Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Atəşkəs sonrası ilk zəng: Azərbaycanın İrana verdiyi siyasi mesaj .....                       
Tarix : 9-10-2019, 14:50
Naxçıvan Dövlət Universitetində respublika elmi konfransı: “Kimya elminə müasir baxış”
Naxçıvan Dövlət Universitetində (NDU) “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib.
Butov.az xəbər verir ki, NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə kimya elminin inkişafından bəhs edib, son illər qazanılan uğurlar barədə danışıb. Rektor konfransın işinə uğurlar arzulayıb.
“Bəzi aminturşular və onların qarışıq funksiyaları törəmələrinin əsasında birləşmənin quruluşu – inhibitor effekti asılılığının tədqiqi” adlı çıxışında universitetin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev korroziya proseslərindən söz açıb. Qeyd edib ki, əksər metallar korroziya nəticəsində dağılaraq vaxtından əvvəl sıradan çıxır. Bu da sonda külli miqdarda dövlət vəsaitinin itirilməsinə gətirib çıxarır.
Bildirilib ki, təxmini statistik hesablamalara görə, hər il dünya miqyasında istehsal olunan metal və ərintilərinin 8-12 faizi korroziya nəticəsində itkiyə gedir. Bu da milyardlarla dollar vəsaitin itirilməsi deməkdir. Korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışan professor inhibitorların tətbiqinə əsaslanan daha əlverişli üsulu qeyd edib. Belə ki, bu üsuldan istifadə etdikdə mövcud texnoloji sistemdə heç bir dəyişikliyə ehtiyac olmur.
AMEA Fizika İnstitutunun professoru, fizika üzrə elmlər doktoru İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və türk sənəti” adlı çıxışında təbiətdə mövcud olan bərk maddənin amorf və kristallik adlı iki halından danışıb. Qeyd edilib ki, amorf maddələrdən fərqli olaraq, kristallar mükəmməl həndəsi formalara malikdir və bir çox hallarda təmizlik, gözəllik və mükəmməllik simvolu kimi qəbul olunur. Amorf maddələrə örnək kimi şüşə və plastması, ikincilərə isə xörək duzu, şəkər, almaz və sair maddələrin kristallarını göstərmək olar.
Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz İranın Marağa şəhərindəki oktaqonal prizma formalı Gunbad-i Kabud məqbərəsinin divarlarını bəzəyir.
Plenar iclasda suallar cavablandırılıb, təkliflər dəyərləndirilib.
Konfrans bölmə iclası ilə davam etdirib.
Naxçıvan Dövlət Universitetində respublika elmi konfransı: “Kimya elminə müasir baxış”


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!