Binəqədi Sukanal idarəsindən kombi oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, dekabrın 19-da Binəqədi Sukanal İdarəsindən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət olunaraq bildirilib ki, inzibati binada quraşdırılan dəyəri 4 000 manat olan iki ədəd kombi aparatı naməlum şəxslər tərəfindən oğurlanıb.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Məmmədov və Rövşən Həmidov saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, Elnur Məmmədov kombiləri oğurlayandan sonra Rövşən Həmidovu hadisə yerinə çağırıb. Daha sonra kombiləri onun avtomobili ilə Nəsimi rayonunda yerləşən məişət əşyalarının alqı-satqısı bazarına apararaq dəyər-dəyməzinə satıb. Oğurlanan kombilər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.
Elnur Məmmədovun Bakı şəhərində digər analoji cinayətlər törətməsi də istisna edilmir.
İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtoqəza nəticəsində sıradan çıxıb.
Nəticədə 11 min abonentin qaz təchizatında fasilə yaranıb. Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.
Hal-hazırda sözü gedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qəza-bərpa işlərini davam etdirir.
Bərdədə 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bütöv.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki rayonun Şirvanlı kənd sakin 1971-ci il təvəllüdlü Bağırov Səxavət Kamal oğlunun idarə etdiyi "Opel" markalı minik avtomobili Şirvanlı kənd sakini 1985-ci il təvəllüdlü Məmişov Rəşad Sabir oğlunun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı hər iki sürücü və "Qaz 3110" sərnişin Şirvanlı kənd sakini 1984-cü il təvəllüdlü Süleymanov Elgün Saday oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, hadisə yerinə çağrılan Təcili Tibb Yardım birqadasının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Suraxanı rayonunda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü saxlanılıb.
Daxili işlər Nazirliyinin Mətbuat xidmətindən Bütöv.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan daha bir sürücü müəyyən edilib. Hövsan qəsəbəsində yaşayan Emin Zeynalov idarə etdiyi “Mersedes” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertiza zamanı Emin Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Emin Zeynalovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.
"Azərbaycan Reallığı" xəbər verir ki, bir qurup şəhid atası problemle üzləşdiyini bildiriblər. Şəhid Zahid Zahidlinin atası Zahirov Azadin bildirdiyinə görə prezidentin göstərişinə göre Yardımlı rayonu icra başçısı onlara kiçik torpaq sahəsi verib.
Elə bütün problemde bundan sonra başlayıb. Bele ki, rayon sakini Qeyibov Akif şəhid valideyinlərə destek olmaqdansa onları məhkəməye verərək əvvəllər müqavilə ilə ona məxsus olan torpağı yenidən geri almaq istəyir. Şahid atası kanalımız vasitəsilə adiyyatı qurumlardan yardım istəyir.(AZƏRBAYCANREALLIĞI.COM)
Bakıda taksidə növbəti dəfə əxlaqsız təklif edilib.
Qafqaz.media xəbər verir ki, sosial şəbəkədə yayılan videoda xanım müştərinin taksi sürücüsünü evinə dəvət etdiyi bəlli olur.
Sürücü isə ona evli olduğunu deyir və mədəni şəkildə bu təklifdən imtina edir.
Xanım isə cavabında: "Sənin avtomobilinin nömrəsini götürdüm. Şikayət edəcəm ki, sən mənə əxlaqsız təklif etmisən" deyir.
Bəzi istifadəçilər bu videonun həqiqət olduğuna inanmadıqlarını yazıblar.
AZXEBER.COM taksi sürücüsü Mahir Əliyevlə əlaqə saxlayıb.
O hadisə haqqında deyib:
Hadisə gecə saatlarında baş verdi. Xanım yolda əl etdi, saxladım, maşına əyləşdi. Daha sonra başladı danışmağa, məndən nömrəmi istədi, dedi başqa bir-iki yerə dəyməliyik. Dedim, xanım gecdir, mən artıq evə getməliyəm. Hansı ünvana deyirsinizsə, sizi düşürüm, çünki evə getməliyəm. Sonra yolda saxlatdırdı, köşkdən nələrsə aldı, gəldi maşına əyləşdi. Daha sonra yenə başladı belə danışmağa. Mən ondan şübhələndim, qeyri-adi nəsə var idi, videonu açdım ki, nəsə olsa əlimdə sübut olsun. Sonra məndən şəxsi məlumatlarımı maraqlanmağa başladı.
