Gültəkin Hacıbəyli sərbəst buraxılıb .....                        Luvr muzeyinin direktoru istefa verib .....                        "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı .....                        "Türk axını" və "Mavi axın" qaz kəmərlərinə qarşı təxribat var .....                        “Koalisiya daxilində Kiyevə təminatlarda razılıq yoxdur” .....                        Elgizlə Tolikin verilişi bağlanır .....                        Braziliyada güclü yağışlar: 22 nəfər ölüb .....                        Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub - VİDEO .....                        Rəsmi İrəvan Aİ-dən dəstək istəyir .....                       
14-02-2026, 12:19
Naxçıvanda faciə - ata öldü, 5 övladı xəstəxanada


Naxçıvanda faciə - ata öldü, 5 övladı xəstəxanada

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.
Hadisə şəhərin Xətai məhəlləsində baş verib.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.
Onun övladları - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
14-02-2026, 12:11
Sabah Bakıda havada tutulacaq


Sabah Bakıda havada tutulacaq

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunudan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.
14-02-2026, 11:43
Mingəçevirdə qəza - 1 nəfər öldü


Mingəçevirdə qəza — 1 nəfər öldü

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Elxan Şabanovun idarə etdiyi «Ford Transit» markalı 77-JH-140 dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında dayanmış «Nissan» markalı 77-UK-045 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşub.
Hadisə nəticəsində Elxan Şabanov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
14-02-2026, 11:10
Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi


Azərbaycanlı yeniyetmə Tbilisidə mağazanı qarət etdi

Gürcüstan paytaxtı Tbilisidə yeniyetmə mağazanı soymaq ittihamı ilə həbs edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılan şəxs əvvəllər məhkum edilmiş və hazırda şərti cəza çəkən 16 yaşlı L.G.-dir.
Nazirlik tərəfindən yayımlanan görüntülərdə gəncin kassadan lotereya bileti kassasını götürüb qaçdığı görünür.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin altı ilə qədər həbs cəzası nəzərdə tutan 178-ci maddəsinin 2-ci hissəsi ilə davam edir.
Xatırladaq ki, gəncin əslən Qardabanidən olan azərbaycanlı olduğu məlum olub.
14-02-2026, 10:15
Venesuela nefti 5 Qərb şirkətinin nəzarətinə keçdi


Venesuela nefti 5 Qərb şirkətinin nəzarətinə keçdi

Venesuelanın neft iqtisadiyyatını dəstəkləmək üçün 5 Qərb neft və qaz şirkətinə ölkədə işləmək üçün lisenziyalar verilib.
Bu barədə Tramp administrasiyası qərar verib. BP, Chevron, Eni, Repsol və Shell Venesuelada çalışacaq.
Əməliyyatlar və ödənişlər ABŞ tərəfindən nəzarət ediləcək və müqavilələr ABŞ agentlikləri tərəfindən müntəzəm olaraq nəzərdən keçiriləcək.
14-02-2026, 10:10
Az TV 70 yaşında


Az TV 70 yaşında

Bu gün ölkəmizin ilk televiziya və radio qurumu olan “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin yaranmasından 70 il ötür.
Azərbaycan televiziyası radiodan 30 il sonra 1956-cı il fevralın 14-də fəaliyyətə başlayıb.
İlk verilişin aparıcısı gənc aktrisa Nəcibə Məlikova olub. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
13-02-2026, 19:34
Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz


Paşinyan: Karapetyan Baş nazirliyə namizəd ola bilməz

Ermənistanın Baş naziri Nikol Paşinyan Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasından Baş nazirliyə namizədliyinə münasibət bildirib.
Paşinyan brifinqdə qeyd edib ki, Ermənistan Respublikasının qanun və Konstitusiyasına əsasən, ikinci və ya üçüncü ölkədə vətəndaşlığı olan şəxslər nə parlamentə, nə də Baş nazirliyə namizəd ola bilməzlər.
“Sizin danışdığınız məsələ nə de-yure, nə də de-fakto mövcuddur. Mövcud olmayan bir şey barədə şərh vermək lazımsızdır”, – Paşinyan əlavə edib.
13-02-2026, 19:15
Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR


