədində saxlanılıb.
O, artıq Ankaraya gətirilib və məhkəmə orqanlarına təhvil verilib.
Məlumata görə, saxlanılan şəxs 2011-ci ildə Azad Suriya Ordusunun komandirləri olan Hüseyn Harmuş və Mustafa Kassumu qaçıraraq Bəşər Əsəd rejiminə təhvil verib. H.Harmuş işgəncə ilə öldürülüb və bu, Suriya cəmiyyətində rezonans doğurub.
Bildirilir ki, 2013-cü ildə Ö. Sığırcıkoğlu Türkiyədə 20 il həbs cəzasına məhkum edilib. Lakin o, 1 il sonra həbsxanadan qaçıb və uzun illər müxtəlif ölkələrdə gizlənib.
30-03-2026, 20:21
Zaqatalada ağır qəza: Ölən və yaralananlar var


Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

Zaqatalada ağır yol qəzası baş verib, bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Zaqatala-Muğanlı yolunda, Aşağı Tala kəndi ərazisində Elvin Qurbanovun idarə etdiyi “VAZ-21011" markalı avtomobillə "Mercedes-C 200" markalı maşın toqquşub.
Qəza nəticəsində "VAZ 21011"də olan sərnişin 54 yaşlı Ülfət Qurbanov hadisə yerində ölüb. Ülfət Qurbanovun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.
Qəzada xəsarət alan Elvin Qurbanov, onun avtomobilində olan sərnişin Səməndər Qurbanlı, "Mercedes"in sürücüsü və onun 2 sərnişini müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
30-03-2026, 20:06
Su basmış ərazilərdən 547 nəfər təxliyə edilib


Su basmış ərazilərdən 547 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
FHN-dən verilən xəbərə görə, görülmüş tədbirlər nəticəsində 108-i azyaşlı olmaqla ümumilikdə 547 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

29-03-2026, 21:20
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var


Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Şəhər ərazisində hərəkətdə olan “VAZ 2107” və “BYD” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
29-03-2026, 20:54
Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var


Paşinyana kilsədə hücum oldu, saxlanılanlar var

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvanda kilsədə hücuma məruz qalıb.
Hadisə Müqəddəs Anna kilsəsində baş tutan ayindən sonra qeydə alınıb.
Belə ki, Paşinyan ayindən sonra kilsəni tərk edərkən bir nəfər onu vurmağa cəhd göstərib. Hadisə ilə bağlı üç nəfər saxlanılib.
29-03-2026, 20:28
İran İsrailin kimya zavodunu vurdu


İran İsrailin kimya zavodunu vurdu

İran İsrailin kimya zavoduna zərbə endirib.
Bu barədə "Ynet" məlumat yayıb.Hadisə nəticəsində zavodda yanğın baş verib.
Raket zərbəsindən sonra kimyəvi maddə sızması ehtimalı yaranıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!