Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 11-06-2024, 11:42
"BURA BİZİM JURNALİSTİKA DÜNYAMIZDIR"


"BURA BİZİM JURNALİSTİKA DÜNYAMIZDIR"

Beş yaşımdan günləri saymağa başlamışdım ki, yeddi yaşım olacaq və mən məktəbə-işıqlı parlaq gələcəyə doğru ilk addımlarımı atacağam. Bu oxuculara qəribə gələ bilər. Amma mən təhsili özümə ailəm qədər, evim qədər doğma, müqəddəs bilmişəm. Məktəbi bitirdikdən sonra ağlıma gəlməzdi ki, içərisi sonsuz xatirələr ilə dolu, divarlarında uşaqlığımızın hər anına şahid olmuş bu bina qədər bizə ikinci doğma gələn bir bina olar. Amma yanılmışdım. Bunu ikinci dəfə mənə doğma olacaq bir binaya daxil olub oranın doğmalığını bizə hiss etdirən müəllimlərin yanaşmasını, jurnalist olmaq yolunda biri-birlərinə dəstək olan tələbələrin əzmlə çalışmasını, ən əsası isə həmin binada “əsl mən”i tapıb özümə bir yol cızdıqda anladım. Bu yer tələbələrə əsl doğmalığı hiss etdirən, sadəliyi göstərən, əsl müəllim-tələbə münasibətini bizlərdə aşılayan Bakı Dövlət Universitetinin 2 sayli korpusunun 4-cü mərtəsində yerləşən Jurnalistika fakültəsidir. Bu yerin sanki bir özünəməxsus sehrli qüvvəsi var. Səhər saat 08:00-da fakültəyə daxil oluram. Öncə texniki işşilər ilə qarşılaşıram. Dediyim kimi, yəqin ki, buranın sehrli qüvvəsindən irəli gəlir. Texniki işçilərin belə üzündəki o gülüş hissi insana başqa enerji bəxş edir. Dəqiqələr keçdikcə biri-birinin ardı ilə fakültəyə müəllim və tələbələr daxil olur.
Fakültədə işindən bezmiş, işə gəlmək xatirinə buraya gələn, həyatından şikayətçi olan müəllim siması görmək qeyri-mümkündür. Mən müəllimlərimi “canlı ensiklopediya” adlandırardım. Onların yaşadıqları, gördükləri, keçdiyi yollar bizim bir işığa çevirilərək yollarımızı aydınlaşdıran gücə malik təcrübədir. Çox zaman fakültəyə tez gələn müəllimlərdən biri dekan müavini Sevinc Əliyeva olduğu üçün onunla rastlaşıram. O an ağlıma Sevinc xanımın bir sözü gəlir:“Siz bu dəqiqə özünüzü hamıdan ağıllı sayırsız. Amma hələki o deyil. Siz öyrəndikcə, oxuduqca, yaşa dolduqca müdrikləşdiyinizi anlayacaqsız”.
Dördüncü mərtəbədə pilləkandan sağda dekanlıq yerləşir. Orada isə hər dəfə fakültəmizin dekanı Vüqar Zifəroğlu ilə qarşılaşıram. Səbəbini bilmirəm, amma hər dəfə elə düşünürəm ki, Vüqar müəllim kimləsə ünsiyyət qurduqda PR-ın sirləri barəsində danışır. Çünki biz dekanımızın PR mövzusunda çox yaxşı təlimlər keçdiyini bilirik. Bəli, Vüqar müəllimdən öyrənəcək çox şeylərimiz var.
Ən çox sevdiyim auditoriya səbəbsiz olaraq “511”-ci otaq olduğu üçün həmin yeri nümunə göstərəcəm. Beşinci mərtəbəyə daxil oluram. Liftdən çıxdıqda bu otaq sağ səmtdə yerləşir.
