ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                       
12-10-2025, 14:08
Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü


Tatarıstanda qayıq qəzası - 2 nəfər öldü

Tatarıstanda Kama çayında batmış motorlu qayığın göyərtəsində olan iki nəfərin cəsədi tapılıb, daha bir nəfərin axtarışları davam edir.
Bu barədə Rusiya FHN-nin Tatarıstan üzrə Baş İdarəsi "Telegram" kanalında məlumat yayıb.
"Axtarışlar zamanı Çistopol şəhəri yaxınlığındakı adanın sahilindən bir metr aralıda 52 yaşlı kişi və 38 yaşlı qadının cəsədləri sudan çıxarılıb. Həlak olanların üzərində xilasedici jilet olmayıb", – deyə məlumatda bildirilib.
45 yaşlı kişinin axtarışları isə davam edir.
Qeyd edək ki, daha əvvəl idarə məlumat yaymışdı ki, 11 oktyabrda Çistopol yaxınlığında Kama çayında beş nəfərin olduğu motorlu qayıq batıb. İki qadın yaxınlıqdakı adaya üzərək xilas ola bilib. Qayıqdakı üç sərnişinin axtarışlarına başlanıb.
12-10-2025, 13:52
"Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan


"Taliban" kimi müki əhalini hədəfə almırıq - Pakistan

Rəsmi İslamabad Pakistan-Əfqanıstan sərhədindəki hadisələrlə bağlı narahatlığını ifadə edib.
Bu barədə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, "Taliban" hökumətinin sərhəd boyunca səbəbsiz atəş açması və basqınları ciddi təxribat kimi qiymətləndirilir:
"Pakistanın cavab zərbələri "Taliban"ın infrastrukturuna yönəlib və Əfqanıstan torpağından fəaliyyət göstərən terror elementlərini zərərsizləşdirməyə xidmət edir".
O qeyd edib ki, Pakistanın müdafiə xarakterli cavabı sülhpərvər əfqan mülki əhalisini hədəf almır: "Taliban" qüvvələrindən fərqli olaraq, biz mülki itkilərin qarşısını almaq üçün son dərəcə ehtiyatlı davranırıq".
XİN rəhbərinin sözlərinə görə, onlar "Taliban" hökumətindən terrorçu elementlərə və himayədarlarına qarşı konkret tədbirlər görülməsini gözləyir.
"Pakistan öz ərazisini, suverenliyini və xalqını qorumaq üçün bütün mümkün tədbirləri görəcək", - Dar vurğulayıb.
Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
12-10-2025, 13:33
Azərbaycanda 16 yaşlı qız ana oldu


Azərbaycanda 16 yaşlı qız ana oldu

Azərbaycanda 16 yaşlı qız ana olub.
Bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlama yayıb.
“Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən ona dəstək göstərilib. Artıq körpəsi ilə birlikdə sığınacağa yerləşdirilən azyaşlının həm anası, həm də atası dünyasını dəyişib. Uşağın atasının isə harada olduğu bilinmir.
Azyaşlının dediyinə görə, həmin şəxsin 27 yaşı var”, - deyə Mehriban Zeynalova bildirib.
12-10-2025, 13:20
Mingəçevirdə zirzəmidən körpə tapıldı


Mingəçevirdə zirzəmidən körpə tapıldı

Mingəçevirdə zirzəmidən körpə tapılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə ilə əlaqədar ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır.
Azyaşlı həmin yerdən götürülərək polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilməsi təmin olunub və hazırda müayinəsi aparılır.
Həmçinin, körpənin yaxınlarının müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
12-10-2025, 12:51
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə az çiskin olacağı, axşam isə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 1-5, gündüz 5-10 dərəcə isti olacaq.
12-10-2025, 12:05
"Sülh Sammiti"nə kimlər qatılacaq?


"Sülh Sammiti"nə kimlər qatılacaq?

Xəbər verdiyimiz kimi, Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs məsələsinə həsr olunmuş zirvə toplantısı keçiriləcək.
ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdül Fəth əs-Sisi bir sıra dünya liderlərinin qatıldığı “Sülh Sammiti”nə sədrlik edəcəklər.
BMT-nin baş katibi Antonio Quterreş, Britaniyanın baş naziri Keir Starmer, İtaliya baş naziri Corcia Meloni, İspaniya baş naziri Pedro Sançes, Fransa prezidenti Emmanuel Makron da sammitə qatılacaq.
İsrail baş naziri Benyamin Netanyahunun Şarm əl-Şeyxdə olub-olmayacağı ilə bağlı heç bir məlumat verilmir. HƏMAS iştirak etməyəcəyini bildirib.
Sammitin məqsədi Qəzza zolağında müharibəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitliyə nail olmaq üçün səyləri artırmaq və regional təhlükəsizlik və sabitliyin yeni dövrünü açmaq olacaq.
12-10-2025, 11:36
HAMAS və İsrail girovları sabah azad edəcəklər


HAMAS və İsrail girovları sabah azad edəcəklər

HAMAS və İsrail girov və məhbusları sabah – oktyabrın 13-də səhər azad etməyə başlayacaq.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Oktyabrın 9-da əldə olunmuş razılaşmaya əsasən, İsrail Ordusu 24 saat ərzində hərbi birləşmələrin Qəzzadan çıxarılmasını yekunlaşdırmalıdır. HAMAS isə İsrail qoşunlarının Qəzzadan çıxarılmasından 72 saat sonra israilli girovları azad etməli, meyitlərini təhvil verməlidir. İsrailli girovların 20-nin sağ olduğu bildirilir.
İsrail Ordusu cümə günü günortaya qədər Qəzzadan geri çəkilməni yekunlaşdırıb və 72 saatlıq müddət başlayıb.
İsrail 2000-ə qədər fələstinli məhbusu azad etməlidir.
12-10-2025, 11:25
Sadıqov büdcədən 30 milyard mənimsəyib? - YENİ DETALLAR


