Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 3-03-2021, 20:37
Rəhim Hüseynzadə - 70



Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə Novruz bayramı öncəsi mart ayının 3-də Gəncə şəhərində doğulub.
1958-1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib.
1973-1977-ci illərdə yeni yaradılan Neftçala rayonunda "Gündoğar" qəzetinin, 1977-1992-ci illərdə Salyan rayin "Qələbə" qəzetinin şöbə müdiri işləyib. Bu redaksiyalarda çalışdığı müddətlərdə SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb. 1992-1996-cı illərdə Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib. 1998-ci ildə yenidən mətbuata qayıdıb. "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru kimi səmərəli fəaliyyətinə görə həmin nəşr Azərbaycan Mətbuat Şurasının təsisçiləri sırasına qəbul olunub. 2004-cü ildə MŞ-də icraçı katib vəzifəsinə təyin edilib. Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfələr verib. Şuranın hazırki statusunun əldə edilməsində, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsində onun dəyərli tövsiyələrinə istinad olunub. Nəticədə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.
2008-ci ilin sentyabrından "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədridir. Rəhim Hüseynzadənin yaşadığı 70 illik ömür tarixi və həyat xəritəsi atası Məhəmməd kişinin Cənubi Azərbaycanda Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında baş vermiş milli-demokratik hərəkatda bir fədai başçısı olaraq iştirakı, "21 Azər" kimi tarixə düşmüş bu hərəkat nəticəsində 1945-ci ilin dekabr ayının 12-də yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti, bir ildən sonra eyni gündə beynəlxalq imperializmin və İran irtica hökümətinin əli ilə bu milli qurumun devrilməsindən və süqutundan sonra Şimali Azərbaycana mühacirəti burada məskunlaşması və yaşayışı ilə bağlı olub.
Rəhim Hüseynzadənin Gəncə təvəllüdlü olması onun tərcümeyi-halında xüsusi bir yer tutur. 1946-cı il dekabrın 12-də Milli Hökumət süqut etdikdən sonra Ərdəbildə fədai dəstələrindən birinə başçılıq etmiş Məhəmməd kişi də digər fədai və firqəçilərlə birgə Araz çayı üzərindəki körpüdən sərhəddi keçib Şimali Azərbaycana gəlib. O, Gəncə yaxınlığındakı Hacıkənddə təşkil olunmuş düşərgədə döyüş cəbhəsindən gəlmiş 250 nəfər fədailərlə birgə hərbi təlim keçmişdir. Bu təlimlərdən məqsəd fədailərlə İrana qayıtmaq və düşmənlə yenidən savaşa girmək, öz haqlarını geri almaq ümidi verirdi. Əslində Şimali Azərbaycana mühacirət etmiş "21 Azər" hərəkatının bütün iştirakçıları kimi, o da ömrünün sonuna qədər belə bir ümidlə yaşadı, həyatının sonuna kimi firqə üzvü olaraq qaldı.

Bu hərbi təlimlər S.C.Pişəvərinin öldüyü tarixə kimi (11.06.1947) davam etdirilmiş, sonra isə düşərgədə təlim keçən və Vətənə qayıdaraq yenidən milli azadlıq uğrunda mübarizəni davam etdirmək ümidi ilə yaşayan fədailəri müvafiq bölgələrdə işləmək və yaşamaq üçün göndərmişlər.
Məhəmməd kişi də bir qrup fədai yoldaşı ilə birgə Gəncədə işləməyə göndərildi və burada ailəsi ilə yaşamalı oldu. Rəhim Hüseynzadə də bu şəhərdə dünyaya gəldi. Özünün şəxsi həyat hekayəsi də çayqırağı Namazallılar deyilən məhəllədən başladı.
Rəhim kiçik yaşlarında, ağlının kəsdiyi çağlarda atasının Gəncədəki evinə yığışan fədailərin milli azadlıq uğrunda apardıqları mübarizə və bu xatirələrlə yoğrulmuş, şəxsiyyəti, dünyagörüşü, baxışları da bu xatirələr üzərində formalaşmış və möhkəmlənmişdir. Özünün də dəfələrlə qeyd etdiyi kimi Rəhim Hüseynzadənin Cənubla bağlı istək və arzuları bugünədək həyatının başlıca amalı olmuş, bütün ümidlərinin fövqündə dayanmışdır. O səbəbdən də, R.Hüseynzadənin həyatında əsas hədəf atasının timsalında İranda yaşayan azərbaycanlıların milli-demokratik, milli-mədəni hüquqlarının təmin edilməsi uğrunda Azərbaycan Demokrat Firqəsinin "12 şəhrivər müraciəti"nə qoşulmuş 100 minlərlə fədai və demokratın başladığı yolu davam etdirmək, uğurlu nəticələrə nail olmaqdır.

Elə bu amalla da 1975-ci ildə Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olmuş, ADF-nin Salyan rayonlararsı təşkilatına 1982-2004-cü ilə kimi rəhbərlik etmişdir. Firqə rəhbərliyi etimad göstərərək onu bir sıra prinsipial tədbirlərdə iştirak edən nümayəndə heyətinin tərkibinə daxil etmişdir. R.Hüseynzadə təşkilatda kritik vəziyyət yarananda, rəhbərliyin Firqə dəst-xəttinə aid olmayan şəxslərin, o cümlədən digər təşkilatların təmsilçilərinin əlinə keçmə təhlükəsi yarananda məsləkdaşları ilə buna yol verilməməsi üçün prinsipial yol seçmişdir. 2019-cu ildə ADF MK-nın plenumlarında həmin şəxslər layiqli cavablarını almış, onların Firqə ilə əlaqələrinə tam xitam verilmişdir. Həmin ilin noyabrında keçirilən ADF-nin ikinci qurultayı bu mövqeyi tam dəstəkləmiş, İran Xalq Partiyası (Tudə) ilə təşkilati əlaqələrin kəsildiyini bəyan etmiş, rəhbər orqanlarını seçmişdir. R.Hüseynzadə yekdilliklə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri seçilmişdir. Ötən müddətdə Firqənin həyata keçirdiyi önəmli işlərdən biri də partiya saytını faktiki olaraq özəlləşdirmiş saytdan imtinası və yerində Azerbaycan-ruznamesi.org saytının yaradılması olmuşdur. Nəticədə Firqə üzvləri faktiki olaraq yenidən özlərinin fikir və baxışlarının ifadəçisi olan mətbu tribuna əldə etmişlər.
Bu gün R.Hüseynzadənin 70 yaşıdır. Lakin o, əvvəlki kimi yorulmaz, işgüzar və ideyalarına sadiqdir. Bu onun əməllərində və oxucularına ərmağan etdiyi yazılarında da özünü qabarıq göstərir.

Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!