Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 1-10-2021, 06:32
QUYRUQ DAVASI

Araz Qurbanov


"Kül o şirin başına ki, quyruğunu ələ verir"…
«Yeni Müsavat» qəzetinini «Azərbaycan İslam Partiyası» sədrinin müavini Hacı Akif və politoloq Vaqif Hüseyn arasında təşkil etdiyi canlı debatı maraqla izlədim. Qəzet qonşu İranın Azərbaycana qəzəbini «irançılıq türkçülüyə qarşı» prinsipi ilə əlaqələndirir. Bu fikirdə həqiqət vardı. Lakin digər və daha dərin səbəblər də mövcuddur.
Bu gün Azərbaycanda fəallşanlara "iranpərəst"deməyin. Özünüzü aldatmayın. Onlar uzun müddət konservasiya edilmiş gerçək hizbullahçılardır.
Azərbaycanın böyük qələbəsindən sonra məğlub Ermənistanı dəstəkləyən dövlətlər Azərbaycanda ictimai-siyasi sabitliyin, iqtisadi yüksəlişin formalaşmasında qətiyyən maraqlı deyillər. Onlar ölkəmizdə yeni gərginlik ocaqlarının, etnik, dini və ya məzhəblərarası qarşıdurmaların yaranmasında maraqlıdırlar. Etnik, dini məsələlərin, sünni-şiə «qarşıdurmasının» səbəbsiz gündəmə gətirilməsi, bu mövzuların mətbuat və sosial şəbəkə vasitəsilə ictimai dövriyədə saxlanılması cəhdləri göz qabağındadır. Lakin bu məsələni hətta üzdən araşdıranda belə yenidən «quyruq məsələsi» ortaya çıxır. Amma bu dəfə «şirin» deyil, xoruzun quyruğu görünür…
Əvvəlcə Hacı Akifin təmsil etdiyi «Azərbaycan İslam Partiyası» (AİP) haqqında. Bu təşkilat indi də qeyri-qanuni fəaliyyət göstərməkdədir. Onun qeydiyyatı hələ 90-cı illərin əvvələrində ləğv olunmuşdur. Azərbaycan Respublikasınının qanunvericilik aktlarına gölə etnik və ya dini zəmində siyasi partiyaların yaradılması qadağandır. Bu məsələnin bir tərəfidir. Yəqin Hacı Akifin xəbəri yoxdur ki, 1990-cı ildə AİP Azərbaycanda Hizbullahın qanadı kimi yaranmışdı. Bunu İİR-in xeyrinə casusluq fəaliyyətndə ittiham olunmuş AİP rəhbərlərinin məhkəmə prosesində partiya funksionerləri də etiraf etmişlər. 1992-ci ildə Tehranın «Mərmər» hotelində adıbəlli SEPAH-ın generalı Hacı Mənsur Həqiqətpur (hazırda İran parlamentinin deputatıdır) onları məxfi əməkdaşlığa cəlb etmişdir. Onlar Azərbaycanda islam inqilabının baş qaldırması, İİR-də qeyri-qanuni dini təhsil alan gənclərin bu prosesə qoşulması, Azərbaycanın hərbi hissələri, mövqeləri, strateji neft, elektrik, qaz xətləri, dövlət məmurlarının ünvanlarının əldə olunması və s. barədə tapşırıqlar almışlar… Elə Hacı Akifin Azərbaycanın bütün dindarlarını nədənsə «islamçılar» adlandırması da həmin illərin terminoloji ənənəsinin qalığıdır. Onu da yada salmaq istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasında dinin dövlətdən ayrı olmasına dair müddəaya etiraz əlaməti olaraq, 1993-cü ildə Qum şəhərində etiraz mitinqi keçirilmiş və Azərbaycanın dövlət bayrağı yandırılmışdır. Həmin mitinqdə «Azərbaycan İslam Partiyasının» rəhbərləri də çıxış etmişlər. Görəsən, Hacı Akifin bundan xəbəri varmı?
