Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib - FOTO .....                        Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                       
24-02-2026, 21:06
BDU-nun tələbələri şantaj olunur? - DİN-dən AÇIQLAMA


BDU-nun tələbələri şantaj olunur? - DİN-dən AÇIQLAMA

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil alan bir qrup qız tələbənin sosial şəbəkələrdəki şəkillərinin icazəsiz istifadə edildiyi iddia olunur.
Naməlum şəxs tələbələrin “TikTok” profillərindən götürülmüş fotoları saxta montajlarla hazırlayaraq platformada yayımlayıb. Zərərçəkənlər məsələ ilə bağlı polisə müraciət etdiklərini bildiriblər.
İddialara görə, həmin şəxs görüntülərin silinməsi müqabilində pul tələb edib. Səs yazısına əsasən onun yaşı təxminən 20-25 aralığında göstərilir.
İddialara görə, tələbələr videoların silinməsi üçün pul təklif etdikdə, naməlum şəxs bildirib ki, bunu maliyyə məqsədilə etməyib. Ehtimal edilir ki, əvvəllər özü Hüquq fakültəsinə qəbul olmaq istəsə də, balı çatmayıb və məhz buna görə hüquq tələbələrinə qarşı qərəzli davranıb.
Hadisə ilə bağlı Bakı Dövlət Universitetindən bildirilib ki, məsələ ilə əlaqədar tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Daxili İşlər Nazirliyindən əldə etdiyimiz məlumata görə, bununla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
24-02-2026, 20:56
Gəncədə yeniyetmə tonqala yıxıldı


Gəncədə yeniyetmə tonqala yıxıldı

Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri alıb.
Gəncə şəhər ərazisində 15 yaşlı T.Şükürov çərşənbə tonqalının üzərindən tullanmaq istəyən zaman ehtiyatsızlıqdan ocağa yıxılıb.
Nəticədə o, yanıq xəsarətləri alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
24-02-2026, 20:37
İsraildən Hizbullaha XƏBƏRDARLIQ


İsraildən Hizbullaha XƏBƏRDARLIQ

İsrail Livana Hizbullah ABŞ ilə İran arasında baş verə biləcək müharibəyə qarışarsa, ölkənin mülki infrastrukturu, o cümlədən Beyrut aeroportu, hədəf alınacağı barədə xəbərdarlıq edib.
Bu barədə iki yüksək səviyyəli livanlı rəsmi bildirib.
Livanın Baş naziri Nawaf Salam isə Hizbullah-ı ölkəni “başqa bir macəraya” cəlb etməməyə çağırıb. İsrail 2024-cü ildəki müharibədə Hizbullah-a ağır zərbələr endirərək, lideri Hassan Nasrallah və minlərlə döyüşçüsünü öldürmüş, arsenalının böyük hissəsini məhv etmişdi.
Hizbullah isə ABŞ-Tehran qarşıdurmasında neytral olmadığını və potensial hücuma qarşı müdafiə hazırlığını açıqlayıb.
24-02-2026, 20:07
Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var


Şəmkirdə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Şəmkir-Gədəbəy yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ2106" ilə "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı Gədəbəy rayon sakinləri; 2006-cı il təvəllüdlü K. Səlimov, 1988-ci il təvəllüdlü A. Vəliyeva, 1960-cı il təvəllüdlü N. Səlimova və Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü T. Qocayeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 73 yaşlı yaralı F. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
24-02-2026, 19:56
Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib


