Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb .....                        Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var .....                        Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub .....                        Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü .....                        “Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək .....                        Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? .....                        İsrail HƏMAS-a 60 gün vaxt verəcək .....                        Azərbaycanda dəbdəbəli yas mərasimlərinin qarşısı alınacaq .....                        Mehriban Əliyeva yenidən Gimnastika Federasiyasının prezidenti seçildi .....                       
Tarix : 2-08-2014, 17:15

Fəzail Ağamalıdan xalqa çağırış

 

Fəzail Ağamalı xalqı Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırdı...

"Şəhid olmuş əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına baş sağlığı verir, səbr diləyirəm"

Moderator.az xəbər verir ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı şəhid olmuş Azərbaycan əsgərləri ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
Əziz Azərbaycan xalqı!
İşğal olunmuş Azərbaycan ərazilərində və bütün cəbhə boyu erməni hərbi birləşmələri fəallaşaraqmüdafiənin ön xəttində yerləşən mövqelərimizi və cəbhə boyu yerləşənyaşayış məntəqələrimizi intensiv atəşə tutmaqdadırlar. Silahlı Qüvvələrimizin hərbi qulluqçularının şücaəti nəticəsində düşmənin cəhdlərinin qarşısı qətiyyətlə alınır və düşmən itki verərək geri çəkilməyə məcbur edilir. 
Himayədarlarının göstəriş və dəstəyindən güc alan ermənilərintəxribatlarının qarşısının alınması üçün xalqımız ölkə Prezidentinin və Ali Baş Komandanın ətrafında daha sıx birləşməli və düşmənə layiq olduğu cavabı verməliyik. Biz əminik ki, güclü Azərbaycan ordusu düşmən üzərində qələbənin təmin edilməsi üçün lazım olan bütün addımların atılması istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək. 
Son günlər düşmən hücumlarının qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki vermiş və qəhrəman əsgərlərimiz şəhidlik zirvəsinə yüksəlmişdirlər. 
Şəhid olmuş əsgərlərimizin yaxınlarına və bütün Azərbaycan xalqına baş sağlığı verir, səbr diləyirəm.
Allah rəhmət eləsin!



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!