Sağ tərəfə dönüb auditoriyaya doğru irəlilədikcə simaları biri-birindən işıqlı tələbələrimizlə qarşılaşıram. Onların üzümə baxıb mehribancasına məni salamlamaları o qədər xoş təsir bağışlayır ki. Onların hərəsi bir dünyadır. Hərəsinin özünəməxsus fikirləri, həyata baxışları var. Bunları sonu mübahisə ilə bitsə də, keçirilən debatlarımızdan hiss etmək mümkündür. Bir çoxları jurnalist olmaq istəməsələr belə maraqlı kreativ fikirləri var. Bizim fakültədə ən tənbəl tələbədən belə bəzən elə maraqlı sual çıxır. Bəzən həmin sual məni günlərlə düşündürür. Bu da tələbələrimizi fərqli edən əsas məqamlardandır.
“511-ci” auditoriyaya daxil oldum. Simalarını Günəşlə müqayisə etdiyim, hər biri ayrı dünya olan olan qrup və patok yoldaşlarımı gördüm. Düzdür, içində hər hansı problemlə bağlı bikef olanlar da var. Amma bu onları pessimist etmir. Bəzi oğlanlar mühazirədə dərsi pozsalar da, qızlar makyaj edib bəzən 90 dəqiqə belə susmasalar da, bu uşaqlar müəllimlərin hər sözünə “baş üstə” deyərək hər biri tələbə yoldaşlarına hörmətlə yanaşır.
“511”-ci auditoriya mühazirə otağı olduğundan müəllimimiz mühazirəni tədris etmək üçün içəri daxil olur. Müəllimlərimizin hər biri eyni qaydada- pozitiv şəkildə auditoriyaya addım atır. Gülə-gülə bizləri salamlayır. Hətta səhər günə gözəl başlayaq deyə bizlə zarafat belə edir. Səhər enerjisi heç bitməyən tələbələrə bəzən əsəbiləşib “jurnalı gətirin dərsə gecikənlərə bir nəfər kimi qaib yazacam” desə də, tələbələrin gecikmək səbəblərini anlayışla qarşılayır. Ən çox sevdiyim mövzu isə müəllimlərin bizlərlə içərisi motivasiya ilə dolub-daşan söhbətlər etməsidir. O an bütün kitabları oxuyub hər şeyi bilmək istəyirəm.

Hələ dərs əsasında sinfə daxil olub "müəllim, filan uşaqları aparmalıyıq təlim var" cümləsini işlədən, tələbələrin sevimlisi dekan müavini Samir Xalidoğlunu demirəm. Bir Allahın günü həmin müəllimin üzündə əsəb və gərginliyi görməyib heç bir tələbə.
Dördüncü mərtəbədə pilləkandan sola doğru getdikdə dəhlizin sonunda "Mətbuat tarixi" kafedrası yerləşir. Həmin kafedranın önündə həmişə oranın müdiri, əməkdar jurnalistimiz Cahangir Məmmədli ilə qarşılaşırıq. Cahangir müəllim hər dəfə ya bir müəllimə, ya da tələbələrə Jurnalistikanın sirləri haqqında nəsə danışır. Bizi də hər dəfə görən kimi mehribancasına salamlaşmasından sonra verdiyi sual ixtisasımız ilə bağlı olur. Cahangir müəllim tək tələbələrin yox, müəllimlərimizin belə müəllimidir.
Tənəffüslərdə fakültəmizin dəhlizlərində də bir neçə müzakirələr gedir. Yəqin, bu jurnalistlərin aurasından irəli gəlir. Hər kəs bir mövzu haqqında danışır. Kimlərsə əlində yemək dərsdən qaib almamaq üçün auditoriyaya doğru qaçaraq "həyatla ölüm" arasında mübarizə aparır. Dərs vaxtı isə koridordan dekan müavini Esmira Rövşənovanın "sizə kimin dərsidir? Niyə dərsdə deyilsiz?" sualını eşidiriksə, o zaman o mübarizədə hər hansı bir tələbənin məğlub olduğunu anlayırıq.
