İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
7-08-2025, 17:23
Mərkəzi Parkda böyük süni göl yaradılacaq


Mərkəzi Parkda böyük süni göl yaradılacaq


Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.
Onun sözlərinə görə, metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq:
"İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Eyni zamanda ətrafda yerləşən tarixi binaların qorunması da xüsusi diqqətdədir".
7-08-2025, 17:19
Ermənistanın dövlət borcu 13 milyardı ötüb


Ermənistanın dövlət borcu 13 milyardı ötüb

Ermənistanın dövlət borcu 30 iyun 2025-ci il tarixinə 13 milyard 852 milyon 137 min dollardır.
Bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xarici borc 6 milyard 943 milyon 296 min dollar, daxili borc isə 6 milyard 908 milyon 842 min dollar təşkil edir.
7-08-2025, 17:06
Fidan Əl Şaraa ilə görüşdü


Fidan Əl Şaraa ilə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan işgüzar səfər çərçivəsində Dəməşqə gedib.
O, Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
Görüşdə iki ölkə arasında terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq məsələləri, xüsusilə Suriyanın şimalında SDQ terror təşkilatının varlığı müzakirə edilib.
7-08-2025, 16:52
Xəzərin sahilini çirkləndirənlər məsuliyyətə cəlb olundu



Xəzərin sahilini çirkləndirənlər məsuliyyətə cəlb olundu


Xəzər dənizinin sahilini çirkləndirən 14 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakının Qaradağ, Xətai, Xəzər və Binəqədi, respublikanın Xaçmaz rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılması və qadağan edilmiş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.
Tədbirlər çərçivəsində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atan 10, içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıdan 3 və qadağan olunmuş yerdə tütün çəkən 1 nəfər olmaqla ümumilikdə 14 şəxs barəsində polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbir görülüb.
7-08-2025, 16:41
BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir - Putin


BƏƏ Trampla görüş üçün münasib yerlərdən biridir - Putin

BƏƏ Rusiya və ABŞ liderləri arasında görüş üçün münasib yerlərdən biridir.
Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.
Putinin sözlərinə görə, Rusiyanın bir çox dostları var ki, onunla Tramp arasında görüş təşkil etməyə hazırdır.
7-08-2025, 16:35
Masallıda meşədə yanğın - VİDEO


Masallıda meşədə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb.
Meşə zolağı yanğından mühafizə olunub.

7-08-2025, 16:19
Zəngilanın bu kəndlərində içməli su və kanalizasiya sistemi qurulacaq


Zəngilanın bu kəndlərində içməli su və kanalizasiya sistemi qurulacaq

Zəngilan rayonunun Ağalı vә Mәmmәdbәyli kәndlәrinin su tәchizatı vә tullantı su şәbәkә vә qurğularının tikintisinə başlanılır.
Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti hazırlıqlara başlayıb.
Layihə çərçivəsində Mahrızlı su anbarından 17,723 min metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək.
Bundan başqa, tullantı sularının çəkilməsi ilə bağlı 1 405 metr uzunluğunda D 400 mm-lik qofralı polietilen boru (Koruqe) kəmərlərinin quraşdırılması planlaşdırılır. Xətt boyunca 21 ədəd çuqun lyuklar quraşdırılacaq.
7-08-2025, 16:03
Sabahdan havalar dəyişəcək - Temperatur 5 dərəcə enəcək


Sabahdan havalar dəyişəcək - Temperatur 5 dərəcə enəcək

Uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi, 12-dək davam edəcəyi gözlənilir.
Bu barədə lMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Həftənin sonu, gələn həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Küləyinin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu 9-10-11-də 27-29 ° isti olacaq.
Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə bu meteoroloji hadisə isti hava dalğası adlanır.
7-08-2025, 15:38
Bu şəxslər üçün imtahan keçiriləcək


Bu şəxslər üçün imtahan keçiriləcək

Avqustun 8-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 1564 nəfər qeydiyyatdan keçib. Onlardan 1483-ü taksi, 27-si yükdaşıma, 54-ü operatordur.
İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 104 nəzarətçi və 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov) və DİM-in Gəncə regional bölməsində, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçiriləcək.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
Namizədlər imtahana buraxılış vərəqəsini “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.
İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.
“Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.
7-08-2025, 15:18
125 mindən çox uşaq I sinfə qəbul olub


125 mindən çox uşaq I sinfə qəbul olub

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. İndiyə kimi 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.
Bunu MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!