Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
Tarix : 6-06-2016, 17:47
Bilik Fondu Udilərin Azərbaycan dilini daha yaxşı öyrənməsinə yardım edir


Ölkəmizdə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi, qorunması və inkişaf etdirilməsinə hərtərəfli qayğı göstərilir, etnik-milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin dövlət dilimizin zənginliklərinə daha yaxından yiyələnməsinə real zəmin yaradılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dövlət siyasətimizin bu istiqamətinin təbliğinə, eləcə də Azərbaycan dilini öyrənmək arzusunda olanlara müxtəlif layihələr vasitəsi ilə dəstək verir.
Bilik Fondu Udilərin Azərbaycan dilini daha yaxşı öyrənməsinə yardım edir

Dünyada udilərin yığcam halda yaşadığı yeganə məkan olan Qəbələ rayonunun Nic qəsəbəsində açılan “Azərbaycan dilini öyrənirik” kursları da bu məqsədi daşıyır.

Kursun açılış mərasimində çıxış edən Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri, yazıçı-publisist Hacı Abdulla qeyd edib ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi olduğu layihənin əsas məqsədi milli azlıqların Azərbaycan cəmiyyətinə daha fəal inteqrasiyasına , dövlət və ictimai strukturlarda geniş təmsil olunmasına dəstək verməkdir. Bakıda Rus Pravoslav kilsəsi ilə birlikdə reallaşan kurslarda rus dilli əhalinin onlarla təmsilçisi bu kurslardan uğurla keçiblər. Nicdəki Alban-Udin xristian dini icmasının, yerli ictimaiyyət nümayəndələrinin də Dövlət müşavirinin xidmətinə, Bilik Fonduna bu barədə yazılı, şifahi müraciətləri olub. Kurslarda təhsil alanlar Azərbaycan dilində daha yaxşı danışmaq, yazmaq, vətəndaşı olduğu ölkənin tarix və mədəniyyətinə daha yaxından bələd olmaq imkanı qazanacaqlar. Ödənişsiz fəaliyyət göstərəcək kurslarda təcrübəli Azərbaycan dili və ədəbiyyatı müəllimləri müasir metodlarla təlim-tədris aparacaqdır. Kursları uğurla başa vuranlara sertifikatlar da veriləcək.
Bilik Fondu Udilərin Azərbaycan dilini daha yaxşı öyrənməsinə yardım edir

Bilik Fondunun beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Anar Alxasov 3 yaşına yenicə qədəm qoyan qurumun ölkəmizin bütün regionlarını əhatə edən layihələri barədə danışaraq bir çox xarici dövlətlərlə də əlaqələr qurduğunu faktlarla vurğulayıb. Bu iin fevralında Rusiya, Türkiyə və Azərbaycanın paytaxt məktəblərinin Bakıda bir araya gəlib qardaşlaşdığını, dünyaya sülh, birlik mesajları verdiklərini deyib, 20-dən çox dövlətin respublikamızda fəaliyyət göstərən səfirinin, beynəlxalq təşkilatların rəhbərlərinin Bilik Fondunda olduğunu söyləyib.

Nic qəsəbə 2 nömrəli məktəbin direktoru Asya Qukasova deyib ki, udi məktəbliləri Bilik Fondunun “Qardaşlaşmış məktəblər”, “Qafqaz Albaniyası intibahı”, “İlboyu bilik” layihələrində, idman, foto, inşa, rəsm müsabiqələrində xüsusi fəallıq göstəriblər. Bu kursun açılması da gərəkli, xeyirxah təşəbbüsdür. Heydər Əliyev Fondunun inşa etdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın açılışını etdiyi təhsil ocağında bu gündən “Multikulturalizm kabineti” açılır və kurslar da bu kabinetdə aparılacaqdır. Yazılmaq istəyənlərin də sayı çoxdur. 35 illik pedaqoji stajı olan, qəsəbənin ən yaxşı Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən birinin layihənin icrasına cəlb olunması da razılıq doğurur.
Bilik Fondunun adının və layihələrinin regionlarda yaxşı tanındığını, Qəbələdə bir çox yaddaqalan maarifləndirici tədbirlər təşkil etdiyini bildirən rayon icra hakimiyyətinin Nic qəsəbəsi üzrə nümayəndəsi İbrahim Məmmədov bildirib ki, udilərin Azərbaycan dilində danışmaq, yazmaq problemləri mövcuddur, bundan onların özləri də çox ziyan çəkirlər. Ailə-məişətdə udi dilində, orta məktəbdə rus dilində təhsil aldıqlarına görə, ölkəmizin ali məktəblərinə qəbul olunan udilərin sayı da ilbəil azalır. Onların əksəriyyəti rus dilində təhsil aldığından Rusiya ali məktəblərinə üz tuturlar və çoxu da geri qayıtmır. İnanırıq ki, rayon İcra Hakimiyyətinin də icrasına dəstək verdiyi Bilik Fondunun yeni təşəbbüsü bu sahədəki mövcud problemlərin həllinə müsbət yardım edəcəkdir.

