Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                        Üç kəndin adı dəyişdirilir .....                        Gəncə şəhərinin Baş planı təsdiqləndi .....                        İsrail atəşə tutuldu - 2 azərbaycanlı həlak oldu .....                        Laricani Trampı hədələdi: Ehtiyatlı ol! .....                        İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri .....                       
Tarix : 4-04-2019, 07:56
AMEA-nın xatirə nişanları təsis edilir

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın xatirə nişanlarının təsis edilməsi haqqında məsələ müzakirə olunub. İclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.
Ötən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.
Rəyasət Heyəti adlı mükafatların nüfuzunun daha da artırılması, həmçinin mükafatlara təqdim olunan alimlərin daha dəqiq meyar və prinsiplər əsasında müəyyənləşdirilməsi məqsədilə AMEA-nın adlı mükafatlarının xatirə nişanları ilə əvəz edilməsini məqsədəuyğun hesab edib. Beləliklə, "Tibb sahəsi üzrə akademik Mirəsədulla Mirqasımov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Mustafa Topçubaşov" xatirə nişanı, "Tibb sahəsi üzrə akademik Zərifə Əliyeva" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Yusif Məmmədəliyev" xatirə nişanı, "Kimya sahəsi üzrə akademik Murtuza Nağıyev" xatirə nişanı, "İncəsənət sahəsi üzrə akademik Üzeyir Hacıbəyli" xatirə nişanı, "Memarlıq və incəsənət sahəsi üzrə akademik Mikayıl Useynov" xatirə nişanı, "Ədəbiyyat, poeziya sahəsi üzrə akademik Səməd Vurğun" xatirə nişanı, "Geologiya sahəsi üzrə akademik Musa Əliyev" xatirə nişanı, "Torpaqşünaslıq və coğrafiya sahəsi üzrə akademik Həsən Əliyev" xatirə nişanı, "Riyaziyyat sahəsi üzrə akademik Zahid Xəlilov" xatirə nişanı, "Neft sahəsi üzrə akademik Azad Mirzəcanzadə" xatirə nişanı, "Fizika sahəsi üzrə akademik Həsən Abdullayev" xatirə nişanı, "Kompüter elmləri sahəsi üzrə professor Lütfi Zadə" xatirə nişanı təsis edilib. Bundan başqa, AMEA-nın təsis edilməsinə həsr olunmuş xatirə nişanı və elmin inkişafına dəstək verən şəxslərə təqdim edilmək üçün AMEA-nın xüsusi xatirə nişanı təsis olunub.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!