"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 11-08-2023, 14:37
Heydər Əliyevin dövlət quruculuğu məktəbi


Heydər Əliyevin dövlət quruculuğu məktəbi

Bir ölkənin gəncləri hər zaman öz dövlətindən güc alır. Məlumdur ki, 1997-ci ildən Prezident Heydər Əliyevin sərəncamı ilə hər il 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Gələcək gənclərin əlində olduğu üçün bu addım onların özünəinamını, məsuliyyətini daha da artırır. Bu, Heydər Əliyevin gənclərə göstərdiyi diqqətin nəticəsi idi.
Gənclik Tanrının insanlara bəxş etdiyi bir nemətdir. Elə bir nemət ki, o yalnız hər insana bir dəfə verilir. Biz insan həyatının gəncliyini bir ağaca bənzədə bilərik. Ağac hələ körpə ikən ona nə qədər yaxşı baxılarsa, sağlam böyüdülərsə, bir o qədər gözəl bar verəcək. Bir o qədər gözəl, çoxlu bar verən sağlam budaqları olacaq. Gənclər də belədir. Bu gün ölkəmizdə keçirilən gəncləşmə siyasətinin, onlara göstərilən qayğı və diqqətin nəticəsidir ki, gənclərimizə mədəniyyətdə, siyasətdə, idmanda xüsusi yer verilir. Onlar da öz növbəsində vətənini sevən, dürüst, xeyirli insan kimi formalaşacaqlar. Buna respublikamızda fəaliyyət göstərən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, bölgələrimizdə yeni-yeni açılan Gənclər Mərkəzləri misaldır. Fundamentini Heydər Əliyevin qoyduğu bu uğurlu siyasi addım bir işıq kimi, bir nurlu çıraq kimi gənclərdən gələcək nəsillərə ötürüləcək. Bundan başqa Heydər Əliyev Azərbaycanda mədəniyyətin, iqtisadiyyatın və idmanın inkişafına da xüsusi diqqət yetirirdi. Bunun nəticəsində neçə-neçə Azərbaycan gənci dünya və Avropa çempionatında, olimpiadalarda medallar qazanmış və bayrağımızı bir sıra ölkələrdə dalğalandırmışlar.
Ümummilli lider ömür şamını son nəfəsinə qədər Azərbaycan üçün əritdi. Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər hamıya məlumdur. Tariximizə nəzər salsaq Heydər Əliyev həm Sovet dövründə (1969-1982), həm də müstəqillik dövründə (1993-2003) Azərbaycan Respublikasına rəhbərlik etmişdir. Bundan başqa o 1982-1987-ci illərdə Sovet Sosialist Respublikaları İttifaqının rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasında hakimiyyətə gələn kimi ciddi kadr dəyişiklikləri apardı, ölkədə idarəçilik sistemini möhkəmləndirdi, Sovet hakimiyyəti tarixində ölkənin milli kadr potensialının möhkəmləndirilməsinə diqqəti artırdı, gənclər SSRİ-nin ali təhsil müəssisələrinə göndərildi. Heydər Əliyev Azərbaycanın bir sıra görkəmli incəsənət xadimlərinin dünyaya tanıdılmasında böyük rol oynadı. Sovet Azərbaycanının iqtisadi inkişafı istiqamətində də bir sıra tədbirlər həyata keçirmişdir.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildi və Azərbaycan dövlətini parçalanmaqdan qoruyaraq sözün əsl mənasında xalqın xilaskarına çevrildi. Ona görə də biz hər il iyun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Bununla da müstəqil Azərbaycan Respublikasının tarixində bütün sahələrdə növbəti inkişaf dövrü başladı. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycana aid olan hissəsində “Azəri” və “Çıraq” yataqlarının dərinliklərinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında dünyanın iri neft şirkətləri ilə “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi və siyasi həyatında bu gün də böyük rol oynayır. Əsrin müqaviləsinin iqtisadi əhəmiyyəti çoxşaxəlidir. Belə ki, bu müqavilə ilə Azərbaycanın enerji təhlükəsizliyinin əsası qoyuldu. Xarici investisiyaların cəlb edilməsi üçün yaşıl işıq yandı.
