31-08-2025, 19:36
Pakistanla Ermənistan diplomatik əlaqələri bərpa edirErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində pakistanlı həmkarı İshaq Darla görüşüb.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.
"Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər", - press-relizdə deyilir.
Regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib və bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb.
31-08-2025, 19:16
Ağdaş-Qəbələ yolunda ağır qəza - Ölən var Ağdaş-Qəbələ avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə günorta saatlarında qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü, 34 yaşlı Polad Ağababayev xəsarət alıb, sərnişin qismində olan oğlu, 11 yaşlı Z.Ağababayev isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
31-08-2025, 19:04
Ruslar 8 ayda 230 min hərbçi itirib - ZelenskiBu ilin ilk 8 ayında ruslar 290 mindən çox əsgərini ölü və ya ağır yaralı olaraq itirib.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ən böyük itkilər Donetsk bölgəsində verilib, heç bir strateji hədəfi həyata keçirməyib”, - Zelenski bildirib.
31-08-2025, 18:53
İşıq dirəyinə çırpılan maşın yandıAğdamda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Toyota" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Qəzaya düşən minik maşınında alışma baş verdiyi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları ilə yanaşı yanğınsöndürən briqada da cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
31-08-2025, 18:41
Putin Çində Paşinyanla görüşdüRusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Görüş Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
ŞƏT sammitində itirak eədn qonaqların şərəfinə təşkil olunmuş qəbulun ardından baş tutan görüş Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun jurnalistlərə açıqladığı ilkin cədvəldə nəzərdə tutulmamışdı. Lakin Kremlin nümayəndəsi dərhal qeyd edib ki, qrafik sərt deyil və ona istənilən anda müxtəlif formatlarda yeni bəndlər əlavə edilə bilər.
31-08-2025, 18:30
Çin lideri adından dövlət başçılarına ziyafət verilibAvqustun 31-də "Tianjin Meijiang" Beynəlxalq konqres və sərgi mərkəzində Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuanın adından dövlət və hökumət başçıları və xanımlarının şərəfinə ziyafət verilib, konsert proqramı təqdim olunub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Sonra dövlət və hökumət başçıları və xanımları birgə foto çəkdirdilər.
31-08-2025, 17:57
Britaniyanın Azərbaycandakı səfiri LaçındaBöyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Laçına səfər edib.
Səfir bu barədə "X"də paylaşım edib.
"Gəlib Laçını da gördüm. Yerli sahibkar bazarında Laçının dadlı nemətləri ilə tanış oldum. Qonaqpərvərliyiniz üçün minnətdaram", - o bildirib.
31-08-2025, 17:45
Sammitdə maraqlı an - İlham Əliyev, Ərdoğan və Paşinyan bir arada
Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ayaqüstü söhbət ediblər.
Bir qədər sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da söhbətə qoşulub.
Görüş sammitin ən diqqətçəkən məqamlarından biri olub.
31-08-2025, 17:37
İlham Əliyev Çində Lukaşenko və Şahbaz Şəriflə görüşdü - FOTO
Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Sammit çərçivəsində baş tutan söhbət səmimi şəraitdə keçib.
31-08-2025, 17:26
Prezident və xanımı üçün ayrılan masa, ziyafətin menyusu - FOTO
Çində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkə başçıları üçün ziyafət təşkil olunub.
Ziyafətə hazırlıq zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva üçün ayrılan masanın, ziyafətin menyusunun və rəsmi mərasimə dəvət məktubunun görüntüləri yayılıb.