Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
17-03-2026, 15:15
Netenyahu İran xalqını təbrik edib


Netenyahu İran xalqını təbrik edib

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına Novruz bayramı münasibətilə videomesaj ünvanlayıb.
Bayram mesajı İsrail Baş Nazirinin Ofisinin sosial şəbəkə hesablarında paylaşılıb.
Netanyahu mesajında builki Novruzun xüsusi məna daşıdığını deyib:
“İranın cəsur xalqı, hər il olduğu kimi, sizə İşıqlar Festivalı ilə başlayan xoş bir bayram mövsümü arzulayıram.
Bu, İran xalqının işığın qaranlığa, xeyirin şərə qalib gələcəyinə dair qədim inancını ifadə edir.
Qoy bu il azadlıqla dolu olsun. Hamınıza ümidverici yeni başlanğıc arzulayıram”.
17-03-2026, 14:53
Xamenei atəşkəs təkliflərini rədd etdi


Xamenei atəşkəs təkliflərini rədd etdi

İranın Ali Rəhbəri ayətullah Müctəba Xamenei danışıqlar prosesində vasitəçi rolunu oynamış iki ölkə tərəfindən Tehrana ünvanlanmış gərginliyin azaldılması və ya ABŞ və İsrail ilə atəşkəs barədə təklifləri rədd edib.
“Reuters” adı açıqlanmayan yüksək vəzifəli iranlı məmura istinadən xəbər verir ki, Xamenei xarici siyasətlə bağlı ilk görüşündə ABŞ və İsrailə qarşı “sərt və ciddi” mövqe nümayiş etdirərək “qisas” tələb edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
17-03-2026, 14:33
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı


Sürət qatarına daş atan yeniyetmələr polisə çağırıldı

Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.
Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və bu da sərnişinlərin mənzil başına gecikməsi ilə nəticələnir.
17-03-2026, 14:20
Putin 23 qadını əfv etdi


Putin 23 qadını əfv etdi

Rusiya Prezidenti Vladimir Putin 23 qadının əfvi ilə bağlı sərəncam imzalayıb.
Bu barədə Prezident yanında İnsan Hüquqları Şurasının (İHŞ) rəhbəri Valeri Fadeyev bildirib.
"Yadınızdadır, dekabr ayında prezidentlə görüşdə mümkün əfv məsələsi müzakirə olunmuşdu. Prezident 23 qadının əfvi ilə bağlı sərəncam imzalayıb. Əfv olunanlar xüsusi əməliyyatda iştirak edən uşaqları və qohumları olanlardır", - Fadeyev deyib.
“Əfv olunanların adları açıqlanmır; bu, şəxsi məlumatlardır”, - Fadeyev əlavə edib.
17-03-2026, 14:11
Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq


Nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Novruz və Ramazan bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
Bununla bağlı RİNN-in qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.
17-03-2026, 13:59
Horovluya köçənlərə açarlar təqdim edildi - FOTO


Horovluya köçənlərə açarlar təqdim edildi - FOTO

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.
Bu gün Horovlu kəndinə 30 ailə olmaqla 131 nəfər köçürülüb.
Ailələrə evlərinin açarları təqdim olunub. Sakinlərə ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumat verilib. Onlara tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaq, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, kəndə köçürülənlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.



17-03-2026, 13:54
Azərbaycanda üç klub 16 min manat CƏRİMƏLƏNDİ


Azərbaycanda üç klub 16 min manat CƏRİMƏLƏNDİ

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komitə Misli Premyer Liqasında XXIV turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Misli Premyer Liqasında XXIV turun "İmişli" - "Sabah" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə "İmişli" komandası 5000 manat cərimə edilib.
Həmin turun "Qəbələ" - "Neftçi" oyunu "Qəbələ" komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün "Qəbələ" komandası 3000 manat cərimə edilib. Bundan başqa, "Neftçi" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilib.
17-03-2026, 13:47
Trampın “Hörmüz koalisiyası” iflasa uğradı


