AYB-NİN MİNGƏÇEVİR BÖLMƏSİ-25 .....                        İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                       
Tarix : 7-04-2014, 17:55

 

 

108 yaşlı  “Molla Nəsrəddin”

 

 

 

Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı il aprelin 7-də ilk nömrəsi Tiflisdə dərc olunan “Molla Nəsrəddin” adlı  satirik  jurnal  1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Həm satirik deyimləri, həm də  karikaturalarla dövrün  qüsurlarını tənqid edən, haqsızlıqlara qarşı mübarizə aparıb insanları maariflənməyə çagıran “Molla Nəsrəddin” jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman və onları oyatmağa çalışan Molla Nəsrəddin təsvir olunur. İkinci səhifədə isə "Sizi deyib gəlmişəm…" məqaləsi verilib. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunub.

Jurnalda  Azərbaycan xalqının mütərəqqi qüvvələri, demokratik düşüncəli insanları-  Ömər Faiq NemanzadəMirzə Ələkbər SabirƏbdürrəhim bəy HaqverdiyevƏli NəzmiƏliqulu QəmküsarMəmməd Səid OrdubadiMirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər. Bu insanlar böyük fədakarlıq və  zəhmət  bahasına  25 il ərzində  qısa fasilələrlə jurnalın  748 nömrəsinin dərcinə nail olublar.

 

 

Zamanın karikaturaçıları

 

 

Texnika-kompyüter əsrində - bu günümüzdə də cəmiyyətdəki qüsurları  satirik qələmlə tənqid edən yazarlar və karikaturaçı rəssamlar az deyil. Belə rəssamlardan biri – Bayram Hacızadənin təşəbbüsü və təşkilatçılığı ilə  2006-cı ildə  “Azərbaycan Karikaturaçılar Birliyi”  təsis edilib. Təşkilatın məqsədi eyni  adlı  jurnal  yaratmaq, beynəlxalq aləmdə Azərbaycan  karikaturaçılarını tanıtmaq, gənclər arasında bu sahəni təbliğ etmək olub.  Birliyin  rəhbəri Bayram Hacızadə bildirdi ki, Azərbaycanda bu sahədə bir pərakəndəlik var idi. “Karikaturaçı rəssamların bir qrupu  jurnalda toplaşmışdı, bəziləri  müəyyən  cəmiyyətlərdə, bəziləri fərdi şəkildə fəaliyyət göstərirdilər.  Bizim məqsədimiz  bunları bir araya  gətirmək idi. İlk günlər üzvlərimizin sayı 20 nəfər idisə, bu gün 100 nəfəri ötüb”.

 

 Sonra rəssam ötən illər ərzində birliyin fəalliyyəti haqqında danışaraq dedi ki:  “Qədim tarixi olan Azərbayçan rəssamlarının karikaturaçıları haqqında  dünyada məlumat yox idi.  Biz qısa zaman ərzində  Dünya Karikaturaçılar Federasiyasının tam hüquqlu üzvü olmuşuq. Köhnə sovetlər birliyinə daxil olan ölkələrdən yalnız Azərbaycan bu mötəbər təşkilatın üzvüdür.  Təşkilatın üzvləri  bütün beynəlxalq müsabiqələrdə iştirak edirlər. Eyni zamanda bizim nəşrlər - kitablar, kataloqlar  düniya ictimaiyyətinə çatdırılır.  Beləki,  2008-ci ildən bu günə kimi biz hər il beynəlxalq müsabiqə keçirdirik. Hər müsabiqədən sonra 200-250 səhifəlik  kataloq hazırlanır və dünyanın bütün beynəlxalq təşkilatlarına hədiyyə olaraq göndərilir”.

