Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 18-12-2015, 09:35
XALQ ŞAİRİ OSMAN SARIVƏLLİNİN 110 İLLİYİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ




Azərbaycan Yazıçılar İttifaqının üzvü, xalq şairi Osman (Sarıvəlli) Abdulla oğlu Qurbanov 1905-ci il dekabrın 17-də Qazaxın İkinci Şıxlı kəndində dünyaya gəlib. Tale elə gətirir ki, o, orta təhsilini Qazax Müəllimlər Seminariyasında alır. Bu təhsil ocağını bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olur. Hələ gənclik illərində Moskva Dövlət Universitetinin filologiya fakültəsində təhsil alarkən keçmiş SSRİ xalqlarının və xarici ölkələrin ədəbiyyatına da maraq göstərir. Onun poeziyaya qəlbən bağlılıgı isə doğulduğu Qazax rayonunun Azərbaycanın söz-sənət beşiyi olması ilə qaynaqlanır. Təsadüfi deyil ki, Qazax yurdu həm də Azərbaycana Səməd Vurgun kimi ustad şairi bəxş edib. Osman Sarıvəllinin Böyük Vətən müharibəsi illərində müəllifi olduğu şeirlərində çəkdiyi vətən yükünü, o taylı- bu taylı vətən həsrətini də aydın görmək olar. O, poeziyamıza incə lirikanı, bəşəri duyğuları və zəngin folklorumuzun tarixi köklərini ərməğan etməklə, bir sözlə XX əsr Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirməyi də bacarır. Eyni zamanda Osman Sarıvəllinin tərcümə sahəsində, folklarumuzun və xüsusən aşıq yaradıcılığında tədqiqatları da böyükdür. Osman Sarıvəllini xoşbəxt şair də adlandırmaq olar. Çünki o, sağlığında bir məşhur misrası ilə uzunömürlüyün və müdrikliyin zirvəsini fəth edə bilmişdi. Belə ki, şair “Hər kim yüz il yaşamasa“ şeiri ilə tarixən Azərbaycan torpağının uzunömürlülər diyarı olduğunu vəsf edə bilir. Ötən yüzillikdən bu günümüzə qədər yurdumuzun əsrarəngiz gözəlliklərini sevimli oxucuları ilə bölüşən xalq şairi Osman Sarıvəlli indi həyatda olmasa da, onun işıqlı xatirəsi yad edilir. Ömrünün 110-cu baharı ilə bağlı yubiley tədbirləri isə respublikamızda təntənə ilə qeyd olunur.

XALQ ŞAİRİ OSMAN SARIVƏLLİNİN 110 İLLİYİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ

XALQ ŞAİRİ OSMAN SARIVƏLLİNİN 110 İLLİYİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ


Dekabrın 17-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı Rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi kitabxanasında Azərbaycanın xalq şairi Osman Sarıvəllinin 110 illik yubileyinə həsr olunmuş “Hər kəs yüz il yaşamasa!...” adlı tədbir keçirildi. Həmin gün tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəniyyət siyasəti sektorunun müdiri Səbinə Məmmədova,Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mehdi Təhməzov, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və digər ziyalılar iştirak edirdi. Əvvəlcə xalq şairi Osman Sarıvəlliyə həsr olunan sənədli film nümayiş olundu. Tədbirin aparıcısı Suraxanı Rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Zabitə Əliməmmədova şair Osman Sarıvəllinin həyat və yaradıcılığı haqqında məlumat verdi. Görüşdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq- informasiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, şairə-publisist Zərəngiz Dəmirçiqayalı, M.Ə.Sabir adına Mədəniyyət evinin direktoru Cavid Məlikov və digərləri çıxış edərək, şair Osman Sarıvəllinin poeziyasından söhbət açdılar. Şairin müəllifi olduğu şeirləri Firuz Rəfiyev, 79 nömrəli tam orta məktəbin şagirdləri Nərmin Şirinova və Tükəz Şıxəliyeva, 97 nömrəli tam orta məktəbin şagirdi Əbəlfəz Rəfiyev söylədilər. Yubileyə gözəl mahnı ifası ilə xoş ovqat gətirən 3 saylı Uşaq İncəsənət Məktəbinin şagirdi Nərmin Talıblı oldu. O, sözləri şair Osman Sarıvəllinin, musiqisi bəstəkar Tahir Əkbərin olan “Dərdin alım” mahnısını muğam parçası ilə bərabər ifa etdi.

XALQ ŞAİRİ OSMAN SARIVƏLLİNİN 110 İLLİYİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLDİ

Nigar Əliyeva isə sözləri şair Osman Sarıvəllinin, musiqisi bəstəkar Qənbər Hüseynlinin olan “Söz olar” mahnısını oxudu. Sazın tellərini dilləndirən Çiçək Quliyeva və Canpolad Baxşəliyev xalq şairi Osman Sarıvəllinin yazdığı misraları saz üstündə məharətlə söylədilər. Tədbirin sonunda Suraxanı Rayon Mərkəzi Kitabxana Sisteminin direktoru Mərziyyə Əhmədova çıxış edərək, tədbir iştirakçılarına təşəkkür etdi.


Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!