Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 28-06-2021, 14:55
Nəfəs aldığım müddətcə qoruyacağım dəyər


Belə şərəfli peşədən nə qədər danışsam, azdır. “Jurnalist”, “jurnalistika” sözləri mənə çox doğma gəlir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olduğumu öyrənəndə keçir diyim hisləri sözlə ifadə edə bilməyəcək qədər sevinmişdim. Uşaqlıqdan bəri arzuladığım, sevdiyim, seçdiyim bu peşə artıq xəyal deyil, gərçəkdir. Kimsə soruşanda qürur hissi ilə “Mən jurnalistika fakültəsində təhsil alıram” deyirəm, deyə bilirəm. Fakültəmdən danışım: Burada təhsil səviyyəsi olduqca yüksəkdir. Tələbələr üçün, onların rahatlığı, elmli, savadlı, yetişməsi üçün hər bir şərait yaradılıb. Müəllimlər bizimlə həmyaşıdlarımız kimi ünsiyyət qururlar. Nəvazişlərini üzərimizdən əsirgəmirlər. Təəssüf, pandemiyaya görə distant təhsilə məruz qalsaq belə, müəllimlərin qayğısını monitordan hiss edə bilirik. Onlar bunu bacarırlar. Ədalətlə yazılan qiymətlər, hörmət, qayğı bizi onlara, onları bizə bağlayır. Əmin ola bilərik ki, bu bağ qopmayacaq. Məsəfədan bu qədər mehribanlıq yaşadıblar, yaşamışıqsa, ənənəvi tədrisi düşünmək elə də çətin deyil. Əziz fakültəm, peşəm, seçimim mənə gün keçdikcə daha çox öyrədir. Bu peşəni seçmək asandır, sahibi olmaq isə çətin. Kifayət qədər çətin. Yetərincə oxumaq, çalışmaq və təcrübə toplamaq lazımdır. Bunu çalışdıqca anlayıram, görürəm. Lakin nə qədər ağır, çətin iş olsa da, bir o qədər şərəflidir. Vicdan, alın təri, əziyyət gərəkdirir. Çox təəssüf ki, reket jurnalistikasına meyil edən “ media işçiləri” də var. Bəlkə də, təbii qarşılamalıyıq. Çünki hər insan vicdanlı, çalışqan, bacarıqlı olmur. Jurnalistikada isə üstün, parlaq zəka, azadsöz, müstəqillik, çoxlu söz ehtiyatı vacibdir. Jurnalist cəmiyyətin güzgüsüdür. İnformasiyasız bir cəmiyyəti təsəvvür etmək mümkünsüzdür. Hər şəraitdə insanlar mütləq dünyada və ölkədə baş verən xəbərlərdən, hadisələrdən məlumatlı olmalıdırlar. Bu iş isə jurnalistin öhdəsinə düşür. Cəmiyyətimizi düşünmək, müəyyən auditoriyanı məlumatlandırmaq vəzifə borcumuzdur. Mən də gələcəkdə bu peşə ilə şərəfli, vicdanlı irəliləyəcəyimə inanıram. İşimi sevirəm. Qısa müddət içində fakültə, peşə mənim ailəm oldu. Belə ailəyə sahib olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Nəfəs aldığım müddətcə ailəmi qoruyacağıma söz verirəm.

Leyla,
BDU jurnalistika fakültəsinin
birinci kurs tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!