Bütün sahələrdə olduğu kimi aqrar sahədə də sürətli inkişaf gedirdi. 1993-2003-cü illərdə ulu öndər H.Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında aqrar islahatları və onların mühüm tərkib hissəsi olan torpaq islahatlarının aparılması, kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, istehsalçıların maddi rifah halının yüksəldilməsi, istehsal şəraitinin yaxşılaşdırılması, uzun əsrlərdən bəri Azərbaycan əkinçisinin torpaq mülkiyyətçisi olması arzusunun nəhayət reallaşması, o cümlədən torpağa münasibətdə tarixi ədalətin bərpa edilməsi, torpaqların pulsuz olaraq kəndliyə verilməsi və yeni torpaq-əkinçi münasibətlərinin formalaşması müasir tariximizin ən önəmli səhifələrindən biridir. İllər sonra azad olunacaq torpaqlarımızda kənd təsərrüfatının inkişafı sanki bu önəmli səhifələrdən güc alırdı. Bunun nəticəsində kəndlilərin əkin-biçinə marağı artdı. Kənd təsərrüfatı müəssisələri sürətlə artmağa başladı. Bu da müstəqilliyimizin ilk illərində kənd təsərrüfatı sahəsinin sağlam təməl üzərində qurulmasına şərait yaratdı. Lakin bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasında kənd təsərrüfatının yüksəldilməsi üçün gördüyü işlərin hamısı haqqında tam təsəvvür yaratmır. Çünki bu onun respublikaya ikinci qayıdışı zamanı gördüyü işlərdir. Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatına göstərdiyi qayğını tam işıqlandırmaq üçün onun 1969-1982-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə də nəzər salmaq lazımdır. Hələ 1969-cu il avqust ayında Kommunist Partiyasının plenumunda H.Əliyev xalq təsərrüfatının başqa sahələrində olduğu kimi kənd təsərrüfatında da yaranmış vəziyyəti dərin təhlil etmiş, onun sürətlə inkişafını təmin edəcək kompleks tədbirlər təklif etmişdir. 1970-ci ilin iyulunda H.Əliyevin təşəbbüsü və gərgin əməyi sayəsində SSRİ Nazirlər Sovetinin qəbul etdiyi "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında" qərar Respublikada kənd təsərrüfatı məhsulları istehsalının inkişafında müstəsna rol oynadı. Bu qərar həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə yanaşı SSRİ-in iqtisadiyyatının inkişafına da müsbət təsir göstərdi. Belə əsaslı tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatında məhsul istehsalı sürətlə artmağa başladı. Həmin illərdə respublikada pambıq istehsalı illik 1 milyon tona, üzüm istehsalı isə illik 1 milyon 600 min tona qədər yüksəldi. Beləliklə Azərbaycan pambıq yığımı üzrə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında 2-ci, üzüm yığımı üzrə isə 1-ci yerdə gedirdi. Bu cəhəti xüsusilə qeyd etmək lazımdır ki, bu dövrə qədər respublikamızda üzüm istehsalı o qədər də çox deyildi. Onu göstərmək kifayətdir ki, 1966-1970-ci illərin hər birində (orta illik məhsul) respublikada cəmi 232 min ton üzüm istehsal edilmişdir. Üzümlüklərin vəziyyəti əkinçilik mədəniyyətinin tələblərinə cavab vermirdi ki, bunun nəticəsində də məhsuldarlıq xeyli aşağı idi. 1971-1975-ci illərdə həm mövcud üzüm bağlarının vəziyyətinin yaxşılaşdırılmasına, həm də yeni üzüm bağlarının salınmasına diqqət artırıldı, üzümçülüyün intensivləşdirilməsi, elm və qabaqcıl təcrübənin nailiyyətlərinə əsasən əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi sahəsində konkret tədbirlər həyata keçirildi. Bütün bunlar 1971-1975-ci illərdə orta illik üzüm istehsalını 466 min tona, hər hektardan məhsuldarlığı 48,2 sentnerə çatdırmağa imkan vermişdi. 1975-ci ildə respublikada üzüm istehsalı 1969-cu ildəki səviyyəni 2,6 dəfə ötüb keçmişdi. 1976-1980-ci illər isə üzümçülüyün inkişafında xüsusilə mühüm mərhələ oldu. 1976-1980-ci illər üzümçülüyün istehsalında mühüm mərhələ olmuşdur. Kənd təsərrüfatının bir hissəsi olan üzümçülük ölkənin iqtisadi həyatında da mühüm rol oynayır. Azərbaycanda üzümçülük yüksək inkişaf mərhələsini Heydər Əliyevin rəhbərliyi dövründə keçmişdir.
