Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
1-11-2021, 19:04
Əməkdar artistlə bağlı faktlar: İşdən qovuldu, teatra həsrətlə baxdı, qızının qucağında can verdi

Sabah aktyor, Əməkdar artist Telman Əliyevin doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edib.

Belə ki, Telman Rüstəm oğlu Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub.
1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol alır.

Aktyor Zemfira adlı xanımla ailə həyatı qurur. Onların Vüqar adlı oğlu, Mətanət adlı qızları dünyaya gəlir. Daha sonra Hacıbaba Bağırovun və Səyavuş Aslanın təkidi ilə aktyor Bakı şəhərinə köçüb Musiqili Komediya teatrında işə düzəlir.
Telman Əliyev 2000-ci ildə Xalq artisti Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilir. “Aydın”, “Ədirnə fəthi”, “Poçt şöbəsində xəyal”, “Bu dünyanın adamları”, “Fedra”, “Varlı qadın”, “Ölülər”, “Generalın son əmri” kimi tamaşalarda yaddaqalan obrazlar ifa edib.

1989-cu ildə “Əməkdar artist” adını alan aktyor daha çox 2012-ci ildə ekranlara çıxan “Ağabəyovlar” serialındakı ata obrazı ilə məşhurluq qazanıb.

“Axınla aşağı”, “Cavad xan”, “Şeytan göz qabağında”, “Təlatüm”, “Yalan” kimi filmlərə çəkilib.

Əməkdar artist Telman Əliyev Akademik Milli Dram Teatrın direktorunun göstərişi ilə uzun illər işlədiyi teatrdan çıxarılır. Onun işdən çıxarılmasına isə aktyor dostlarından Nurəddin Mehdixanlı, Füzuli Hüseynov etiraz edirlər.
Aktyorun oğlu müğənni Vüqar Əliyev atası haqqında danışarkən deyir:

“Mənim atam əməkdar artist, “Şərəf Nişanı” ordenli Telman Əliyev teatrdan haqsız yerə uzaqlaşdırılanda aktyorların heç biri səsini çıxartmadı. Amma mənim istedadlı aktyor olan atam teatrın qabağında çayxanada oturub, 2 il teatra həsrətlə baxırdı. Ona teatra girməyə icazə vermirdilər. Hansı ki, orada atamın savadı və aktyorluğuna heç kim çata bilməzdi. Atama haqsızlıq olunanda susdunuz. Tanrı onun yaşadıqlarını sizə yaşatdı. Siz buna layiqsiniz”.
4 iyul 2017-ci ildə 69 yaşlı aktyor Telman Əliyev ürək çatışmazlığından vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.

Aktyorun qızı onun öldüyü günü belə xatırlayır:

“Atam haqqında keçmişdə olduğu kimi danışmaq çox ağırdır. Çox gözəl ata, çox gözəl insan idi. Bu sənətdə öz sözünü demiş şəxsiyyətlər siyahısındadır. Ömrünü sənətə həsr etmişdi. Atam bu sənət üçün doğulmuşdu. Bu sənətə çox bağlı insan olub. Kurs işini uğurla verən tələbələri baş çəkməyə gəlmişdilər. Tələbələrə həyatla bağlı, sənətlə bağlı ürək sözlərini dedi. Hiss edirdik ki, nəsə demək istəyir, amma bizi təşvişə salmaq istəmirdi. Sanki, ölümünü bilirdi. Atamın səsinə oyandım. Məni çağırdı, dedi ki, əlimi tut. Əlini tutanda hiss elədim ki, atam dilinin altında nəsə deyir. Sonradan bildim ki, atam kəlmeyi-şəhadəti deyirmiş. Əlindən tutanda 3 dəfə nəfəs aldı yanımda. Həmişə deyirdi ki, Allah mənim ölümümü sənin qabağında etsin”.

Bütöv.az
26-10-2021, 11:44
Alim Qasımovun qızından ETİRAF - VİDEO

Xalq artisti Alim Qasımovun qızı Fərqanə Qasımova atasının onu hotelin önündə sillələdiyini etiraf edib.

Bütöv.az xəbər verir ki, bu barədə o, ARB TV-nin “Onun Sirri” verilişində deyib:
“Atamla çox səfərlərdə olduğumuz üçün aramızda kodlaşdırdığımız sözlər olurdu. Səfərlərimizin birinidə getdiyimiz şəhərdə böyük bir park vardı. Yürüyüşə çıxdıq. Tez-tez yeriyirdim. Atam dedi ki, bax, bu ağacın altında bir-birimizi gözələyək. Get nə qədər gəzirsən gəz, amma burada görüşək. Mən də ətrafı gəzdim, atamı axtardım, tapa bilmədim. Verdiyimiz vədi də unutdum. 20 yaşım vardı, qorxdum, həycan keçirdim. Fikirləşdim atam məni unudub gedib. Artıq hava qaralırdı. Otelə qayıtdım. Sən demə, atam gəlib saatlarla məni axtarıb. Hotelin qarşısında əsə-əsə atamı gözləyirdim. Gələn kimi mənə 1-2 sillə vurdu. Mənə dedi ki, sən bilirsən mənə nə stress yaşatdın? Həyatımı məhv etdin. Ondan sonra atam 2-3 gün mənimlə danışmadı”.

Xalq artisti Alim Qasımov da qızının dediklərini təsqidləyib:

“Xarici ölkələrin birində tədbirə gedəndə bu hadisə baş vermişdi. Ona tapşırmışdım ki, nə olur olsun, bu ağacın altında səni gözləyəcəm. Gəldim ki, qızım yoxdur. Çox axtardım, tapa bilmədim. Həyəcanlı şəkildə qayıtdım otelə. Gedib oradan elan edim ki, qızımı itirmişəm. Gördüm qızım otelin qarşısıda məni gözləyir. Mən də yaxınlaşıb ona 1-2 sillə vurdum. Ondan sonra bildi ki, görüş yerini unutmaq olmaz”.

21-10-2021, 21:10
Canəli Əkbərov komaya düşdü

“Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb”.

Bunu “Report”a açıqlamasında sənətçinin oğlu Sabir Əkbərov deyib.

“Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır”, - deyə o bildirib.

Bütöv.az
14-10-2021, 13:38
Kaliforniyanın ikinci ən böyük şəhərində 18 oktyabr Azərbaycan Günü elan olunub

Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.

Baş Konsulluğa təqdim olunmuş bəyannamədə bildirilir ki, Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində öz müstəqilliyini bərpa edərək, özünü 1918-ci ilin 28 may tarixində yaradılmış, müsəlman dünyasında ilk dünyəvi respublika olan və qadınlara ilk dəfə səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib.

Qeyd olunur ki, Azərbaycan 30 il ərzində öz müstəqilliyini və suverenliyini möhkəmləndirərək, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji müttəfiqinə və ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristiyan və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev San Dieqo şəhərinin meri T.Qloriyaya təşəkkür edərək, San Dieqo ilə Bakı arasında 2011-ci ildə yaradılmış və çoxsaylı tədbirlər və qarşılıqlı səfərlərlə son 10 il ərzində gücləndirilmiş tərəfdaşlıq münasibətlərindən məmnunluğunu bildirib. 18 oktyabr 2021-ci ildə Bakı-San Dieqo tərəfdaşlığının 10-cu ildönümünün də tamam olduğunu qeyd edən baş konsul, bu münasibətlərin qarşıdakı dövrdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!