“511”-ci auditoriya Multimedia və elektron kommunikasiya kafedrası ilə üz-üzə yerləşdiyi üçün bu otaqdan bəzən sözügedən kafedranın müdiri, professor, televiziya tənqidçisi, hər zaman pozitiv olan Qulu Məhərrəmlini görürəm. Düşünürəm ki, Q.Məhərrəmli öz ənənəsinə sadiq qalaraq hər hansı tələbənin ya süjetinə, ya da yazısına tənqidi fikirlər söyləməyə hazırlaşır…
Bura mənim üç ilimi keçirdiyim fakültəmdir. Burada üç il müddətində nəzəri biliklərlə yanaşı bacardığım qədər praktiki biliklər də öyrəndim. Amma əsas həyatın enişli-yoxuşlu yollarına özümü hazırladım. Sanki universitetə ilk dəfə ayaq basdıqda on yeddi yox, yeddi yaşımda imişəm kimi hiss edirəm. Çünki bu fakültə on il müddətində öyrənəcəyim şeyləri üç ildə öyrətdi. Söhbət tək Jurnalistikaya aid biliklərdən getmir. Mən bu divarlar arasında püxtələşdim. Özümü tapdım. Hədəflərimi müəyyənləşdirdim. Bu hədəfərdə isə hər addımımda mənə dəstək olan müəllimlərimin rolu əvəzedilməzdir.
Ən çox sevdiyim müəllimlərimin adını qeyd edəcəm. “Radioda praktik iş” fənnini tədris edən, bizə övladları kimi yanaşan hər sözümüzə “can” deyən Sevil Həsənova ilk dərsdən mənim ürəyimi fəth etdi. Hər insanın həyatında Sevil müəllim kimi bir insan mütləq olmalıdır. “Uşaqlar mən sizə heç kimin demədiyi, öyrətmədiyi bilikləri verəcəm” deyib sözünün üzərində dayanan “Konvergen xəbər istehsalı” fənnini bizə tədris edən Leyla Rəşidin də adını xüsusi qeyd etmək istəyirəm. Leyla xanımın yadımdan çıxmayan əsas xüsusiyyəti onun həssas olması idi. Ən əsası isə dərsdə Şəhidlərlə bağlı mövzu açıldıqda o insanın gözlərindəki kədəri hələ də yaddan çıxara bilmirəm.
Tələbələri sakitləşdirmək üçün tez-tez “kəs” sözünü işlədən, amma böyük ürəyə sahib Aynur Nəsirova fakültəmiz üçün başqa aləmdir. “Qayğıkeş müəllim” ifadəsinin canlı sübutu olan Pərvanə İbrahimovanın da adını buraya əlavə etmək istəyirəm. “Xarici ölkələrin jurnalistika tarixi" fənnini bizə tədris etmiş, ətrafımdakıların həmin müəllimi “Çinarənin sevimli müəllimi” adlandıran Mübariz Göyüşlü mənim üçün bir başqa əzizdir. Amma bir müəllim var ki o şəxs mənə heç bir fənni tədris etməyib. Lakin mənim yadımda bizə ixtisasımızla bağlı etdiyi köməklər, göstərdiyi yardımlar, tələbələrə dost kimi yanaşıb, hamıya yardım əli uzatmağı ilə hər zaman qalacaq. Bu insan Kənan Novruzovdur. Universal Kənan müəllimimizdir.
Hər tələbə, müəllim haqqında yazmağa nə səhifə, nə də ömür yetər. Amma bu fakültədə olduğumuz müddətdə qələmimiz daha sehrli olur. İnsan yazdıqca yazmaq istəyir. Bu bizim Bakı Dövlət Universitetinin daxilində yaradıb müsbət keyfiyyətlər ilə xaricə yansıtdığımız Jurnalistika Dünyasıdır. Nə xoş ki mən də bu dünyanın bir hissəsiyəm.

Çinarə MURADOVA,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!