Heydər Əliyevin qayğısı nəticəsində Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında iri sənaye, kənd təsərrüfatı, sosial obyektlər tikilərək istifadəyə verilmiş, əhalinin maddi rifah halında, mədəni təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində çox mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermişdi. Uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində sovxoz və kolxozların torpaqları və əmlakı kənd əhalisinə paylanmaqla keçən əsrin sonlarında kənd yerlərində müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatlar yaranaraq fəaliyyət göstərməyə başladılar. Lakin ümummilli lider çox yaxşı bilirdi ki, yalnız torpaqları və əmlakı xüsusi mülkiyyətə verməklə ölkədə bazar münasibətlərini formalaşdırmaq və kənd təsərrüfatında lazımi nəticələr əldə etmək mümkün deyil. Bunun üçün aqrar islahatların dərinləşdirilməsinə və kənd yerlərində yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə dövlət himayəsinə böyük ehtiyac var. Odur ki, ulu öndər Heydər Əliyev 22 mart 1999-cu il tarixdə "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərman imzaladı. Fərmana uyğun olaraq Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etdi. Milli Məclis isə həmin fərmana əsasən təqdim edilmiş layihəni müzakirə edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etdi. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən bu güzəştlər digər MDB ölkələrində nəinki həmin dövrlərdə, heç hazırda da tətbiq edilmir. Məhz bu da ulu öndər Heydər Əliyevin kənd təsərrüfatına və onun sahələrinə xüsusi diqqətinin nəticəsi idi.
Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır. "Dünyada heç bir çətinlik əbədi deyildir. Tarix boyu bütün mübarizələrin sonunda ədalət zəfər çalmışdır. Ona görə də mən üzümüzə gələn 2001-ci ili ümid, inam ili adlandırardım. Çünki inanıram ki, xalqımız həmişə olduğu kimi, 2001-ci ildə də üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gələcəkdir. Müstəqilliyimiz möhkəmlənəcək, torpaqlarımız azad olunacaq, Azərbaycan Respublikası sülh və firavanlığa qovuşacaqdır."
Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 29 dekabr 2000-ci il
Heydər Əliyevin gördüyü işlərin davamçısı kimi İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, müzəffər orduzumun və canlarını vətən uğrunda fəda edən Şəhidlərimizin sayəsində işğal altında olan torpaqlarımız geri qaytarıldı. Azərbaycan gəncləri də kökü sağlam ağaclar kimi Qarabağ torpağında hər bir sahə ilə yanaşı aqrar sahədə də öz fəallıqlarını göstərəcəklər. İşğaldan azad olunan Qarabağ torpaqlarımızda yetişən kənd təsərrüfatı məhsulları isə keyfiyyətinə görə dünyaya səs salacaq.

Aytac MÜBARİZQIZI (BABAYEVA)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ekologiya ixtisasının IV kurs tələbəsi



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!