Milli Məclisdə Türkiyə parlamentariləri ilə görüş keçirilib

Fevralın 24-də Milli Məclisin komitə sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Əhliman Əmiraslanov bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələr üzrə yüksələn xəttlə inkişaf edir. O vurğulayıb ki, bu münasibətlərin əsasını hər iki ölkənin dövlət başçıları və xalqları arasında mövcud olan dostluq və qardaşlıq əlaqələri təşkil edir.Parlamentlərarası əməkdaşlığın inkişafından danışan komitə sədri qeyd edib ki, parlament rəhbərlərinin mütəmadi görüşləri, eyni profilli komitələr arasında keçirilən iclaslar, də eləcə də dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Bildirilib ki, digər sahəvi komitələrlə yanaşı, səhiyyə komitələri arasında da sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan TÜRKPA çərçivəsində də bu təmasların mütəmadi xarakter alması çox əhəmiyyətlidir.
Öz növbəsində qonaq, TBMM – in xarici əlaqələr komitəsinin sədri Fuad Oktay göstərilən səmimi münasibətə görə təşəkkürünü bildirib.
Komitə sədri qeyd edib ki, hazırda ən müxtəlif səviyyələrdə, o cümlədən parlamentlər arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Bildirilib ki, enerji təhlükəsizliyi sahəsində həyata keçirilən layihələr bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir. O, iqtisadiyyat və enerji transformasiyası sahələrində əldə olunan nailiyyətlərdən, eləcə də gələcəkdə bu istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərindən bəhs edib.
Görüş zamanı üçtərəfli iclasın gündəliyinə daxil edilən məsələlərin strateji əhəmiyyəti, onların mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə töhfəsi, eləcə də bu sahədə gələcək inkişaf perspektivlərinə mümkün təsiri müzakirə olunub. Qeyd edilib ki, bu məsələlərin həyata keçirilməsi tərəflər arasında əlaqələrin daha da genişlənməsinə və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına xidmət edəcək.
Tədbirdə Milli Məclis Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Anar İsgəndərov, Eldar Quliyev, Eldar İbrahimov, Rəşad Mahmudov, Fatma Yıldırım, Tənzilə Rüstəmxanlı, Ağalar Vəliyev, Məlahət İbrahimqızı və Türkiyə Respublikası Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin üzvləri iştirak ediblər.
24-02-2026, 19:36
Ukrayna Rusiyanın iddialarını “absurd” adlandırdı


Ukrayna Rusiyanın iddialarını “absurd” adlandırdı

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tykhiyin Rusiya tərəfindən səsləndirilən Ukraynanın Britaniya və Fransa köməyi ilə nüvə silahı əldə etməyə çalışması iddiaları “absurd” adlandırıb.
O, Ukraynanın bu cür iddiaları əvvəllər də dəfələrlə rədd etdiyini deyib. Beynəlxalq ictimaiyyəti isə Rusiyanın dezinformasiya kampaniyalarını pisləməyə çağırıb.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) heç bir sübut təqdim etmədən Britaniya və Fransanı Ukraynaya gizli şəkildə nüvə texnologiyası və komponentləri təmin etməkdə ittiham edib.
24-02-2026, 19:35
Qızlara söz atan məktəblini döydü, həbs olundu


Qızlara söz atan məktəblini döydü, həbs olundu

Sabirabadda yeniyetməni döyən kişi həbs olunub.
Hadisə şəhərin M. Mirağaoğlu küçəsində qeydə alınıb.
İttiham aktına görə, 47 yaşlı Sahib Kələntərov (ad və soyad şərtidir) küçədə dayandıqları zaman 15 yaşlı Murad Əliyev (ad və soyad şərtidir) qarşıda gedən qızlara söz atıb. Bundan hirslənən Sahib əvvəlcə Murada sillə, daha sonra təpiklə qasıq nahiyəsinə zərbə vurub. Zərərçəkən ağrılarının şiddətindən xəstəxanaya aparılıb.
Bu əməlinə görə Sahib saxlanılıb və barəsində cinayət işi açılıb.
Sahib ifadəsində bildirib ki, hadisədən sonra zərərçəkənin evinə gedərək ondan üzr istəyib. Lakin zərərçəkən yeniyetmə isə təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını deyərək Sahibin azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Məhkəmənin qərarı ilə Sahib Kələntərov 7 ay müddətinə həbs edilib.
24-02-2026, 19:19
Müharibə istəmirik, amma... - İRAN