Azərbaycanın qələbəsindən, öz ərazilərini erməni işğalçılarından təmizləməsindən sonra İran futbol termini ilə desək, «oyundankənar vəziyyətə» düşdüyünü və bunun gerçək səbəblərini yaxşı anlayır. Dərk edir ki, otuz il ərzində İran-Azərbaycan və İran-Ermənistan münasibətlərində «karusel siyasəti» yürütməsi, rəsmi İrəvanı hərbi-texniki, maliyyə-iqtisadi baxımdan açıq dəstəkləməsi, bununla da regionda həlledici sözə malik dövlət iddiasına düşməsi, Azərbaycanla əlaqələrində dəfələrlə qeyri-səmimilik nümayiş etdirməsi nəhayət ki, ona «qırmızı kartın» göstərilməsi ilə nəticələnmişdir. Bununla da İİR regionun yeni siyasi mənzərəsinin, yeni əməkdaşlıq formatının yaranması prosesindən kənarda qalmışdır. Onun bütün səylərindən, hədələrindən, əzələ nümayişi cəhdlərindən məqsəd itirilmiş mövqeyini və nüfuzunu bərpa etməkdir. İranın Azərbaycan Respublikası ilə sərhədlərində hərbi təlim keçməsi isə «mən də burdayam, mənimlə də hesablaşın» deməkdir. İkincisi, İİR rəsmiləri açıq danışmasalara da, «Dağlıq Qarabağın» statusu məsələsində, ən pis halda Azərbaycanın bu bölgəsində yaşayan ermənilərə muxtariyyət verilməsində Ermənistanın açıq və gizli havadarları hətta düşmən hesab etdiyi dövlətlərlə ilə eyni mövqe nümayiş etdirirlər. Onlar da Azərbaycan Respublikası ərazisində gərginliyin, münaqişə zonasının daim saxlanılmasında, bu amildən xarici siyasi təzyiq vasitəsi kimi istifadə olunmasında maraqlıdırlar.
Qeyd edim ki, ötən illərdə Ermənistanın və Rusiyadakı separatçı təşkilatların ortaya atdığı sərsəm ideyanı - Azərbaycanın federativ dövlət olması və etnik baxımdan əvvəlcə regionlara, sonra isə "müstəqil dövlətlərə" bölünməsi fikrini dəstəkləyənlər arasında iranlılar da vardı. Azərbaycan ərazisindən indiyədək İrana qarşı istifadə olunmasa da, rəsmi Tehran əmindir ki, Azərbaycanın güclü, monolit dövlət olması İranın daxili proseslərinə təsir edə bilən örnəkdir. Bir daha xatırladım ki, İİR-in Azərbaycandakı diplomatik nümayəndəliyini hələ də rəsmi olaraq «İran İslam Respublikasının Bakıdakı səfirliyi» adlandırması deyilənlərə kiçik bir misaldır. Biz hələ «müsəlman qardaşlarımızın» erməni işğalı altında olan ərazilərdə bütün yaşayış binalarının, su borularının, elektrik dirəklərinin sökülüb İrana daşıması barədə susuruq. Halbuki, bu talan İran sərhədçilərinin gözü qarşısında və İran rəsmilərinin razılığı ilə baş vermişdir. Onu da bilirik ki, 44 günlük müharibə ərzində İran bəzi maraqlı dövlətlərin özəl hərbi kampaniyalarının döyüşçülərinin-muzdluların, terrorçu təşkilatların üzvlərinin təyyarələrlə Suriyadan Ermənistana daşınması üçün hava məkanından istifadə etməyə razılıq vermişdir. Müharbə ərzində isə İranın avtomobil karvanları erməni qardaşlarına yaldım üçün fasiləsiz silah-sursat daşıyırdılar….
