COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 9-01-2021, 19:30
Türkiyəli yazıçı və Admiral Cem GÜRDƏNİZ

Cem Gürdəniz qalmaqaldan bəhs etdi: "Aralıq dənizindəki quldurluq və gəmi basqını"



Almaniya və Avropa Şurasının Şərqi Aralıq dənizindəki quldurluq tədbirləri

2020-ci il Noyabrın 22-si səhər saatlarında Avropa Şurasının rəhbərliyi ilə İrini əməliyyatı həyata keçirilib. Əməliyyata başçılıq edən Yunan admiralı T. Mikropoulos olub. Onun başçılığı ilə Almaniyanın çox məqsədli Hamburq freqatı Liviya istiqamətində irəliləyən Türk konteyner gəmisi MV Roseline-A-ya müdaxilə edilib. Benqazi sahillərindən 150 mil məsafədə qida və boya təchizatı daşıyan gəmi İstanbuldan Liviyanın Misrata limanına getmək üçün yola çıxmışdı. Gəminin kapitanı gəmidə BMT qətnamələrinə qarşı qaçaqmalçılıq yolu ilə bir material olmadığını bildirsə də, saat 17:45 radələrində Hamburqun SAT komandası helikopterdən sürətli ip əməliyyatı ilə gəmiyə eniş edib. Zabit və heyət zorla sıradan çıxarılıb, gəmidə ertəsi gün səhər 09:38-dək 16 saat ərzində axtarış edilib.

Türk gəmisində olduğu kimi, açıq dənizdə işləyən bir ticarət gəmisinə daxil olmağın şərtləri beynəlxalq hüquqla tənzimlənir. Xarici ticarət gəmiləri köləlik, quldurluq, qanunsuz radio yayımı ilə əlaqəli olmadıqları təqdirdə dəniz sahələrinə müdaxiləyə açıq deyillər. Bununla birlikdə, BMT Müqaviləsinin VII Fəsilinə uyğun olaraq qəbul edilmiş qətnamələr və ya BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən xüsusi şərtlər altında araşdırma aparıla bilər. Bunlar da ciddi vəziyyətlərə aiddir.

TÜRKİYƏNİN SUVERENLİYİNƏ MÜDAXİLƏ

Hamburq'un Roseline A-ya müdaxiləsi, açıq dənizdə gəzinti azadlığı ilə yanaşı bayraq dövləti olan Türkiyənin də suverenliyinə müdaxilədir. Araşdırmalarda və ya BMT Təhlükəsizlik Şurasının VII Fəsilində qəbul edilmiş qətnamələrində göstərilən xüsusi şərtlərlə əsaslandırıla bilmədiyi müddətdə gəmiyə daxil olmaq qanunsuzdur.

Gəmidə şübhəli silah yükünün axtarıldığını bildirən Almaniya və AŞ rəsmiləri iddialarını dəstəkləmək üçün BMT Təhlükəsizlik Şurasının 2292 (2016) və 2526 (2020) saylı qətnamələrinə müraciət ediblər. BMT Nizamnaməsinin VII Fəsili çərçivəsində qəbul edilən bu qərarlar həqiqətən "xüsusi şərtlər"dir, yəni müdaxilənin qadağasını istina edə bilər.

Bu çərçivədə 2292 (2016) saylı Qərarın 3-cü maddəsi (və alt bəndləri) qanuni müdaxilənin yerinə yetirilməsi üçün iki şərt tələb edir. Həmin şərtlər bunlardır: a) müdaxilə edən dövlətin və ya beynəlxalq təşkilatın "Liviyaya silah və ya bununla əlaqəli digər materiallar gətirdiyini düşünmək üçün ağlabatan əsasları var" b) hər hansı axtarışdan əvvəl gəminin sahibi olan bayraq dövlətinin təsdiqini almaq üçün yaxşı niyyətlə səy göstərilməsi"



Roseline A-ya bu iki şərtdən heç biri olmadan müdaxilə edildi.

"Ağlabatan əsaslar" araşdırmanı aparan dövlətə və ya beynəlxalq təşkilata müəyyən bir müsbətlik qazandırsa da, tamamilə təmizə çıxarmır. Etibarlı kəşfiyyata, gəmi şirkətinin tarixinə, nüfuzuna və ya gəminin fəaliyyətinə əsaslanan hərtərəfli bir faktiki qiymətləndirmə tələb olunur.

Bundan əlavə, bayraq dövlətinə planlaşdırılan axtarışın səbəblərini sənədləşdirib təqdim etmək axtarışı tələb edən dövlətin və beynəlxalq təşkilatın vəzifəsidir. Bu, Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən bir mandat deyil, eyni zamanda BMT-nin Narkotik və Cinayətlə Mübarizə İdarəsinin rəhbər sənədində göstərildiyi kimi hüquqi normadır. Nə Almaniya, nə də AŞ Roseline-AA-da etibarlı, kəşfiyyat məlumatları əldə edə bildi. Gəminin mükəmməl tarixə sahib prestijli şirkət tərəfindən idarə olunduğunu və bu günə qədər heç bir şübhəli fəaliyyətin qeydə alınmadığını nəzərə alsaq, gəmiyə daxil olmaq üçün "ağlabatan bir əsaslandırma" olmadığı məlumdur. 16 saatlıq axtarışdan sonra silahların tapılmaması da bu yanaşmanın sübutudur.

"Almaniya və ya AŞ gəmiyə sadəcə Türk bayrağı daşıdığı üçün daxil olub."