Sadıqov büdcədən 30 milyard mənimsəyib? - YENİ DETALLAR

Azərbaycan əsilli iş adamı, “Ximki” futbol klubunun sabiq sahibi Tufan Sadıqovun Rusiyanın dövlət büdcəsindən on milyardlarla rubl mənimsədiyi iddia edilir.
İddialar Rusiya mediası və bir sıra teleqram kanallarında yayılıb.
Bildirilir ki, “Rosavtodor” dövlət şirkəti onun rəhbərlik etdiyi “Xotkovskiy Avtomost” adlı podratçı şirkət vasitəsilə külli miqdarda vəsait “yuyub”.
İddialara əsasən, Sadıqovun şirkəti “Rosavtodor”dan müxtəlif yol infrastrukturu layihələrinin həyata keçirilməsi üçün 26 milyard rubl avans alıb, lakin həmin vəsait təyinatı üzrə xərclənməyib. Bəzi mənbələrdə isə ümumi mənimsənilən məbləğin 30 milyard rubldan çox olduğu bildirilir.
2024-cü ilin sonunda Tufan Sadıqov “kiçik rüşvət alma” ittihamı ilə saxlanılmış, daha sonra 20 milyard rubl girov qarşılığında ev dustaqlığına buraxılmışdı. Yanvar ayında ev dustaqlığı ləğv edilsə də, istintaq hələ də davam edir. Son günlər rus mediası Sadıqovun şirkəti ilə bağlı yeni maliyyə maxinasiyaları barədə yazır.
Bir neçə gün əvvəl “Xotkovskiy Avtomost”un baş direktoru Vladimir Malozemov saxlanılıb. O, Sadıqovun yaxın adamı hesab edilir. 2024-cü ildən onun rəhbərliyi ilə şirkət “Rosavtodor”dan yeni irimiqyaslı kontraktlar alıb. Layihələr arasında Sergiyevo-Posad rayonu, Mordoviya, Başqırdıstan, Yakutiya və Astraxan regionları, eləcə də M8 “Xolmoqori” magistralının rekonstruksiyası və Buryatiyada Uda çayı üzərində körpü tikintisi kimi obyektlər var.
Lakin bu layihələrin çoxu yarımçıq qalıb, yollar və körpülər tikilməyib, müqavilələr isə “tərəflərin razılığı ilə” ləğv edilib. Dəyişən yalnız smetalar olub, yollar yoxa çıxıb.
Diqqətçəkən başqa bir maraqlı məqam odur ki, Sadıqovun şirkətində bir müddət “Rosavtodor” rəhbəri Roman Novikovun oğlu Nikolay Novikov da işləyib. Rusiya mediası bu faktı təsadüf hesab etmir və bunu korrupsiya sxeminin bir hissəsi sayır. İddialara görə, podratçı büdcə pullarını guya materialların alınması üçün subpodratçılara köçürüb, lakin materiallar heç vaxt alınıb gətirilməyib.
Hazırda Tufan Sadıqovun Türkiyədə yaşadığı və burada Serik Belediyyespor klubunun 50 faiz səhmini 4 milyon avroya aldığı bildirilir. Bundan əlavə, onun Türkiyədə bir neçə otelin sahibi olduğu da qeyd edilir.
Tufan Sadıqov 1972-ci ildə Goranboy rayonunda anadan olub. Uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. Onun adı ilk dəfə 2020-ci ildə “Xotkovskiy Avtomost” şirkətinin maliyyə qalmaqalları fonunda mediada hallanmağa başlayıb.
Hazırda Rusiya hüquq-mühafizə orqanları Sadıqov və onun tərəfdaşlarına qarşı genişmiqyaslı istintaq aparır.
12-10-2025, 11:20
"Qarabağ" dünya reytinqində daha 14 pillə irəlilədi


"Qarabağ" dünya reytinqində daha 14 pillə irəlilədi

"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib.
Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb. "Köhlən atlar" ötən ay 38 pillə irəliləmişdi.
"Sabah" (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.
"Araz-Naxçıvan" (66.5) 355-dən 391-ə, "Zirə" (65.5) isə 380-dən 407-yə düşüb.
Qeyd edək ki, 501 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 537 xalla liderdir.
12-10-2025, 10:56
Kuba Ukrayna müharibəsində iştirakını təkzib etdi


Kuba Ukrayna müharibəsində iştirakını təkzib etdi

Kuba hökuməti Ukrayna müharibəsində Rusiyanın tərəfində iştirak etməsi və vətəndaşlarını döyüş əməliyyatlarına göndərməsi barədə ABŞ-ın ittihamını rədd edib.
Bu barədə Kuba Xarici İşlər Nazirliyi bəyanatında bildirilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Kuba vətəndaşlarının Rusiya tərəfində Ukrayna müharibəsində iştirakı barədə məlumatlı olduqlarını bildirmişdi.
Kuba XİN bəyan edib ki, hakimiyyət öz təşəbbüsləri ilə hər iki tərəfdən Rusiya-Ukrayna müharibəsində iştirak edən kubalılar barədə dəqiq məlumata malik deyil: “Birmənalı olaraq həmin şəxslər Kuba hökuməti tərəfindən dəstəklənməyib, buna həvəsləndirilməyib, Kuba hökumətinin bununla bağlı razılığı olmayıb”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!