Tütün qaçaqmalçılığı məhkəməsində gözlənilməz QƏRAR

Qaçaqmalçılıq fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsi və irimiqyaslı rüşvətxorluq əməllərində ittiham edilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları - Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev, eləcə də həmin idarəyə təhkim edilmiş "Azərterminalkompleks" Birliyinin kinoloqu Asif Hacımuradov, həmçinin Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Cəfər Rafie Rezaiannın işi üzrə məhkəmə dinləməsi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi altında keçirilən iclasda ilkin mərhələdə təqsirləndirilən şəxslərin vəkilləri prosesin qapalı rejimdə aparılması barədə vəsatət qaldırıblar.
Müşavirədən sonra məhkəmə heyəti prosesin tam qapalı keçirilməsinə razılıq verməsə də, iclasda iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinin zalı tərk etməsini tələb edib.
Məhkəmə prosesində keçmiş gömrük əməkdaşlarına ittiham aktının elan olunması nəzərdə tutulurdu.
İstintaq materiallarına əsasən, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və kinoloq Asif Hacımuradovun vətəndaşlar Etibar Hatəmli və İranlı Cəfər Rezaian ilə cinayət əlaqəsinə girdikləri müəyyən edilib. İttihama görə, onlar xidməti səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda rüşvət qarşılığında Cəfər Rezaianın İranda idarə etdiyi sərnişin avtobusunda gizlədilən malların ölkəyə buraxılmasına şərait yaradıblar. Həmin nəqliyyat vasitəsinin yük yerində ümumi dəyəri 410 min manat olan, tərkibində güclü təsiredici və psixotrop maddələr olan dərman preparatları, eləcə də Azərbaycanın aksiz markası ilə markalanmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar yolla qaçaqmalçılığı təmin edilib.
Qeyd edilən şəxslərdən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan tədbiri, Cəfər Rezaian haqqında isə fərqli qətimkan tədbiri seçilib.
Toplanmış sübutlara istinadən Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov və Asif Hacımuradova Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.4 (mütəşəkkil dəstə halında qaçaqmalçılıq), 213-1.2.1 (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi), 234.4.1, 234.4.3 (mütəşəkkil dəstə halında külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.1, 240.3.2 (mütəşəkkil dəstə halında külli miqdarda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi), 311.3.1 və 311.3.3-cü (mütəşəkkil dəstə halında külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Etibar Hatəmli Məcəllənin 206.4, 240.3.1 və 240.3.2-ci, Cəfər Rezaian isə müvafiq olaraq 200-1.2.2, 200-1.2.3, 206.4, 213-1.2.1, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb ediliblər.
13-02-2026, 19:00
Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı


Hava limanında həyəcan: Uçuşa hazırlaşan təyyarə təcili boşaldıldı

Antalyadan Qaziantepə uçuşa hazırlaşan “SunExpress” aviaşirkətinə məxsus “Boeing 737” tipli təyyarə hava limanında hərəkət edərkən şassi nasazlığı ilə üzləşib.
Hadisədən dərhal sonra sərnişinlər və ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunublar. Xoşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.
Məlumata əsasən, sərnişinlər sonradan alternativ təyyarə ilə Qaziantepə yola salınıblar. Nasazlıq aşkarlanan hava gəmisi isə ətraflı texniki baxışdan keçirilir və təmir prosesi başa çatdıqdan sonra yenidən istismara buraxılacaq.
13-02-2026, 18:50
Luvr muzeyində su sızması - Əsərlər zədələndi


Luvr muzeyində su sızması - Əsərlər zədələndi

Fevralın 13-nə keçən gecə Louvre Museumda yerləşən otaqlardan birində su basması qeydə alınıb.
Muzeyin texniki heyəti insidenti “fövqəladə vəziyyət” kimi qiymətləndirib. Subasma 707 nömrəli, “Duchâtel” adı ilə tanınan və XV–XVI əsrlərə aid eksponatların sərgiləndiyi zalda baş verib. Bildirilir ki, bəzi sənət əsərlərinə ciddi zərər dəyib və faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, yuxarı mərtəbələrdən birində yaranan güclü su sızmasına boru xəttindəki nasazlıq səbəb olub. 706–708 nömrəli zalların isə müvəqqəti olaraq ziyarətçilər üçün bağlandığı qeyd edilir.
Xatırladaq ki, ötən il oktyabrın 19-da naməlum şəxslər Luvra daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleon Bonaparteın kolleksiyasına aid 9 əşyanı oğurlamışdılar. Həmin eksponatların ümumi dəyəri 88 milyon avro olaraq qiymətləndirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!