Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
11-11-2025, 13:33
İşdən icazə almaq asanlaşdı - YENİLİK


İşdən icazə almaq asanlaşdı - YENİLİK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminin “İşəgötürən və işçi arasında rəsmi yazışmalar” bölməsində işdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi imkanı da yaradılıb.
Yeni funksionallıq işəgötürənlər üçün prosesi sadələşdirərək onun idarə olunması imkanlarını genişləndirib.
Belə ki, işəgötürənlər icazə limitlərinin təyin edilməsi zamanı “Xidməti icazə işçilərin saat limitindən hesablansın?” bölməsində “Bəli” və ya “Xeyr” seçimləri vasitəsilə bu funksionallığı aktiv və ya deaktiv edə bilirlər.
Xidmət aktiv olduqda, bu müddət “Xidməti” icazə kimi qeydə alınır və işçinin ümumi icazə saatlarına daxil edilmir.
Yeni imkan işçi və işəgötürənlər arasında rəsmi yazışmaların daha çevik və şəffaf şəkildə aparılmasına, həmçinin daxili əmək proseslərinin rəqəmsal şəkildə daha səmərəli idarə olunmasına şərait yaradır.
11-11-2025, 13:25
Pakistanda dəhşətli partlayış - 12 nəfər öldü


Pakistanda dəhşətli partlayış - 12 nəfər öldü

Pakistanın paytaxtı İslamabadda məhkəmə binasının qarşısında partlayış baş verib.
Bu barədə məlumatı “Reuters” agentliyi polis rəsmisinə istinadla yayıb.
Hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilir.
Polis sözçüsü bildirib ki, yaralananlardan bir neçəsinin vəziyyəti ağırdır:
“Biz partlayışın növünü araşdırırıq. Hələlik hadisənin mənbəyi dəqiqləşdirilməyib. Ətraflı məlumatı yalnız kriminal laboratoriyanın hesabatından sonra təqdim edə biləcəyik”, - açıqlamada qeyd olunub.
Hadisə İslamabadın rayon məhkəməsinin giriş hissəsində, çoxsaylı vətəndaşların toplandığı ərazidə baş verib.
Polis və təcili yardım xidməti əməkdaşları hadisə yerinə cəlb olunub, ərazi təhlükəsizlik məqsədilə tam mühasirəyə alınıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir. Rəsmilər ilkin mərhələdə terror ehtimalını da istisna etmirlər.
11-11-2025, 12:56
Bağçalı Azərbaycandan danışdı: “Bəziləri narahatdır!”


Bağçalı Azərbaycandan danışdı: “Bəziləri narahatdır!”

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə o, partiyasının iclasında danışıb.
O, Vətən müharibəsində Azərbaycanın göstərdiyi əzm və qəhrəmanlığı yüksək qiymətləndirərək, Qarabağın işğaldan azad edilməsini tarixi qələbə adlandırıb və sülh prosesində atılan addımların müsbət nəticə verəcəyinə inandığını vurğulayıb.
Bağçalı əlavə edib ki, Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı bəzi dairələri narahat edir:
"Türk dünyasının iki parlayan dövləti olan Türkiyə və Azərbaycanın dərin qardaşlıq münasibətlərinə kölgə salmaq istəyənlər heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər".
11-11-2025, 12:51
Tətildən sonrakı ilk iş gününün havası


Tətildən sonrakı ilk iş gününün havası

Azərbaycanın rayonlarında noyabrın 12-də 21 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 17-21, dağlarda gecə 3-7, gündüz 8-13 dərəcə isti olacaq.
11-11-2025, 12:29
Avropada Tramp partiyası yaradıldı


Avropada Tramp partiyası yaradıldı

Belçikiyada ABŞ prezidenti Donald Trampın şərəfinə TRUMP adlı yeni sağçı siyasi partiya təsis edilib.
Bu barədə “Politico Europe” nəşri məlumat yayıb.
Partiyanın adı fransızca "Tous Réunis pour l'Union des Mouvements Populistes" ifadəsinin qısaltmasıdır və Azərbaycan dilinə “Populist Hərəkatların Birliyi naminə hamı birləşib” kimi tərcümə olunur.
Partiyanın yaradıcısı və lideri Salvatore Nikotra bəyan edib ki, ABŞ prezidenti Donald Tramp populizmin “mütləq simvolu”dur və yeni partiya onun ideyalarını Avropada davam etdirməyi hədəfləyir:
“Donald Tramp populizmin mütləq simvoludur. O, bizim müdafiə etdiyimiz bütün dəyərləri təcəssüm etdirir.”
Nikotranın sözlərinə görə, TRUMP “sağ-populist, lakin sosial yönümlü” bir siyasi hərəkat olacaq. O, həm Belçika səviyyəsində federal seçkilərdə, həm də 2029-cu ildə keçiriləcək Avropa Parlamentinə seçkilərdə iştirak etməyi planlaşdırır.
11-11-2025, 11:54
Sosial şəbəkədə pul tələsi - Polisdən çağırış


