Latviya parlamentinin sədri Şuşadadır .....                        Rəisinin helikopteri qəzaya uğradı - YENİLƏNİB .....                        Bakıda avtobuslar toqquşdu - Yaralılar var .....                        Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı .....                        Münasibətlərimiz qonşuluq əlaqəsindən daha üstündür - Rəisi .....                        Cüdoçularımız dünya çempionatında .....                        Sabahın havası: Yağış, leysan, dolu .....                        İran-Azərbaycan dostluğu sarsılmazdır - Prezident .....                        Qeyri-regional ölkələrin işlərimizə müdaxiləsi qəbuledilməzdir .....                       
Tarix : 17-02-2014, 18:07

 

 

 

 

 

 

Akif Cabbarlı

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil !

Bir-iki gün əvvəl dostum və həmkarım olan qəzet əməkdaşı B. şahidi olduğu bir mənzərəni peşəsinə xas olan əsl yaradıcılıq çılğınlığı və həvəsi ilə mənə elə nağıl elədi ki, ona da, özümə də söz verdim ki, bu məsələnin üstündən sadəcə vaz keçmək düzgün olmazdı, gərək yazıb sadə vətəndaşlara da çatdırasan ki, elə-belə deyil, papaq altında, yox-yox, üzr istəyirəm krassofka üstündə oğlanlarımız var ki, Ginnesinn rekordlar kitabına birbaşa namizəddirlər.

Nə isə, məsələni çox uzatmaq istəmirəm. Dostumun danışdığını necə var elə, lap stenoqramını sizə də çatdırım, özünüz agah olun.

- "Hə, qardaş, metronun Nərimanov stansiyasının qənşərindəki dayanacaqda avtobus gözləyirdim. Diqqətimi üz-gözünü qapqara tük basmış, enli bığlı, cins şalvarlı, krassovkalı, qara gödəkcəli bir oğlan cəlb elədi. Qara, uzun saqqalından düz üzüaşağı süzdüm onu, insafən şalvarı uzun idi, lap yerə dəyirdi, yəni başqa ayaması ola bilməzdi. Amma bəlkə də dünyada analoqu olmayan hərəkəti ona əsl çempion adını elə yaraşdırırdı ki, gəl görəsən. Deməli, bu oğlan eyni zamanda həm tum çırtlayırdı, həm siqaret çəkirdi, həm də təsbeh çevirirdi. Üstəlik ağzındakı saqqızı elə çeynəyirdi ki, yüz faiz, kənardakıları da iştaha gətirirdi. Birini də desəm, zənnimcə, onun obrazını tamamlamaq olardı. Bu cavan oğlan tük basmış sifətində uzağa tuşlanmış qoşa avtomobil farları kimi görünən gözləri ilə ötüb-keçən qızların sözün əsl mənasında cızdağını çıxarırdı. Onun canavar baxışlarının müşayiəti ilə keçib-gedən qızlar bir Allah bilirdi ki, nə çəkirlər. Nə isə, xeyli baxdım, baxdım, hətta qəsəbəmizə gedən bir neçə avtobusu da buraxdım, oğlan isə uzun illərin vərdişi, əziyyəti sayəsində qazandığı anormal hərəkətlərindən yorulmadı ki, yorulmadı. Görünür heç yerə tələsmirdi və siqareti, saqqızı, günəbaxan tumu qurtaranadək yerindən tərpənəsi deyildi. Təsbehinin sapı da, görünür möhkəm idi, üzülənə oxşamırdı. Bax belə, qardaş, bu cür oğullarımız var, məndən danışmaq idi, yaza da bilərsən, kiməsə nağıl edə də bilərsən, bu iş artıq sənlikdir"

Dostumun tövsiyyəsinin birinci bəndinə əməl etməyi üstün tutdum. Daha dostumdan heç soruşmadım ki, niyə yaxınlaşıb bir böyük kimi o cavana iradını bildirmədin, məsləhət görmədin ki, bu arzuolunmaz "prosesi" dayandırsın. Yaxşı bilirdim ki, yeri yoxdur. Çünki özümün başıma gəlmişdi. Bir dəfə Hüseyn Cavid bağında gəlib yanımda əyləşərək kamali-ədəblə hərəsi bir torba tumu qucağına basıb çırta-çırt zəhləmi tökən, üstəlik ayağımın altını büsbütün qabıqla zibilləyən üç gənc tələbəyə iradımın az qala dava ilə qurtarmaq ehtimalından birtəhər üzülüşdüyümü xatırladım. Hərtərəfli məntiqə, böyük məsləhətinə, dünyagörmüşlük iddiasına dirsək göstərən gənclərin biri axırda nə desə yaxşıdır: "Ay müəllim,  süpürgəçilər havayı yerə maaş almamalıdır ki, qoy canları çıxıb gəlib süpürsünlər". Doğrudan da bir azdan təmizlik işçiləri gəldilər və bu tələbələr heç ayağa da durmadılar, sadəcə, ayaqlarını havaya qaldırdılar ki, bir ağsaqqalla bir ağbirçək ətrafı təmizləsinlər . İndi durub dostuma nə deyim, risk edib çoxprofilli, rəngarəng vərdişlər üzrə kombinatora irad tutsun, sonra da yağlı söyüşlərə, yaxud tutarlı bir kötəyə qonaq olsun... 

Yox, yox, qətiyyən dostuma qıymaram. Əgər belə hallarda polis əməkdaşları seyrçiyə çevrilirsə, sıravi, dubinkasız vətəndaşın iradını kim eşidəcək ki? Axı hər kəsin evdə gözləyəni var, qardaş.

Bir məsələni də xatırlatmaq zənnimcə yerinə düşərdi. Birdən ürəyindən  keçən məsləhəti, tövsiyəni bəzi cavanlara ünvanlamaq istəyirsən, amma buna dürlü-dürlü "texniki problemlər" mane olur. Yəqin ki, çoxlarınız mənimlə bu məsələdə razılaşarsınız. Metro qatarlarında, avtobuslarda, hətta teatr tamaşalarında və konsertlərdə ayağını ayağının üstünə aşırıb oturan cavanların cibindən, qoltuğundan, nə bilim harasından köynəyinin, pencəyinin altı ilə uzanan şnurun (azərbaycanca adını tapa bilmədim - A.C) uclarını hər iki qulağına taxıb çorta, yəni ki, xəyala getdiklərini çoxlarınız müşahidə etmisiniz. Bu "ATS-adamlar" o qədər çoxalıb ki, Vallah indi heç kimdən bircə kəlmə söz soruşmaq olmur. Musiqiyə qulaq asa-asa kompyuterlə oynayır, telefon qurdalayırlar. Eyni vaxtda neçə işi görmək olar, İlahi. Yazının əvvəlində bəhs etdiyim oğlanın hərəkətləri texniki müstəvidə tamam başqa cür təkrar olunur. Yanıb külə dönəsi olsan qarşında dayanan, yaxud oturan cavanlardan bir udum su üçün xahiş edə bilməzsən. Sadəcə, ağzın səssiz kinolardakı kimi açılıb-yumulacaq. Üstəlik gülüş hədəfinə də çevriləcəksən. Ona görə də susmaq, susmaq, yenə də susmaq gərəkdir. Susaq görək bu vədrişlər nə vaxt tərgidiləcək, nə vaxt yaddan çıxacaq. Hələlik isə texniki proqresin, internet möcüzəsinin yaratdığı imkanlardan ağılsızcasına, israfçılıqla "bəhrələnənlərə" demək istərdik ki, ay uşasqlar, qulağınızdakıları çıxarın, sizə sözümüz var ey, sözümüz...



Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!