Müharibə istəmirik, amma... - İRAN

İran ABŞ-la müharibə istəmədiyini, lakin hücum olacağı təqdirdə sərt cavab verəcəyini bəyan edib.
Bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyan ilə görüşdə bildirib.
O qeyd edib ki, rəsmi Tehran müharibə axtarmır, amma qarşıdurma zorla tətbiq edilərsə, ölkə bütün gücü ilə özünü müdafiə edəcək və “düşmənlərə yaddaşlardan silinməyəcək dərs verəcək”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranı razılaşmaya çağırıb, əks halda “pis nəticələr” barədə xəbərdarlıq edib.
İran hökumətinin sözçüsü Fatimə Məhacirani isə Tehranın müharibəyə yox, diplomatiyaya üstünlük verdiyini vurğulayıb.
ABŞ mümkün hərbi əməliyyat fonunda Yaxın Şərq və Avropadakı bazalara 150-dən çox döyüş təyyarəsi yerləşdirib. Nəşr ABŞ-ın bölgədəki hazırkı hərbi mövcudluğunu 2003-cü il İraq müharibəsindən bəri ən genişmiqyaslı yerləşdirmələrdən biri kimi qiymətləndirir.
24-02-2026, 19:17
İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı


color=#FF0000]İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun cinayət isinin məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək müttəhimin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Növbəti proses martın 10-na təyin edilib.
Xatırladaq ki, istintaqla Vüqar Əsədovun tanışları Rövşən Kazımov, Hikmət Kazımov və Vilayət Yaqubova qarşı dələduzluq etdiyi müəyyən olunub.
Belə ki, o, R.Kazımova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək, guya quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu bildirib. Ona yatırım edəcəyi təqdirdə verilən məbləğin aylıq 7-10 faizi qədər gəlir əldə edəcəyinə dair yalan vəd verib. Bu adla ondan ümumilikdə 247 min manat məbləğində pul vəsaitini şəxsən və tanışı İlham Əlisoyun vasitəsi ilə alıb.
Təqsirləndirilən şəxs bundan sonra gəlir əldə edilməsinə dair saxta rəy yaratmaq məqsədi ilə hissə-hissə Rövşən Kazımova ümumilikdə 123 min 990 manat pul vəsaitini divident adı ilə geri qaytarıb. Qalan 123 min 10 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.
Bundan başqa o, təkrarən zərərçəkmiş Rövşən Kazımova övladı Misirxan Kazımlının Dövlət Miqrasiya Xidmətinə işə qəbul edilməsinə köməklik göstərilməsi üçün 50 min manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. Təqsirləndirilən şəxs özünün yaxın münasibətdə olduğu şəxslər vasitəsilə M.Kazımlını qeyd olunan xidmətə işə qəbul etdirə biləcəyinə dair onun atasına yalan vəd verib və bu məqsədlə 45 min manat pul vəsaitini alıb.
Vüqar Əsədov zərərçəkmiş R.Kazımovun oğlu digər oğlu Mətin Kazımlını hüquq mühafizə orqanlarında işə qəbul etdirə biləcəyinə inandıraraq bunun üçün də ondan 42 min 500 manat məbləğində pul vəsaitini alaraq təkrarən dələduzluq edib.
Eyni zamanda, Vüqar Əsədov "quşçuluq biznesinə" pul yatırmaq adı ilə Vilayət Yaqubovun da 141 min 900 manat pul vəsaitini ələ keçirib.
Onun 33 min 754 manat pul vəsaitini "gəlir" adı ilə geri qaytarıb, 108 min 146 manatı isə mənimsəyib.
Təqsirləndirilən şəxs tanışı Hikmət Kazımovla "iş görmək" adı ilə sövdələşərək, onun ümumilikdə 115 min 275 manat məbləğində pulunu və əmlakını alıb. Pulun bir hissəsini "gəlir" görüntüsü yaratmaq üçün qaytarsa da, yerdə qalan 89 min 575 manat pul vəsaitini ələ keçirib.
Bununla da o, zərərçəkmişlərə ümumilikdə 408 min 231 manat maddi ziyan vurub.
Zərərçəkmiş şəxs qismində R.Kazımov, H.Kazımov və V.Yaqubov tanınıb.
V.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
24-02-2026, 18:41
Gültəkin Hacıbəylinin evində axtarış aparılıb


Gültəkin Hacıbəylinin evində axtarış aparılıb

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin evində axtarış aparıldığı barədə xəbər yayılıb.
Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılmış cinayət işi çərçivəsində aparıldığı bildirilir. O, "Ramiz Mehdiyev işi" üzrə şahid qismində istintaqa ifadə verməyə dəvət olunub.
Xatırladaq ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılmış, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə göndərilib. İstanbul Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarıb.
G.Hacıbəyli fevralın 11-də Azərbaycana deportasiya olunub.
Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanıb.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, ev dustaqlığındadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!