Trampın “Hörmüz koalisiyası” iflasa uğradı

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması üçün koalisiya yaratmaq planı faktiki olaraq iflasa uğrayıb.
Bu barədə “Axios” portalının məqaləsində qeyd edilib.
Bildirlib ki, Donald Tramp Hörmüz boğazının açılması üçün koalisiya yaratmaq məqsədilə Avropa İttifaqı və digər ölkələrə müraciət edib. Lakin müsbət cavab ala bilməyib. Trampın təklifinə şübhə ilə yanaşanlar və onu rədd edənlər var.
Ağ Ev Hörmüz boğazının açılması əməliyyatına Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstraliya, Kanada, Fars körfəzi dövlətləri və İordaniyanı cəlb etmək istəyib. ABŞ həmçinin Yaponiya və Cənubi Koreyaya müraciət edib.
Almaniya, İtaliya və Yaponiya hökumətləri artıq gəmilərini göndərmək ehtimalını rədd ediblər.
Fransa lideri Makron qəti şəkildə "yox" deməyib, amma razılıq da verməyib.
Britaniya Baş naziri Keir Starmerin də Trampa birmənalı cavabı yoxdur. “The Telegraph” qəzeti isə Starmerin Hörmüz boğazının açılmasına kömək üçün Britaniya gəmilərini göndərməmək qərarına gəldiyini bildirib.
“Politico” Avropa diplomatlarına istinadən xəbər verir ki, Hörmüz boğazındakı təhlükəsizliklə bağlı fikir ayrılıqları səbəbindən Avropa İttifaqı və ABŞ arasındakı münasibətlər yenidən dərin böhranın astanasındadır.
Avropalı diplomatlar deyiblər ki, İranda tammiqyaslı NATO missiyasının olması hələ mümkün deyil. Onlar belə bir qərarın bütün müttəfiqlərin yekdil dəstəyini tələb etdiyini və bunun əldə edilməsinin çətin olduğunu bildiriblər.
“Politico” aydınlaşdırıb ki, NATO hələlik Vaşinqtondan rəsmi sorğu almayıb.
ABŞ və İsrailin hərbi əməliyyatına cavab olaraq İran Hörmüz boğazında gəmiçiliyin blokadaya alındığını elan edib. Bu strateji əhəmiyyətli boğazdan dünya neft tədarükünün 15-20%-i və mayeləşdirilmiş təbii qazın 30%-dən çoxu buraxılırdı. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bütün gəmilərin Tehranın keçid icazəsini almalı olduğu barədə xəbərdarlıq edib. Lakin İranın xarici işlər naziri Abbas Əraqçi daha sonra aydınlaşdırıb ki, boğaz ABŞ və müttəfiqləri istisna olmaqla, bütün ölkələr üçün açıq olaraq qalır.
17-03-2026, 13:43
Laricani öldürülüb - Müdafiə naziri açıqladı - YENİLƏNİB


Laricani öldürülüb - Müdafiə naziri açıqladı - YENİLƏNİB

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani hava hücumunda öldürülüb.
İsrail müdafiə naziri İsrael Katz bu barədə bildirib.
Bildirilib ki, müdafiə naziri bu səhər İsrail Baş Qərargah rəisi general-leytenant Eyal Zamirdən Bəsic komandiri Qulamrza Süleymaninin və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehranda öldürüldüyü barədə məlumat alıb.
İsrail tərəfi onların zərbə zamanı sağ qalmaq şansının olmadığını bildiriblər.

***

13:04

İsrail ordusu Tehrana hava zərbəsi endirərək İranın yüksək vəzifəli rəsmilərindən birini - Əli Laricanini hədəf alıb.
Bu barədə İsrail mənbələri məlumat yayıb.
Məlumata əsasən, hücumun əsas məqsədi İranın Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqəli yüksək səviyyəli fiqurlardan biri hesab edilən Laricani olub.
Lakin Israil Müdafiə Qüvvələri hələlik onun öldürülüb-öldürülmədiyini müəyyənləşdirmək üçün hücumun nəticələrinin qiymətləndirilməsini aparır.
İsrail ordusu rəsmi açıqlamasında Laricaninin hədəf alındığını təsdiqləməyib.
Hərbi qurum hücumların əsas məqsədinin raket istehsalı obyektləri və komandanlıq mərkəzləri olduğunu bildirib.
17-03-2026, 13:39
Xocəvəndə köçən 11 ailəyə açarlar təqdim edildi - FOTO


Xocəvəndə köçən 11 ailəyə açarlar təqdim edildi - FOTO

Martın 17-də yola salınan köç karvanı Xocavənd rayonunun Xocavənd kəndinə çatıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu mərhələdə Xocavənd kəndinə köçürülən 36 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.







.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!