Sürücü deyib ki, ünvana çatanda ona əxlaqsız təklif edilib:
"Sonra ünvana çatanda dedi ki, təkəm, sizlə birlikdə getmək olar? Mən də təbii ki, imtina etdim. Dedi, səndən şikayət edəcəm. Hələ maşınımın nömrəsini də çəkdi. Ondan sonra 3 gün keçib, şikayət-filan olmayıb. Mən gözlədim nəsə edərsə, bu video əlimdə sübut kimi olsun, paylaşmaqda məqsədim də o oldu ki, taksi sürücüləri bunu görüb maariflənsinlər, daha tədbirli olsunlar".
Sosial mediada “unicosobreviviente” adı ilə paylaşımlar edən şəxsin yayımladığı yeni görüntülər insanların diqqətini cəlb edib.
Metbuat.az xəbər verir ki, 2027-ci ildə yaşadığını irəli sürən şəxs, dünyada çox az sayda insanın qaldığını iddia edib. Maraqlıdır ki, onun küçədə çəkdiyi görüntülərdə insanların olmadığı diqqət çəkir. Yerin təbii peyki Ayı lentə alan şəxs, 2027-ci ildə ilk dəfə Ayın Yerdən müşahidə edildiyini irəli sürüb.
Sosial mediada böyük kütlə tərəfindən izlənilən şəxsin bu iddiaları müzakirələrə yol açıb.
Cəlilabad rayonunda məktəb direktoru şəhidin qardaşını işə düzəltmək məqsədi ilə ondan 1500 azn rüşvət tələb edib.
Bu barədə KanalS.az-a Cəlilabad rayon Mikayıllı kənd sakini məlumat verib. Məlumatda bildirilir ki, mən şəhid Əliyev Aslan Eldar oğlunun qardaşı Əliyev Nurəddin Eldar oğlu dəfələrlə Cəlilabad rayon Mikayıllı kənd orta məktəbinin direktoru Ramin Şükürova qardaşımı və yoldaşımı işə düzəltmək üçün müraciət etmişəm. Məktəb direktoru Ramin Şükürov şəhid ailəsi olduğumu nəzərə alaraq və hörmət əlaməti olaraq məndən 1500 azn rüşvət tələb edib. Bu məsələ ilə bağlı rayon Təhsil Şöbəsinin müdiri Ağaxan Ağayevin qəbulunda da olmuşuq. Ağaxan Ağayev Mikayıllı kənd orta məktəbinin direktoru Ramin Şükürova bu barədə göstəriş verib. Göstərişə əməl etməyən Ramin Şükürov hələdə bizi işlə təmin etməyib. Əksinə bizdən 1500 azn rüşvət tələb edib. Bizimdə imkanımız yoxdur. Olsa idi biz ona verdiyimiz pulu özümüz xərcləyərdik. Daha ətraflı video müraciətdə:
Qeyd edək ki, Ramin Şükürov son günlər sosial şəbəkələrdə “Mən deputatların və prezidentin köməkçisinin ağzını cırıram” – ifadəsini səsləndirən jurnalist Elnur Şükürovun qardaşıdır. P.S. Redaksiya səsləndirilən iddialara görə məsuliyyət daşımır. Məsələ ilə bağlı Cəlilabad rayon Mikayıllı kənd orta məktəbin direktoru Ramin Şükürovla əlaqə saxladıq. Ramin müəllim bildirdi ki, şəhid ailəsindən heç vaxt rüşvət tələb etməmişəm. Vakant yer olarsa onları işlə təmin edəcəyik.-deyə R.Şükürov bildirdi. Ümid edir ki, aidiyyatı qurumlar məsələ ilə bağlı ciddi tədbir görəcək…
Son aylar Bakı şəhərində səkilərin, insanların gediş-gəliş yolunun üstündə bir gecədə göbələk kimi peyda olan ticarət obyektləri meydana çıxır.
