Tramp bu ölkənin prezidentini hədələdi .....                        HƏMAS komandiri öldürüldü .....                        Rusiyaya heç nə verməyəcəyik - Zelenski .....                        Çin ABŞ-ni kiberhücumlarda ittiham etdi .....                        Türkiyədə 4,1 ballıq zəlzələ .....                        Netanyahu orduya əmr verdi .....                        Qurban Qurbanov "Qarabağı" tərk edib-etməcəyinə aydınlıq gətirdi .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        3 gün yağıntı olacaq - XƏBƏRDARLIQ .....                       
27-06-2022, 12:07
Prezidentdən Ermənistana XƏBƏRDARLIQ

Prezidentdən Ermənistana XƏBƏRDARLIQ - "Dəmir yumruq" yerindədir

Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Bu barədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən bildirib:
“Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Onlar hesab edirdilər ki, orduları məğlubedilməzdir və öz orduları haqqında olmayan şayiələri yayırdılar. Biz göstərdik ki, onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməzlər. Onlar bəyan edirdilər ki, Azərbaycan öz torpaqlarını heç vaxt silahlı yollarla ala bilməz. Çünki həm qurulmuş istehkamlar, həm 30 il ərzində mühəndislik işlərinin aparılması, həm də ki, bu bölgənin coğrafiyası onlar üçün çox əlverişli idi. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir”.
26-06-2022, 20:09
İlham Əliyev Kəlbəcər və Laçına səfər etdi


İlham Əliyev Kəlbəcər və Laçına səfər etdi

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
Dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
Prezidentə Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.
Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat alıb.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub. Sonra çıxış edib.
26-06-2022, 00:05
Prezidentin general rütbəsi verdiyi polkovniklər

Prezidentin general rütbəsi verdiyi polkovniklər
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.Sərəncamla 6 polkovnikə general-mayor rütbəsi verilib. Onlardan biri tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevdir. Digərləri isə polkovnik Nicat Kamandar oğlu Qarayev, polkovnik Akif Səməndər oğlu Pirverdiyev, polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmov, polkovnik Eldəniz Telman oğlu Yəhyayev və polkovnik Zaur İlham oğlu Zeynalovdur.
“Tibb xidməti general-mayoru” hərbi rütbəsi ilə təltif olunan Firudin Nəbiyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edir.
Genera-mayor rütbəsi alan Eldəniz Yəhyayev xidmət rəisidir. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.
Generar-mayor rütbəsinə yüksələn 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Z.Zeynalov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Generar-mayor rütbəsi ilə təltif edilən 47 yaşlı Zaur Rüstəmov İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.
O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
24-06-2022, 14:41
Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb


Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Azadə Novruzova “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif olunub.
Bu barədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə məlumat verib.
Şair-publisist Azadə Novruzovanın əsasən vətən mövzusundan, Qarabağ həqiqətlərindən, Xocalı faciəsindən bəhs edən bədii yaradıcılıq nümunələri rus, ingilis, türk, yapon, ərəb, fars dillərinə tərcümə edilərək Türkiyə, Rusiya, Ukrayna, İraq, İran, Misir və digər xarici ölkələrdə geniş yayılıb.
O, “Nəsimi”, “ЛИФФТ” Festivallar Festivalının və “Nizami Gəncəvi Forumu”nun iştirakçısı olub.
Avrasiya Ədəbiyyat Hərəkatının, 2021-ci ildə İstanbulda keçirilən “ЛИФФТ” Festivallar Festivalının TOP 10 nominasiyası üzrə və Festivalın diplomları ilə təltif edilib.

Azadə Novruzovanın 2020-ci ildə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünyaya çatdırmaqda, günahsız uşaqların qətlinə etiraz əlaməti olaraq yazdığı və ingilis, rus dillərinə tərcümə edilmiş “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında Ombudsman Aparatında videoçarx hazırlanıb. Videoçarx Ombudsman Aparatının sosial şəbəkələrində və respublikanın, xarici ölkələrin informasiya mənbələrində geniş yayılıb. Bu layihəyə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Layihəyə müvəkkilin 2020-ci il illik məruzəsində də yer verilib.
21-06-2022, 20:17
Ramiz Nəcəfli: 30 illik  Həsrətim bitdi…

Ramiz Nəcəfli: 30 illik Həsrətim bitdi…
Kəlbəcərə ilk səfərim yamğalanmış muzeydən keçdi
Doğma Kəlbəcərə olan 30 illik həsrətim iyunun 18-də başa çatdı. Bizləri yurdumuza qovuşduran Allahımıza şükr edib şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə sağlıqlı uzun ömür arzulayıram. Boya-başa çatdığım torpağa ayaq basanda keçirdiyim hissləri yəqin ki, mənim kimi 30 il həsrət çəkənlər daha yaxşı bilərlər. İlk ziyarət edəcəyim yer doğulub boya-başa çatdığım Zəylik kəndi və oradakı qəbiristanlıq olmalıydı. Atamın, qohumlarımın və digər kəndçilərimin qəbir daşlarını qucaqlayıb doyunca ürəyimi boşaltmalıydım. Amma bunlar təxminən iki saat sonra oldu...
Kəndimizə getmək üçün yolumuz şəhid olmuş Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin düz beş metrliyindən keçdiyindən, əvvəlcə bura baş çəkməli oldum. 1991-1993-cü illərdə burada elmi işçi kimi çalışdığıma görə bu mədəniyyət ocağı mənə çox doğmadır. Bu doğmalığın nəticəsi olaraq Bakı Dövlət Universitetində dissertasiya işimi də Kəlbəcər Muzeyi materiallarına həsr etdim. Beləliklə şəhid olmuş muzeyin həyətində ürək dağlayan mənzərə ilə qarşılaşdım. 36 minə qədər eksponatı olan muzey yerlə yeksan edilmiş və yerində sındırılmış bir neçə qəbirüstü abidələr, atın günəşə qurban kəsilməsini özündə saxlayan qədim arxeoloji tapıntı və bəzir daşlarını gördüm…
Düşündüm ki, min bir əziyyətlə muzeyi ərsəyə gətirən mərhum alimimiz Şamil Əsgərov bu mənzərəni görsəydi elə oradaca ürəyi partlayardı. Ş.Əsgərov Kəlbəcər işğal olunduqdan sonra Bakıda yeni bir muzey də qurdu. Onun adını Şahid Muzey, Kəlbəcərdə qalan muzeyi isə Şəhid Muzey adlandırdı. Ruhu şad olsun Şamil müəllimin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!