50-yə qədər orta məktəb məzunu gəncin kursa yazılmaq istədiyini, ancaq effektiv nəticə qazanmaq üçün ilk mərhələ üçün 15 nəfərin seçildiyini bildirən Azərbaycan dili və ədəbiyyat müəllimi Şahid İslamov əminliklə qeyd edib ki, kursda təlim keçən gənclər ilk həftədən Azərbaycan dilində şifahi danışmaq, yazmaq qabiliyyətlərində nə qədər irəliləyiş olduğunu açıq görəcəklər.
Bilik Fondu Udilərin Azərbaycan dilini daha yaxşı öyrənməsinə yardım edir

Dinləyicilərdən Albert Vəzirov, Samson Totari, Aleksey Mancari çıxışlarında kursun açılışını çoxdan gözlədiklərini söyləyiblər, dərslərdə müntəzəm iştirak edəcəklərini, öyrəndiklərini ailələrində, ünsiyyətdə olduqları qəsəbə sakinləri ilə paylaşacaqlarını dedilər. Azərbaycan dili ilə yanaşı komputer, ingilis dili kurslarının açılmasının da lazımlı, gərəkli olduğunu söylədilər.

Ümumi rəylə kursun ən yaşlı dinləyicisi Artur Danielov qrup başçısı seçildi.
Açılışdan sonra “Multikulturalizm kabineti”ndə keçirilən “Azərbaycan dilini öyrənirik” kursunun Azərbaycanda “Multikulturalizm ili”nə həsr olunmuş ilk dərsini Hacı Abdulla aparıb. Mühazirəçi udilərin tarixi, mədəniyyəti, məskunlaşma arealı, Azərbaycanda tarixində yeri və rolundan danışıb. Vurğulanıb ki, udilərin tarixi vətəni Azərbaycandır. Udilər Qafqazda xristianlığı ilk dəfə qəbul edən etnoslardan biridir. 17 əsr əvvəl Alban çarı Urnayr 313-cü ildə xritianlığı rəsmi dövlət dini elan edib. Bununla qədim Azərbaycan ərazilərində xristianlıq təşəkkül tapmağa başlayıb. 180 il bundan əvvəl Rusiya çarı tərəfindən Alban kilsəsi ləğv edilərək erməni-qriqorian kilsəsinin birbaşa tabeliçiyinə verilib. Məhz bundan sonra erməni kilsəsinin fitvası ilə ermənilər ərazi-torpaq iddialarına başlayıb və bir sıra supergüclərin hərbi-siasi dəstək verdiyi bu əsassız iddilar hər iki xalq üçün, bütün region üçün acı nəticələr doğurub. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə tarixi ədalət öz yerini tapıb və Alban-udi kilsəsi bərpa olunub, dirçəliş dövrünə başlayıb.

Mühazirədə Qəbələnin etnik zənginliyindən də söz açılıb. Qeyd olunub ki, rayon əhalisinin 78,9 faizini azərbaycanlılar, 17,1 faizini ləzgilər, 3,7 faizini udinlər, qalan qismini də digər millətlər təşkil edir. Burada milli mənsubiyyətindən asılı olmayaraq heç kimə fərq qoyulmur, hamı vahid ailə kimi yaşayır. Ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udinlər üçün öz ana dillərində dərslər tədris olunur. Qəbələ şəhərinin 2, Nic qəsəbəsinin 3 məktəbində tədris rus dilində aparılır. Rayonda olan məscidlərlə yanaşı kilsələr də, xristian dini icmaları da dövlət qeydiyyatına alınıb, azad fəaliyyət göstərir və hər bir vətəndaşa dini inancını və ayinləri sərbəst icra etmək üçün lazımi şərait yaradılıb. Bu gün dünyada udinlərin kompakt şəkildə yaşadığı yeganə məkan, onların tarixi Vətəni olan Qəbələ rayonunun Nic qəsəbəsidir. Burada udinlərin tarixi qorunub saxlanılır və araşdırılır. Dövlətimizin diqqəti sayəsində dil, din, özünəməxsus mədəniyyət, adət-ənənələri nkişaf etdirilir, udin xalqının qədim məbəd və kilsələri, tarixi abidələri bərpa olunur və qorunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi dövlət tərəfindən udilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Mühazirəçi udi gəncləri maraqlandıran suallara cavab verib.
Sonda dinləyicilərə dərsliklər, Azərbaycan dilində kitablar hədiyyə edilib, xatirə şəkilləri çəkilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektoru


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!