Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                       
3-11-2025, 15:18
Emin Əmrullayevdən kadr hazırlığı ilə bağlı vacib açıqlama


]Emin Əmrullayevdən kadr hazırlığı ilə bağlı vacib açıqlama

“Qarabağ Universiteti Azərbaycanın intellektual suverenliyinin bərpasını simvolizə edir”.
Elm və təhsil naziri Emin Əmrullayev bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda səsləndirib.
Nazir çıxışında hazırlanmaqda olan “Azərbaycan Respublikasının 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyası” sənədində elm ilə bağlı yer alan məqamlara da toxunub.
Nazirin sözlərinə görə, elmi kadr hazırlığının müasir tələblərə uyğun təşkili yeni layihə əsasında həyata keçiriləcək.
Strategiyada həmçinin alimlərin elmmetrik bazalara çıxış imkanlarının genişləndirilməsi, elmin rəqəmsallaşdırılması və süni intellektin tətbiqi nəzərdə tutulur.
3-11-2025, 15:09
Bizim dilimizdə xarici kəlmələrə ehtiyac yoxdur


Bizim dilimizdə xarici kəlmələrə ehtiyac yoxdur

Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur.
Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.
“Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
3-11-2025, 15:00
Hədəqorxu ilə rüşvət alan meşəbəyi HƏBS EDİLDİ


]Hədəqorxu ilə rüşvət alan meşəbəyi HƏBS EDİLDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi Zahid Abuyevin qanunsuz əməllərinə dair çoxsaylı vətəndaş şikayəti əsasında Qusar rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilmiş çoxsaylı istintaq hərəkətləri nəticəsində Zahid Abuyevin 2016-cı ildən 2025-ci ilin aprel ayınadək Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işlədiyi müddətdə öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini aşmaqla Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin 40-a yaxın sakininin qanun pozuntuları barədə meşəbəyliyə və ya aidiyyəti qurumlara məlumat verməməsi müqabilində hədə-qorxu yolu ilə onlardan dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitləri və digər maddi nemətlər almasına dair əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Zahid Abuyev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (hədə-qorxu ilə təkrarən rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Qusar rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
3-11-2025, 14:54
Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edildi


Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin üzvü, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Tərəflər parlamentlərarası əlaqələrin, həmçinin siyasi partiyalar səviyyəsində təmasların iki qardaş ölkə arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini qeyd ediblər.
Görüşdə, həmçinin, regional təhlükəsizlik məsələləri, post-münaqişə dövründə bölgəmizdə vəziyyət, bərpa-quruculuq işləri, beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq əlaqələri, Türk Dövlətləri Təşkilatında prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
3-11-2025, 14:51
Nazirlikdən “əsgər kartı” ilə bağlı AÇIQLAMA


Nazirlikdən “əsgər kartı” ilə bağlı AÇIQLAMA

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.
Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Qeyd edilib ki, hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir.
Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir: "Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".
3-11-2025, 12:48
Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI


Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.
Bunun üçün “əsgər kartları” hazırlanıb.
Qeyd olunur ki, artıq “əsgər kartları"nın hərbi qulluqçulara paylanmasına başlanılıb.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli saytımıza açıqlamasında bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:
“Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.
3-11-2025, 12:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda noyabrın 4-də havanın yağışlı keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 17-21, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.
3-11-2025, 12:14
Mehdiyevin köməkçisi bundan əvvəl də həbs olunubmuş


Mehdiyevin köməkçisi bundan əvvəl də həbs olunubmuş

Xəbər verdiyimiz kimi, AMEA katibliyinin keçmiş rəisi Eldar Əmirov həbs olunub. O, dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.
Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, son vaxtlara kimi onun köməkçisi işləyib.
Eldar Əmirov bundan əvvəl də həbsdə olub.
O, 2022-ci ildə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib və məhkəmənin qərarı ilə 30 sutka həbsdə olub. Daha sonra həbs müddəti bitməmiş məhkəmənin qərarı azadlığa çıxıb.
Mətbuatda onun barəsində bir sıra iddialar da yayılıb. Qeyd olunur ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə akademiyaya Eldar Əmirov vasitəsilə nəzarət edib. Onun Mehdiyevin baldızının oğlu olduğu iddia edilsə də, sonrada bu məlumat təsdiqini tapmayıb.
3-11-2025, 11:52
Hesablama Palatası Böyük Qayıdışla bağlı işlərə belə rəy verdi


Hesablama Palatası Böyük Qayıdışla bağlı işlərə belə rəy verdi

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2026-cı ildə 3500,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 500,0 mln. manat və ya 12,5% azdır.
Bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinə verdiyi rəydə bildirilib.
“2026-cı ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına digər mənbələrdən də vəsaitlərin cəlb edilməsini şərtləndirir”, - deyə rəydə qeyd edilib.
Rəsmi məlumata görə, 2025-ci ilin ilk 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2746,9 mln. manat icra edilib ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 68,7%-nə bərabərdir.
“Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, eyni məzmunlu və tipli layihələrdə ehtimal qiymətlərinin uyğunlaşdırılması, layihələrin maliyyələşdirilməsinə qeyri-büdcə təşkilatlarının vəsaitlərinin də cəlb edilməsi, büdcə yükünün azaldılması və vəsaitin istifadəsində qənaətlilik prinsipinin gözlənilməsi məsələsində optimallaşdırmanın zəruri olduğu qənaətinə gəlinib. Eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktuallığını göstərir.
Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 mln. manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının uzadılmasını şərtləndirir”, - rəydə bildirilib.
Əvvəlki ilin dövlət büdcəsinin icrası üzrə hesabatlara əsasən, maliyyələşdirilmiş 262 layihədən 36 layihə başa çatmış, 226 layihə isə keçid layihəsi olmaqla yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə), inzibati binaların və digər infrastrukturun tikintisini əhatə etmişdir.
Bununla yanaşı, cari ilin 8 aylıq icra məlumatlarında əvvəlki ildən fərqli olaraq, dövlət büdcəsi xərclərində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə vəsaitin layihələr üzrə ayrılıqda nəzərdə tutulması dövlət vəsaitinin idarə edilməsində maliyyə intizamını artırmaqla yanaşı, layihələrin icra vəziyyətinə münasibət bildirilməsi məsələsini də şəffaflaşdırır.
3-11-2025, 11:44
Ramiz Mehdiyevin köməkçisi HƏBS EDİLDİ


Ramiz Mehdiyevin köməkçisi HƏBS EDİLDİ

AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışmış Eldar Əmirov həbs olunub.
Bununla bağlı məhkəmə qərar verib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!