Həmin ticarət obyektlərinin qiyməti isə 10 min, bəzən isə 100 min arasında dəyişir. Gördüyünüz bu gecəqondu ticarət obyekti də Nizami rayonunun Bəhruz Nuriyen küçəsində bir gecə də inşa olunub. Şahidlərin dediyinə görə səkinin üstündə inşa olunan bu ticarət obyektinin inşası axşamm saat 11 rədələrində başlayıb və səhər saat 6-da yekunlaşıb. Bu ticarət obyekti təkcə səkidə deyil, həm də kommunikasiya xəttlərinin üstündə tikilib. Heç bir sənədi olmayan bu obyekt artıq bir neçə aydır ki, fəaliyyət göstərir və bu günə dükanın sahibinə də heş kim, “gözlərinin üstündə qaşın var” deməyib. Yəqin heç deyilməyəcək də. Niyə? Niyəsini bu dükanı səkinin üstündə bir gecədə tikməyə icazə verənlər bilirlər…
Obyektin sahibinə gəlincə, səki üstündəki gecəqondunun sabibinin Sadiq adlı şəxs olduğu bildirirlir. Sadiq uzun müddətdir ki, Bakı şəhər Ticarət və Xidmət Departamentində işləyir və icazəni də elə öz “boss”larından alması da heç kim də şübhə doğurmur.
Deyilənə görə Sadiq keçmiş mer Hacıbala Abutalıbovun uzaq qohumudur, Ordubad rayonundandır. O vaxtlar keçmiş başçı onu Bakıda çörəkpulu qazanmağa gətizdiribmiş. İndi həmin Sadiqin təkcə Nizami rayonu ərazisində 10 obyekti olduğu deyilir. Naxçıvanski 84-də, Bəhruz Nuriyev 10A-da, 8-km bazarının yanında bir böyük kafe, Rüstəm Rüstəmov 84-də binanın altı, Naxçıvanski 51-in yanında da bir obyekti var. Bu sadalananlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin sıravi bir işçisinə məxsusdur. İndi təsəvvür edin Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin nə qədər belə obyektləri var.
Nə isə, bunları qoyaq bir qırağa… Əsas məsələ odur ki, Bakı şəhər İcra Hakimiyyətinin sıradan bir işçisi olan Sadiq müəllimə az qala küçənin ortasında dükan tikməyə kim icazə verib və niyə əlaqədar qurumlar Nizami rayonunun Bəhruz Nuriyev küçəsində səkinin üstündə qanunsuz tikilini baxar kor kimi görmürlər? Bəs bu kimi hallardan Bakı Şəhər İxra Hakimiyyətinin başçısı Eldar Əziziovun xəbəri varmı? Yoxdusa bu necə olur? Axı hazırda Bakı şəhərində 10-15 kvadratmetrlik bir obyekt tikmək üçün Bakı şəhər İcra Hakimiyyətindəki müəyyən dəllallara nə az, nə də çox, 30-40 min manat vermək lazımdır. Olmasa heç kim nə inki səkidə, hətta öz evində belə bir daşın yerini dəyişə bilməz. Bəs səkidə tikilən ticarət obyektindən Eldar Əzizovun necə olur ki, xəbəri olmur?
Bu arada deyilənə görə Sadiq adlı şəxs də Bakı şəhər İcra Hakimiyyətindəki müəyyən dəllallarından biridir… (Relkika TV)
Paytaxt ərazisində şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən bəzi sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları barədə sosial şəbəkələrdə videolar yayıldıqdan sonra vətəndaşlardan bu barədə polis orqanlarına şikayətlər daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin məlumatların monitorinqi aparılıb, əldə edilən nəticələr təhlil edilib və bu sahədə mövcud olan real əməliyyat şəraiti araşdırılıb.
Müəyyən edilib ki, həqiqətən də taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər arasında avtomobilə əyləşən qadınlara qarşı etikadan kənar davranan sürücülərə rast gəlinir. Nəticədə xanım sürücülərə qarşı əxlaqsız təkliflər edən 5 taksi sürücüsü – paytaxt sakinləri Kənan Xəlilov, Elşad Şirinov, Abşeron rayon sakini Nizami Kərimov, Tərtər rayon sakini Elşən Mürsəlzadə və Lerik rayon sakini Şabala Ağayev saxlanılıblar.
Saxlanılan taksi sürücülərindən biri Elşən Mürsəlzadənin üzərindən narkotik vasitə heroin aşkar edildiyindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Digər sürücülər isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs ediliblər. Xanım sərnişinlərə qarşı əxlaqsız hərəkətlər edən taksi sürücülərinin aşkar edilməsi və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.