 

 

 

Rəssam onu da qeyd etdi ki,  hər bir müsabiqə və onun əsasında hazırlanan kitablar  hansısa əlamətdar günlə bağlı olur- məsələn, Molla Nəsrəddinin 100 illiyi, Cəlil Məmmədquluzadənin 150 illiyi, Ə.Əzimzadənin 130 illiyi.  Və hər bir kirtabın əvvəlində Azərbaycan rəssamları Molla Nəsrəddinin tarixi,  Azərbaycan satirik mətbuatı,  Cəlil Məmmədquluzadə yaradıcılığı və.s. haqda məlumat verilir:  “2011-ci ildə  Dövlət Kömrük Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə  “Narkomaniyaya yox” devizi altında  müsabiqə keçirdik,  cox maraqlı tədbir idi. 15 nəfər dünya  karikatura ustasını -  Dünya Karikaturaçılar  Federasiyasının başçısını,  Avropa  Karikaturaçılar Birliyinin rəhbərini və digər ölkələrdəki  karikatiuraçılar  birliyinin rəhbərlərini  Bakıya çağırdıq. Həmin müsabiqənin materialları  əsasında  kitab hazırlandı və  azərbaycan, rus,ingilis dillərində nəşr olunaraq paylandı”.

 

 

 

 

 

       

 

 

 

 

 

 

 

Maraqlıdı, görəsən insana sözlə, ya görüntü ilə - şəkillə təsir etmət asandı?  Bu fikri maraqla qarşılayan rəssamın cavabı da maraqlı oldu:  “Hər ikisi insanlara sözünü demək üçün bir cəhddi.  Onun necə qəbul olunacağı isə,  fərdi bir məsələdir. Hər insanın dünyagörüşü, mədəniyyəti,  dini baxışları, ailə tərbiyəsi, mühiti fərqlidir. Odur ki, birmənalı cavablandırmaq olmaz .  Amma hər bir halda,  istər satirik söz, istər satirik rəsm,  yanlışlıq və haqsızlıqlara qarşı bir təsir növüdür. Bir Rəssamımız var- Yavər Əsədob. O  deyir ki, karikaturaçı cəmiyyətin ağacdələnidir. Ağacdələn ağacda olan zərərli cücüləri təmizlədiyi kimi,  karikaturaçı da  cəmiyyətin sağlamlığına çalışır, insanları buna  çağırır-insanlarda zövq formalaşdırır.

Karikatura cəmiyyətdə baş verən hər- hansı hadisəni və ya şəxsi tənqir edən bir rəsmdi.  Rəssam öz fikrini açıq və çılpaqlığı ilə vermir, sətiraltı  çatdırır, müəyyən elemenltlərdən, bəzən ezop dilindən istifadə edir. Karikaturanın gücü də elə bundadı. Bu mənada  karikaturaçı  rəssamdan kifayət qədər intellekt tələb olunur.

 

 

O dövrdə  jurnalın nəşri Azərbaycan mədəni həyatında bir hadisə idi, çünki,  əhali savadsız idi. Mollanəsrəddinçilər  öz fikirlırini həm satirik deyimlə, həm də karikaturalarla  çatdırmaq  istəyirdilər. Bu gün biz sözümüzü  karikatura ilə deyirik.  Ancaq  məqsədimizə nə dərəcədə nail oluruq, demək çətindir.  Bu gün mətbuatda, internetdə  televiziyalarımızda elə qəribə və açıq tərzdə tənqidlə, hətta təhqirlərlə rastlaşırıq ki... Bütün bu eybəcərliyin, bir-birinə hörmətsizliyin  fonunda yazıq karikaturaçı nə çəkə bilər və bu, nə dərəcədə təsirli ola bilər- bax bu,  əlbəttə,  sual altındadır”.  

 

Müdriklərin  tövsiyəsi

 

