İrəvanda çəkdiyi video ilə diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədov sosial şəbəkədə növbəti dəfə paylaşımını edib. Əslən Amasiya rayonunun Ağbaba kəndindən olan Rövşən Əhmədovun budəfəki paylaşımı Ermənistanın 2-ci ən böyük şəhəri Gümrüdən olub. O, yayımladığı videoda Gümrü şəhərinin mərkəzi küçələrini avtomobili ilə gəzir və şəhərlə bağlı 35 il əvvəlki xatirələrini bölüşür: "40 il keçib, amma heç bir dəyişiklik yoxdur. Atamın əlindən tutub, alış-veriş etdiyimiz günlər yadıma düşdü. Ağbaba kəndinin sakinləri artıq 40 ildir ki, öz yurd-yuvalarının həsrətini çəkirlər. Allahın iznilə Ağbabaya qayıdıb gələrik". Qeyd edək ki, Ağbaba kəndi Qərbi Azərbaycanın Amasiya rayonu ərazisində yerləşir.
Dünyada milyonlarla insan hələ də heç bir dövlətin vətəndaşı hesab olunmur. 2026-cı ilin məlumatına əsasən, dünyada təxminən 14 milyon nəfər vətəndaşlığı olmayan şəxs kimi yaşayır. Məlumata görə, onların böyük əksəriyyəti miqrantlar və qaçqınlardır. Lakin təxminən 25 faizi öz doğma ölkəsində yaşasa da, müxtəlif səbəblərdən dövlət tərəfindən vətəndaş kimi tanınmır. 2026-cü ilin yanvar ayına olan statistikaya əsasən, vətəndaşlığı olmayan şəxslərin sayına görə ilk 10 ölkə aşağıdakılardır:
Banqladeş — 900 mindən çox
Kot-d’İvuar — 692 min nəfər
Tayland — 479 min nəfər
Latviya — 225 min nəfər
Suriya — təxminən 160 min nəfər (müharibə səbəbindən dəqiq statistika aparmaq çətindir)
Dominikan Respublikası — 134 min nəfər
Küveyt — 92 min nəfər
Estoniya — 78 min nəfər
İraq — 47 min nəfər
Kolumbiya — 25 minədək
Ekspertlərin fikrincə, vətəndaşlığın olmaması şəxslərin təhsil, səhiyyə, məşğulluq və sosial təminat hüquqlarına çıxışını ciddi şəkildə məhdudlaşdırır və bu problem qlobal miqyasda insan hüquqları məsələsi kimi aktuallığını qoruyur.
ABŞ İranla razılaşma üzərində işləyir. Bu barədə dövlət katibi Marko Rubio Bloomberg-ə verdiyi müsahibədə bildirib. O qeyib ki, xüsusi elçi Uitkoff və prezidentin kürəkəni Kuşnerin yaxın gələcəkdə bir neçə görüş keçirməsi planlaşdırılır. "Hər hansı bir irəliləyiş əldə edə biləcəyimizi görəcəyik", - o deyib.
Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib
2025-ci ildə səfərbərlik hazırlığına da xüsusi diqqət yetirilib, səfərbərlik ehtiyatlarının keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Bu barədə bu gün Müdafiə Nazirliyinin 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib. Qeyd olunub ki, 2025-ci il ərzində toplanışlara cəlb edilən 19 mindən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlilərin bilik və bacarıqları təkmilləşdirilib, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib, eləcə də praktiki məşğələlər keçirilib. Bu istiqamətdə görülən işlərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilib.
Ermənistanda nazir müavini azərbaycanlılarla görüşdü
Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəliblər. Görüşdə Ermənistan Respublikası xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib. Müzakirələr zamanı 8 avqust 2025-ci il tarixində Vaşinqton sammitində müəyyən edilmiş sülh gündəliyindən irəli gələn məsələlər, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu geniş şəkildə müzakirə olunub.
