Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
19-03-2026, 18:14
Azərbaycanda yeni agentlik yaradıldı


Azərbaycanda yeni agentlik yaradıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Prezident İlham Əliyev əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanla İTSDA və ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
19-03-2026, 18:05
İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi


İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə keçib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
19-03-2026, 17:56
İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ


İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ

Prezident İlham Əliyevin fərmanı ilə “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol”un təsdiqlənib.
Fərmana əsasən, 2024-cü il oktyabrın 8-də Moskva şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış “Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 2010-cu il 10 dekabr tarixli Müqaviləsində düzəlişlər edilməsi barədə Protokol” təsdiq edilib.
Bu Fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.
19-03-2026, 17:52
ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər


ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər

Vaşinqton tankerlərdə saxlanılan İran neftinə qarşı sanksiyaların ləğvi imkanlarını araşdırır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bu barədə məlumat verib.
Bessentin sözlərinə görə, bu qərar İran neftini Çindən kənar bazarlara, o cümlədən Avropaya yönəldə bilər. O, həmçinin qeyd edib ki, Vaşinqton strateji ehtiyatlarından əlavə neft buraxmağı nəzərdən keçirə bilər.
Nazir vurğulayıb ki, ABŞ neft bazarlarına müdaxilə etmir və bunu etmək planı da yoxdur.
19-03-2026, 17:48
Daha bir marşrut xətti karta keçdi


Daha bir marşrut xətti karta keçdi

Martın 23-dən Bakının Binəqədi qəsəbəsini metronun "Azadlıq prospekti" stansiyası ilə əlaqələndirən 41 nömrəli müntəzəm marşrutda nağdsız ödəniş tətbiq ediləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, marşrut üzrə 15 yeni "İsuzu" markalı avtobus fəaliyyət göstərir. Nəqliyyat vasitələri müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda gedişhaqqı 0,6 manat müəyyən edilib.
19-03-2026, 17:42
Hüseyn Dehqanın Laricanini əvəz etdiyi təkzib olundu


Hüseyn Dehqanın Laricanini əvəz etdiyi təkzib olundu

Hüseyn Dehqanın İran Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilməsi xəbəri təkzib edilib.
Bu barədə yarımrəsmi “Tasnim” Agentliyinin İslam İnqilabı Fondunun Media Mərkəzinə istinadən yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, son bir neçə saat ərzində bəzi media orqanları Hüseyn Dehqanın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunduğunu iddia edən təhrif olunmuş xəbərlər dərc ediblər, lakin bu informasiya həqiqətə uyğun deyil və təkzib olunur.
Xatırladaq ki, Ali Milli Təhlükəsizlik Şurasının əvvəlki katibi Əli Laricani martın 17-də İsrailin hava hücumu nəticisndə öldürülüb.
Martın 19-da yayılan xəbərdə mühafizəkar Səid Cəlilinin onun yerinə təyin olunduğu bildirilib.
19-03-2026, 17:34
Avropa Şurası ilə bağlı Konvensiya təsdiqləndi


Avropa Şurası ilə bağlı Konvensiya təsdiqləndi

“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, Konvensiya 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanıb.
19-03-2026, 17:28
Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olundu


Kiberdələduzluq edən haker şəbəkəsi ifşa olundu

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub.
Bu barədə DİN-dən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, qardaşı 20 yaşlı Ülkan Qasımov və 25 yaşlı Uğur Nağıyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla müəyyən edilib ki, şəbəkə üzvləri müxtəlif bank və kredit təşkilatlarının rəsmi internet səhifələrinə vizual baxımdan oxşar saxta fişinq saytlar yaradıblar. Daha sonra isə onlar insanların diqqətini cəlb etmək üçün saxta saytların sosial şəbəkələrdə reklamını yerləşdirərək aşağı faizli kreditlər təklif ediblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta saytların həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin saytlara daxil ediblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Bundan istifadə edən kiberdələduzlar vətəndaşların bank hesablarına qanunsuz daxil olaraq pul vəsaitlərini ələ keçiriblər. Şəbəkə üzvləri "iz"i itirmək məqsədi ilə əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla 300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
19-03-2026, 17:21
Abunəçi məlumatları cinayət prosesində sübut kimi tanınacaq


Abunəçi məlumatları cinayət prosesində sübut kimi tanınacaq

Elektron sübutların toplanması prosesi tam hüquqi çərçivəyə salınıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.
Qanuna əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bu Məcəllənin tələbləri nəzərə alınmaqla elektron formada sübut hesab edilə bilər.
Elektron verilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət etməklə əldə edildikdə sübut kimi qəbul edilə bilər.
Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar (bu Məcəllənin 133-3-cü maddəsinə əsasən mühafizəsinin təmin edilməsi üçün verilməsi halları istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır.
Elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.
Götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat və digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.
Məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.
Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən İKT sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görülür. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.
Bu Məcəllənin 133-3.1-ci maddəsində nəzərdə tutulan elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 (doxsan) gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə bilər. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla bilər. Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.
Elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.
19-03-2026, 17:19
Cinayət Məcəlləsinə dəyişiklik edilir


Cinayət Məcəlləsinə dəyişiklik edilir

Cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydası hazırlanacaq.
Məsələ Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib ki, cinayət mühakimə icraatı zamanı prosessual sənədlərin elektron formada tərtib edilməsi, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi qaydasına dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!