7 aprel həm də  Beynəlxalq Səhiyyə günüdü. İnsanın fiziki  sağlamlığına çalışanlar həmin gün daha uca səslə bütün dünyanı sağlamlığı qorumağa səsləyir və yəqin ki, bu müdrik kəlamı da işlədirlər: “sağlam bədəndə sağlam ruh olar”. İnsanların ruhunun sağlamlığına çalışanlar isə  müdrik kəlamları ilə insanları  haqqa çağiran söz adamlarıdı- Xoca Nəsrəddin kimi. Molla Nəsrəddinin şəxsiyyətini araşdıran tədqiqatçıların bəzi mülahizələrinə görə  o,  1308-1384-cü illərdə yaşamış, xalq arasında sufi kimi tanınan  Xoca Nəsrəddin Əfəndi adlı bir  xalq müdriki olmuşdur.  Xoca Nəsrəddin Kayseri şəhərinin mədrəsələrinin birində müəllim işləmişdir. Bu məktəb Səlcuqilər dövründə ruhani məktəb kimi məşhur idi. Xalq arasında  müdrik və hazırcavab bir insan  kimi tanınan  Nəsrəddin həm şair, həm dərviş olmuşdur.  Onun hər lətifəsində dərin bir məntiq var. Bəşəriyyəti güldürən və güldürə-güldürə düşünməyə məcbur edən bu lətifələr  insana  ən çətin vəziyyətdən  belə bir çıxış yolu tapmağın  mümkün  olduğunu aşılayırdı.  Bir çətinlik olan kimi hər kəs Nəsrəddinin yanına qaçar, ondan yardım-məsləhət  alardılar. Bir uşağın ona  verdiyi  "Allah haradadır?" sualına: "Məgər elə yer vardırmı orada Allah olmasın!" cavabı haqqında düşünəndə  “Molla Nəsrəddin”in çap olunma tarixi diqqətimi cəlb etdi.  Bu tarixdə  iki  7 var- 7 aprel və ilin cəm rəqəmi - 1+9+0+6=7.  Jurnalın qərc olunduğu illərin sayının cəmi də 7-dir- 2+5=7.  Yaşadığımız  2014-cü ilin də rəqəmi 7-dir. (2+0+1+4=7) İstər-istəməz düşünməli oldum: Bəlkə bu qarışıq dünyamızda “dünyamızın xilası nədədi?”deyə Xoca Nəsrəddindən soruşmaq mümkün olsaydı, o, belə cavab verərdi: “Hər ayəsində 7 məna gizlənən müqəddəs kitabımızda”..

 

          Bəlkə tənqidi çətin qəbul edən cəmiyyətimizin mənəvi sağlamlığına çağırışı qüsurları tənqid etməklə yox,  kamilliyə aparan müdrik və ilahi  kəlamlarla etmək  gərəkdi? Rəssamın  bu fikrə münasibəti belə oldu:  “Dünyada təsadüfi heç hə olmur, hər şey zəncirvari şəkildə bir-biri ilə bağlıdı. Yəqin  burda da bir hikmət  var.  Sağlam ruha çağırışı  hər kəs bacardığı kimi edir. 2008-ci ildən 7 apreli  həm “Molla Nəsrəddin” jurnalının yaranma günü kimi,  həm də  Karikatura Günü kimi qeyd edirik.  Həmin  gün insanlar - geniş kütlə  təsviri rəsm nümunələri  ilə tanış olmaq imkanı qazanırlar.  Əsas odu ki, məqsədimiz düz, rühümüz  və  əməllərimiz təmiz olsun. Bu təmizlik insanın  daxili nəzarəti – özü-özünə bir təftişidir.  Biz ona daxili mədəniyyət, daxili senzura, tərbiyə deyirik.  İnsan  ailəsində, böyüdüyü mühitdə formalaşır. Əgər onun kökündə yaxşı material varsa, inanın, ona başqa təsir lazım deyil. Əgər bizim rəsmlərə baxan  50 uşaqdan biri  pis əməlindən çəkinərsə, bu, bizim uğurumuzdu.  Biz bunun belə olduğuna  inanırıq  və buna  çalışırıq”.

 

 

         

 

 

 

 

         Bəs “Molla Həsrəddin”in  hansı  karikaturası bu gün üçün də aktualdı?  Bayram müəllim iki rəsm seçib şərhini verdi: “Alman rəssamı  İosif çəkib- “Adam axtarıram”.  Ziyalıdı, əli çıraqlı, günün- günorta çağı  küçədə adam axtarır.  İkinci rəsmi isə 1906-cə ildə Oskar Şmerlin  çəkib. Plakat xarakterlidi və redaksiyanın öz baxışıdı.  Yenicə doğan  günəş elmi, savadı, tərəqqini tərənnüm edir,  uşaqlar isə  gələcəyi ifadə edir.  Naşir-Jurnal  cəmiyyət üçün  yararsızları yola salır, yeni nəsli qarşılayır. “

   Ismət Hacıyeva 



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!