BMT TŞ-nin 2292 saylı qətnaməsinə görə, axtarış aparanların gəmiyə müdaxilə etməzdən və axtarışdan əvvəl bayraq dövlətinin icazəsini almaq üçün səy göstərmələri tələb olunur. Sadə dildə desək, "əmr almaq üçün əlinizdən gələni edin, etdiyinizə əmin olun və icazə verildikdən sonra gəmiyə müdaxilə edin." Bayraq dövləti cavab verməsə də, bu gəmiyə daxil olmaq üçün yaşıl işıq deyil. Axtarış tələb edilməsi üçün dövlətin səlahiyyətli orqanı və ya dövlət və ya təşkilatın qurumları tərəfindən bayraq dövlətinin səlahiyyətli orqanına müraciət edilməlidir. Baş qərargahı Türkiyədə olan EUNAVFOR-Irini-nin əməliyyat məmurları, Türkiyə XİN-in rəsmi təsdiqini almaq üçün Ankaradakı səlahiyyətli şəxslərlə əlaqə qurmalı idilər.

Almaniyadan, ya da AŞ-dan, Türkiyə XİN və Hökumətdən order tələb etdikləri barədə heç bir açıqlama alınmayıb. Bunu Türkiyə XİN mətbuata verdiyi açıqlamasında bildirib. Davamlı səylə heç bir diplomatik təmasın qurulmadığı, Almaniya və ya AŞ-nin Türkiyəni yetərincə gözləmədiyi anlaşılmışdır.

Nəticədə bu iki səbəbdən BMT Təhlükəsizlik Şurasının 2292 saylı qətnaməsi pozulub.
Müdafiəsiz şəkildə olan Türk bayraqlı ticarət gəmisi təxminən 16 saat boyunca işğal edilib. Kapitan və heyət Alman silah qrupu tərəfindən silahlı təhdidə məruz qalıb.

BMT TŞ-nin qərarlarına əsasən verilən səlahiyyətlər, AB və Türkiyə üzərində Şərqi Aralıq dənizi mübahisəsi, Almaniya tərəfindən bu məqsədlə sui-istifadə edilən bir siyasi meydana gəlməyə qarşı idi.

Almaniya və ya AŞ-nin bu təşəbbüsü dənizçilik azadlığını və Türkiyənin suverenliyini pozmaqla yanaşı, BMT-nin qərarlarından sui-istifadə olduğu səbəbi ilə də Təhlükəsizlik Şurası tərəfindən araşdırma aparılmalıdır.



Həmçinin hadisənin doğuracağı ziyan, hüquqi, strateji və hətta geosiyasi nəticələri ilə təsəvvürümüzdən belə kənara çıxa bilər. Bu şərtlər altında aşağıdakı qiymətləndirmələri apara bilərik:

1. Dənizlərdə səyahət azadlığı və Türkiyənin suverenliyinə yönəlmiş bu müdaxilə Avropa Şurası ilə Türkiyə arasında inamsızlığın artmasına yol açacaqdır.

2. Sözügedən gəmi (Alman), Taktik Komandir (Yunan admiralı) və Əməliyyat Komandiri (İtalyan admiralı) NATO dövlətlərinə mənsub olduğu üçün bu hadisə NATO həmrəyliyinə də zərər verəcəkdir. Nəticədə “NATO inam və həmrəyliyi haradadır?” sualın ortaya çıxacaq.

3. 16-cı əsrdən - Hugo Grotius dövründən gələn dənizlərdə üzmə azadlığının əsasına silahsız bir ticarət gəmisinə zor tətbiq etməklə böyük ziyan dəydi.

4. Bu, AŞ-nin Türkiyəyə qarşı həll edilməsi çətin bir düşmənçilik hərəkətidir. Bu düşmənçiliyin Türk xalqının yaddaşındakı təsiri Amerikanın 2003-cü il iyulun 4-də Süleymaniyyədə Türk Xüsusi Qüvvələrinə hücumuna bənzəyəcək.

5. AŞ əməliyyat kəşfiyyatı olmadan şübhə ilə hərəkət etdiyindən, bu yanaşma, okeandakı digər oyunçular üçün saxta müdaxilələrə və gəmiyə giriş cəhdlərinə səbəb olacaq. Bu səbəbdən "AŞ Pandoranın qutusunu açdı" desək, yalan olmaz.

6. Sözügedən müdaxilə "ictimai məqsədlər" üçün edilməyib. Buraya "Monetizasiya" daxil olmasa da, Yunanıstan admiralının təxribatı və manipulyasiyası ilə Almaniya və AŞ üçün "xüsusi siyasi qazanclar" üçün edilmişdir. Bu baxımdan müasir dövrdə "dövlət adından pirat" forması ilə müqayisə edilə bilər.

7. Şübhəsiz, bu qalmaqalın, Şərqi Aralıq dənizi və Egey münaqişələri üzərində mənfi və narahat edici təsirləri olacaqdır. Bu, maraqlı tərəflər arasındakı qarşılıqlı xoş niyyət və inama böyük ziyan vurdu. Xatırladaq ki, Türkiyə Oruçreis NavTex'i 21 İyul 2020 tarixində ləğv edərək Alman Baş Naziri Merkelin istəyi ilə Yunan-Türk araşdırma görüşməsinin qapılarını açmışdır. Lakin Yunan tərəfi bu ləğvdən sui-istifadə edərək Misirlə sözdə bir məhdudlaşdırma müqaviləsi imzaladı. Bu hadisə Almaniyanın arbitraj və vasitəçi statusunu zəiflətdi. Bu, Türkiyədən Almaniyaya gələn ikinci hücum idi.

Bu qeyri-peşəkar hərəkətlər regional sabitliyə və beynəlxalq nizama konkret əlavə dəyər verməyəcəkdir.

Çapa hazırladı: Yaşar USLU
Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Günel ABBAS


Paylaş



Bölmə: Ana seife / Siyasət / Dünya / Köşə / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!