Eyni zamanda, 90-cı illərin əvvəllərindən etibarən narkotik maddələrin məhz İran ərazisindən məqsədli şəkildə Azərbaycana daşınması, hazırda «şüşə» və «pati» kimi tanınan psixotrop maddələrin hansı dövlətdən və nə üçün ölkəmizə gətirilməsi, vaxtilə 600-dən çox Azərbaycanlı gəncin məhz «Azərbaycan İslam Partiyası» xətti ilə qeyri-qanuni İrana aparılması, Qum şəhərindəki məşhur əl-Mehdi mədrəsəsində «dini dərslər» adı altında beyinlərinin yuyulması, onlara anti-Azərbaycan ruhunun aşılanması, hizbullahçı kimi yetişdirilməsi, Azərşəhrdəki hərbi düşərgədə hərbi təlimlər keçməsi, 1992-ci ildə «iranlı hərbi müşahidəçilər» adı altında SEPAH zabitlərinin Azərbaycana gətirilməsi, başıboş yerli məmurların yardımı ilə «tanışlıq üçün» döyüş bölgələrinə müntəzəm göndərilməsi, mövqelərimiz barədə məlumatın isə Bakıdakı Naxçıvani küçəsində İİR səfirliyinin icarəyə götürdüyü mənzildən Tehrana və İrəvana ötürülməsi və s. barədə də hələlik susuruq. Bütün bunlar İranın dini və dünyəvi liderlərinin Azərbaycanla dostluq və qardaşlıq barədə bəyanatları ilə bir araya sığmır. Odur ki, Azərbaycanofob, türkəfob İranın bu gün Azərbaycanı amerikapərəstlikdə, israilpərəstlikdə və ya islamofobiyada, «anti-şiəlikdə» ittiham etməsi, Zəngəzur dəhlizinin açılmasına etirazını bildirməsi əslində ucuz siyasi stereotip, primitiv bəhanədir. Halbuki, sirr deyildir ki, bu gün İran qapalı da olsa, həsəd aparılacaq səviyyədə həm Amerika, həm də İsrail ilə geniş əlaqələrə malikdir. Şəxsən mənim üçün Azərbaycan şəhidlərinin ruhuna səmimi dualar edən, göz yaşı tökən yəhudi ravvini, xristian keşişi işğalçı Ermənistanın Qarabağda gəbərdilən, əlləri minlərlə günahsız insanın – müsəlmanların qanına bulaşan erməni dığalarına «şəhid» deyən İran ayətulalarından qat-qat yaxındır. Yeri gəlmişkən, 1999-cu ildə İranın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı təxribatlarından və pozuculuq fəaliyyətlərindən bəhs edəni «Səssiz müharibə» kitabım işıq üzü görəndən sonra İİR-in səfirliyi yerli kütləvi informasiya vasitələrinə göndərdiyi bəyanatda söz tapmayıb məni «Amerika imperializminin və İsrail sionizminin agenti» adlandırmışdı…
O ki qaldı hacı Akifin müdafiə etdiyi Ərdəbilin imam cüməsi Həsən Amiliyə, burada da gizli heç bir şey yoxdur. Hər bir normal dövlətin öz jirinovskiləri – rəsmi dairələrin açıq deyə bilmədiyi mövqeyi dilə gətirən bambılıları, təlxəkləri olmalıdır. Amili də İranın Jirinovskisidir. Ona ağaları nə deyiblərsə, onu da dilinə gətirir. Çörəyi bundan çıxır. Gərək Hacı Akif bu sıraya qoşulmayaydı. Mən də hiss etdim ki, utana-utana danışır…
PS: Əbdürrəhim bəy Haqverdiyev «Marallarım» əsərində yazırdı: «Bu iranlılar qəribə millətdirlər. Haraya gedirlərsə, aftafaları ilə konsulları yanlarındadır». Konsulları ilə işim yoxdur, bu siyasi məsələdir. Amma Bakıdakı aftafaları hələ də yanlarındadır. Ən nəhayət, Azərbaycan şirin quyruğu ilə oynamır. Çünki şirin quyruğu «zanitdir» və başqa bir dövlətin əlindədir. Bir də kül o şirin başına ki, quyruğunu ələ verir…


Paylaş



Bölmə: Sosial şəbəkələr / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!