Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                       
2-10-2025, 21:57
Rəqs eliyən həkim yenidən işə başlayıb?


Rəqs eliyən həkim yenidən işə başlayıb?

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb.
Sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdulayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb.
G.Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

2-10-2025, 21:11
Rusiya iki dəfə NATO üzvü olmaq istəyib


Rusiya iki dəfə NATO üzvü olmaq istəyib

Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.
Bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib
Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.
Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: "Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var".
2-10-2025, 20:10
Növbəti sammit Ermənistanda keçiriləcək


Növbəti sammit Ermənistanda keçiriləcək

Avropa Siyasi Birliyinin (ASB) növbəti, sayca 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"İştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı İrəvana rəsmi dəvət etmişəm; onların hər birini qəbul etmək mənim üçün böyük şərəfdir", - o deyib.
2-10-2025, 20:00
Konstitusiya məhkəməsindən vacib qərar


Konstitusiya məhkəməsindən vacib qərar

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qərar qəbul edib.
Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatında bildirilib.
Məlumata görə, Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə məruzəni, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu, rəyləri araşdırıb, müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
2-10-2025, 19:37
Ukrayna 185 hərbçini Rusiyaya verdi


Ukrayna 185 hərbçini Rusiyaya verdi

Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki vətəndaşını geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri qarşı tərəfə təhvil verilib.
Rusiya Müdafiə Nazirliyi mübadilənin cari ilin 23 iyulunda İstanbulda əldə olunmuş Rusiya–Ukrayna razılaşmaları əsasında həyata keçirildiyini bildirib.
Geri qaytarılan Rusiya hərbçiləri və mülki şəxslər hazırda Belarus ərazisindədir, onlara zəruri tibbi və psixoloji yardım göstərilir. Onların yaxın vaxtlarda Rusiyaya gətirilmələri, xüsusi ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə və reabilitasiya kursu keçmələri nəzərdə tutulur.
2-10-2025, 19:27
Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı


Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə enerji əməkdaşlığı məsələlərini müzakirə etdiklərini açıqlayıb.
Bu barədə o, "X" sosial media platformasında yazıb.
"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - o vurğulayıb.
O, liderlərin gələcək təmaslar barədə razılığa gəldiyini bildirib.
"Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram", - Ukrayna Prezidenti qeyd edib.
2-10-2025, 18:53
“Qarabağ”a görə “Gənclik”də rekord qırıldı


“Qarabağ”a görə “Gənclik”də rekord qırıldı

Dünən baş tutan “Qarabağ”-“Kopenhagen” matçı ilə bağlı “Gənclik” metrostansiyasında ilin rekordu qeydə alınıb.
Oyun günü Bakı metropolitenindən 802 813 sərnişin istifadə edib.
“Gənclik” stansiyası 73 025 sərnişin daşınması ilə bu il ilk dəfə günün lideri olub.
Daha əvvəl stansiya üzrə səfər sayı yalnız bir dəfə 70 mini keçib – 15 sentyabr (70 843 sərnişin).
2-10-2025, 18:30
İlham Əliyev Niderlandın Baş naziri ilə müzakirə apardı


İlham Əliyev Niderlandın Baş naziri ilə müzakirə apardı

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.
Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd etdi.
Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulandı, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olundu.
Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd etdi.
2-10-2025, 17:58
İstanbulda 5 ballıq zəlzələ: 17 nəfər xəsarət aldı - YENİLƏNİB


İstanbulda 5 ballıq zəlzələ: 17 nəfər xəsarət aldı - YENİLƏNİB

İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.
Bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat yayıb.
Xəsarət alanlar əsasən özlərini binalardan atanlardır.

***
Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
2-10-2025, 16:45
Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub


Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub

2025-ci ilin sentyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 14 gün normadan yuxarı (0.3-4.9 dərəcə), 16 gün isə normadan aşağı (0.2-5 dərəcə) olub. Sentyabr ayının orta aylıq temperaturu 21.4 dərəcə isti olub ki, bu da iqlim normasından 0.5 dərəcə aşağıdır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Nazim Mahmudov bildirib ki, sentyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında sentyabrın 3-ü müsbət 37.1 dərəcə, bölgələrdə isə (Kürdəmir) sentyabrın 1-i müsbət 39.8 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də 11.9 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə sentyabrın 15-də və 23-də 2.5 dərəcə şaxta (Şahdağ) qeydə alınıb.
“Sentyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Şahdağda 14 sm qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 195 faizi olmaqla (Astara 388 mm) Lənkəran-Astara zonasına, aylıq normanın 249 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 43 mm) düşüb. Yağan intensiv yağışlar nəticəsində ölkə üzrə 5 sel hadisəsi qeydə alınıb", - o deyib.
N.Mahmudov qeyd edib ki, sentyabrın 11-də Oğuz rayonunun Başdaşağıl kəndinə, Naxçıvana, Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə, Gədəbəy rayonunun Söyüdlü kəndinə, sentyabrın 20-də isə Qəbələ rayonunun Kiçik Əmili kəndinə və İsmayıllı rayonuna dolu düşüb:
“Sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 xəbərdarlıq (sarı və narıncı) verilib. Ümumilikdə ölkə ərazisində 24 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!