Sosial şəbəkədə pul tələsi - Polisdən çağırış

Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.
Bu haqda Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.
Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, “pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin.
11-11-2025, 11:42
Şirniyyat içərisində dərman gizlətdilər - Gömrükdə əməliyyat


Şirniyyat içərisində dərman gizlətdilər - Gömrükdə əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Belə ki, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
11-11-2025, 10:43
Qarabağda 749 dövlət qeydiyyatında olan abidə var - RƏSMİ


Qarabağda 749 dövlət qeydiyyatında olan abidə var - RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə 705 (44 abidə də 2025-ci ildə əlavə olunub. Ümumi 749) dövlət qeydiyyatında olan abidə yerləşir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən antiterror tədbirlərindən sonra nəzarətə götürülmüş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən 550 abidənin, eləcə də 402 tarixi, memarlıq və arxeoloji əlamət kəsb edən obyektin inventarlaşdırması həyata keçirilib.
“Dövlət mühafizəsində olan 749 abidədən 155 abidədə inventarlaşdırılma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti təhlükəsizlik baxımından riskli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir. Həmçinin arxeoloji abidələrin yerlərinin müəyyənləşdirilməsi üçün yetərli məlumatların olmaması, eləcə də işğaldan əvvəlki dövrlərə aid siyahılarda abidələrin ünvanlarının dəqiq göstərilməməsi inventarlaşdırılma işlərinin aparılmasında çətinlik törədir. Qeyd edək ki, 2025-ci ilin sentyabr-oktyabr aylarında inventarlaşırma işləri davam etdirilib. Yaxın günlərdə onun da nəticələrini elan edəcəyik”,-məlumatda deyilir.
Nazirlikdən verilən məlumata görə, ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılmış, 114 abidə müxtəlif həcmdə və miqyasda dağıntıya məruz qalmış, digərlərinə isə müxtəlif dərəcədə ziyan dəyib.
Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanmış, ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.
Həmçinin, işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib.
Ötən il Ağdam rayonunda yerləşən Pənahəli xanın İmarət Kompleksində bərpa işləri tamamlanmış, dövlət başçısının iştirakı ilə açılışı olub.
Eyni zamanda Əsgəran qalsında bərpa işlərin aparılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Əsgəran qala-kompleksinin layihəsi ölkə rəhbərliyinə təqdim olunub.
10-11-2025, 17:50
Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb


Bakı-Qazax yolundakı sıxlıq aradan qaldırılıb

Bakı–Qazax magistral yolunun 90-cı kilometrindən başlayaraq aparılan təmir işləri ilə əlaqədar yaranmış nəqliyyat sıxlığı, əraziyə cəlb edilən Dövlət Yol Polisi və Post-Patrul Xidməti əməkdaşlarının fasiləsiz xidməti nəticəsində aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda qeyd olunan istiqamətdə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili xidmətə cəlb olunan polis əməkdaşları tərəfindən davam etdirilir.
"Sürücülərdən xahiş olunur ki, yol hərəkəti qaydalarına əməl etsinlər və əks istiqamətli hərəkət zolağına çıxmasınlar", - məlumatda deyilir.
10-11-2025, 17:13
Fransanın eks-prezidenti həbsdən buraxıldı


Fransanın eks-prezidenti həbsdən buraxıldı

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apelyasiya şikayətinə baxılana qədər Paris məhkəməsi tərəfindən şərti olaraq həbsdən azad edilib.
O, 2007-ci il seçki kampaniyasını maliyyələşdirmək üçün Liviya diktatoru Müəmmər Qəzzafidən milyonlarla avro alınmasında - “Liviya işi” adlandırılan cinayətkar sövdələşmədə iştirak etməkdə təqsirli bilib. Bu yaxınlarda 5 il həbs cəzasına məhkum edildikdən sonra üç həftə təcridxanada qalıb.
Sarkozi korrupsiya və seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi də daxil olmaqla digər ittihamlardan bəraət alıb.
Məhkəmə Fransanın keçmiş prezidentinin ölkəni tərk etməsinə icazə verilməyəcəyinə qərar verib. Apelyasiya dinləməsinin daha sonra keçiriləcəyi gözlənilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!