Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 24-08-2022, 23:23
Tələbə qəlbində müəllim sevgisi...


Tələbə qəlbində müəllim sevgisi...

İnsanı fiziki cəhətdən təbiət, mənəvi cəhətdən təlim-tərbiyə, ətraf aləm, oxuduğu kitablar, müşahidə və analizetmə qabiliyyəti inkişaf etdirir -"böyüdür".
Bu mənada insan həyatının müəyyən məqamları, daha doğrusu pillələri mövcuddur. Buna misal olaraq ailədə təlim-tərbiyəni, məktəbəqədər hazırlığı, orta məktəb təhsilini, ali məktəb illərini... qeyd etmək doğru olar.
Danılmaz həqiqətdir ki, Universitet təhsilinin önəmi hər zaman vacib sayılıb. Bu dövr kəsiyində insan həyatı ən xoş xatirələrlə zənginlik tapır, mənimsədiyi təhsillə bütövlük qazanır. Sözsüz ki, tələbə üçün ən böyük qazanc, məhz təhsildir. Əbəs yerə deyildi ki, pedaqoq və filosof olan Con Hibben deyirdi: "Təhsil hər hansı bir həyat situasiyasında düzgün hərəkət etmək bacarığıdır".
Mənim də bəxtim onda gətirdi ki, Şərqin ən nüfuzlu universiteti - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi oldum. Bu, həyatımın ən parlaq səhifəsidir. Və bu səhifənin ən yuxarı hissəsində, ilk sətirbaşında hər zaman dərin ehtiramla, sonsuz sevgilə bağlı olduğumuz müəllimlərimizin ismi yer alır, üstəlik böyük hərflərlə. Bu adlardan biri də isminə və cisminə rəğbət bəslədiyim Könül Niftəliyevadır.
Könül müəllimə, böyük arzu və ümidlərlə addımladığımız bu yolda bizim ən böyük dəstəkçimizdir.
Ümumiyyətlə, müəllimlərimiz bizi yalnız cəmiyyətə savadlı jurnalist kimi hazırlamaqla kifayətlənmir, həm də qəlbimizə vicdan toxumu səpir. Bu toxumlar da onların səmimiyyəti və mərhəmətilə qidalanır. Bəli! Bu sevgini bizə müəllimlərimiz aşılayır. Qaranlıq yollarımıza yanan çıraq olan, hər bir tələbəsinə sonsuz sevgi, böyük qayğı və diqqətlə yanaşan Könül Niftəliyeva. Tanrı qarşısında müqəddəs borcunu layiqincə yerinə yetirən müəllimimiz.
Könül müəllimə ilə tanışlığımız ikinci kursun əvvəlinə təsadüf edir. Ara-sıra fakültə dəhlizində qarşılaşır, hər dəfə səmimi davranışı, gülər çöhrəsi ilə tələbə qəlbinə sevinc, xoşbəxtlik bəxş edirdi. Çox keçmir ki, həmin ilin ikinci yarımilindən Könül müəllimə bizə "Kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi" fənnini tədris etməyə başladı. Fənnin adından da məlum olduğu kimi dərs bir qədər çətin və mürəkkəb idi. Bununla belə, ən sevdiyimiz fənn də elə KİV-in hüquqi tənzimlənməsi oldu. Könül Niftəliyevanın peşəkarlığı və dərs keçmə üsulu olduqca maraqlı idi. Bunun nəticəsi olaraq fənni qısa müddət kəsiyində mənimsədik. Həmçinin də bir dərsdən növbəti dərsəqədər olan zamanı səbirsizliklə gözlədik.
Könül müəllimənin dərsləri o qədər maraqlı keçirdi ki, dərs nə vaxt başladı, nə zaman bitdi bilməzdik. 90 dəqiqə müddətində maraqlı diskussiyalar edir, müzakirə aparırdıq. Elə bir dərsimiz olmazdı ki, biz nəysə öyrənməyək. Hər dərs yeni bir məlumat, maraqlı araşdırma idi.
Könül Niftəliyeva süzgəcindən keçən hər bir tələbə yaxşı bilir ki, o özü bir ədəbi məktəbdi. Jurnalistikada ədalət prinsipi olduqca vacib sayılır. Bu, peşənin başlıca şərtlərindəndir. Və deyərdim ki, Könül müəllimə bu şərtə yetəri qədər əməl edən əsl müəllim və əsl vətəndaşdır. O, bizə öyrətdi ki, çəkilən heç bir əziyyət yerdə qalmır. Zamanla öz üzərimdə işləməyi artıq vərdiş halına çevirdim. Dörd ay müddətində müəlliməmiz bizi həyata hazırladı desəm, yalan olmaz. O yalnız öz sahəsinin peşəkar bilicisi deyil, həm də tələbənin ən yaxın dostu, sirdaşıdır. Tələbə könlünü könülləndirən (oxu: qızıtan, istilik gətirən) əsl pedaqoqdur, əsl psixoloqdur.
Avqustun 27-də fakültəmizin xanım-xatın müəlliməsinin, tələbələrinin sevimlisi, əzizi olan və hər şeydən öncə ləyaqətli Azərbaycan xanımı Könül Niftəliyevanın doğum günüdür. Sizin haqqınızda nə qədər yazsam belə, yenə də az olar deyə düşünürəm. Çünki sevgi sözlərlə, cümlələrlə ifadə ediləcək bir məfhum deyil. Doğum gününüz mübarək, əziz müəlliməm. Yaxşı ki yollarımız kəsişdi. Yaxşı ki sizin tələbəniz oldum.

Şəms Hüseynli,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!