İlham Əliyev bolqar həmkarı ilə enerji ixracından danışdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Azərbaycanda keçirilmiş Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini vurğulayan Bolqarıstan Prezidenti mədəniyyətimizlə yaxından tanış olduğunu, Novruz bayramı adət-ənənəmizin və muğam musiqimizin onda dərin təəssürat hissi yaratdığını bildirib. İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyi xatırladaraq, buna görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ali təhsil müəssisələrində bolqar dilinin tədrisi və bolqar mədəniyyətinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı bir neçə gün əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstanın Veliko Tırnovo şəhərində “Şuşa" parkının salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Sazişin imzalanması məmnunluqla qeyd olunub. Ölkələrimiz arasında enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bolqarıstanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Bu ilin mayında Azərbaycanın Dünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi vurğulanaraq, Bolqarıstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağı bildirilib.
19 azərbaycanlı 20 erməni ilə nələri müzakirə edir? - VİDEO
Hazırda Ermənistanda “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan ikitərəfli dəyirmi masanın yekun görüş toplantısı keçirilir. Görüş çərçivəsində tərəflər regional təhlükəsizlik, humanitar məsələlər və qarşılıqlı etimadın artırılması istiqamətində fikir mübadiləsi aparırlar. Xatırladaq ki, ötən gün görüş üçün Azərbaycan tərəfdən 19 nəfər- Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlyas Hüseynov və Fuad Ağamalıyev quru yolu ilə Ermənistana keçiblər. Ermənistan tərəfindən isə tədbirdə qeyri-hökumət təşkilatlarının 20 nümayəndə - Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan, Samvel Meliksetyan, Stepan Qriqoryan, Edqar Vardanyan, Robert Gevondyan, Lusine Xaratyan, Nelli Minasyan, David Stepanyan, Ruben Babayan, Eleonora Sarkisyan, Naira Martikyan, Vazgen Karapetyan, Tatev Danielyan, Armen Petrosyan, Alen Əmirxanyan, Nelli Rafaelyan, Jirair Abetyan iştirak edir. Görüşün videosunu təqdim edirik:
]İlham Əliyev Bundestaqın komitə sədri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə görüşüb. Söhbət zamanı dövlətimizin başçısının Armin Laşetlə görüşləri məmnunluqla xatırlandı. Armin Laşet Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi. Görüşdə Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüsləri barədə söhbət açıldı. Azərbaycanla Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə inkişaf etdiyi vurğulandı. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rola toxunuldu, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqda oynadığı rol vurğulandı, bu təcrübənin beynəlxalq çərçivədə bölüşülməsinin əhəmiyyəti qeyd edildi.
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanı ƏVƏZLƏYİR
ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiyada iştirakını artırır. Bu barədə "Townhall" Xarici Siyasət Tədqiqatları İnstitutunun (FPRI) baş elmi işçisi Stiven Blankın məqalə dərc edib. Müəllif vurğulayır ki, ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri və Vaşinqtonda keçirilən C5+1 sammiti ABŞ-ın Rusiya və Çinlə uzunmüddətli mövcudluq və rəqabətə doğru strateji kursunu təsdiqləyir. Bakıda Vens və Azərbaycan Prezidenti İlham Əliyev Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Sənəd Orta Dəhlizin və TRIPP-nin inkişafı, enerji, rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı əhatə edir. ABŞ həmçinin Xəzər dənizinin təhlükəsizliyi üçün Azərbaycana katerlər köçürəcək. Ermənistan mülki nüvə enerjisi ilə bağlı 9 milyard dollarlıq müqavilə, kəşfiyyat dronlarının alınmasına dair 11 milyon dollarlıq müqavilə imzalanıb və genişləndirilmiş texnoloji əməkdaşlıq elan edilib. ABŞ-ın vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında əldə edilən sülh müqavilələrində irəliləyişlər əldə edilir. Blank Konqresi Azərbaycana yardımı məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsini, eləcə də Orta Asiya ölkələri ilə ticarətə mane olan 1974-cü il Cekson-Venik Düzəlişini ləğv etməyə çağırır. O, bunun ABŞ-ın Avrasiyada mövqeyinin möhkəmlənməsinə yol açacağına inanır.
Dünya əmtəə bazarlarında qızıl qiyməti 5 min dolları ötüb. Hazırda dünya birjasında qızılın 1 troy unsiyası 5 049,5 dollar səviyəsinə çatıb. Son sutkada qızıl 100 dolardan çox bahalaşıb. Qızılla yanaşı gümüş, mis və platin də bahalaşır. Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!