17-08-2022, 19:50
Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək?Azərbaycanın tanınmış estrada müğənnisi Firəngiz Rəhimbəyova ötən gün vəfat edib. Firəngiz xanım ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, müğənninin yaxınlarından kimsə mərhumun Azərbaycanda dəfn olunması ilə bağlı müraciət etməyib. Qeyd edək ki, Firəngiz Rəhimbəyova ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının parlaq ifaçılarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən müğənni “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir neçə filmdə aktrisa kimi də özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib. O, 1993-cü ildə Azərbaycandan ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib. Müğənninin qızı Raisa da ABŞ-da yaşayır və o da əcnəbi şəxsə ailə həyatı qurub. Qeyd edək ki, mərhum sənətçi avqustun 7-də 62-ci yaşını qeyd etmişdi.
11-08-2022, 20:37
Şeyx Şamil haqqında film çəkiləcəkTanınmış türkiyəli ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib.
Butov.az xəbər verir ki, Şeyx Şamillə bağlı serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub. O, jurnalistlərlə söhbətində hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu söyləyib. Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. Çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.
7-08-2022, 18:53
Türkiyəli aktyor vəfat etdiTürkiyəli aktyor Semih Sergen vəfat edib.
Butov.az xəbər verir ki, “Yeşilçam” ulduzu 91 yaşında dünyasını dəyişib. Aktyor Bodrumda dəfn olunacaq. Qeyd edək ki, Semih Sergen aktyorlar Burak və Toprak Sergenin atasıdır.
3-08-2022, 15:49
“Şuşada teatr binasının inşası gündəmdədir” - Nazir“Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir”. Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib: "Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”. A.Kərimov əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.