Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 19-11-2015, 14:56
Azərbaycan elminin diplomları dünyada niyə tanınmır?




Butov.az Gecce.az-a istinadən xəbər veri ki, ölkənin şöhrəti, dövlət idarəçiliyinin zirvəsi, iqtisadiyyatın təməli, peşəkarlığın, siyasətin, siyasi mədəniyyətin və s. varlığı, qüdrəti, hikməti yalnız və yalnız tərəqqi,elm və keyfiyyətli təhsildir. Elm və təhsil qiymətsiz xəzinənin ayrılmaz qolbağıdır. Bu mövqeyin fəlsəfəsi dünyada, daha doğrusu, bəşəriyyət tarixində sübuta yetirilmişdir. Alternativ yoxdur! Elmin və təhsilin inkişafı, məhsuldarlığı üçün cəmiyyətdə qanunun aliliyinin təmin olunması vacibdir. Eyni zamanda bildirirəm ki, məmur özbaşınalığı, arxaik (köhnəlmiş) şüur, arxaik üslub (stil) birdəfəlik kökündən məhv edilib, Respublika Tarix Arxivinə tarix üçün təhvil verilməlidir. Elmi tərəqqinin və keyfiyyətli təhsilin vətəni, sərhədi, milli və siyasi mənsubiyyəti yoxdur. Bu, aksiomadır. Sübuta yetirilmişdir.
Son 100 il (70 il sovetlər imperiyası-25 il müstəqil Azərbaycan) ərzində bizim ali təhsil və elmlər doktorlarının diplomları Müstəqil Dövlətlər Birliyinin (MDB) hüdudlarından kənarda heç tanınmır. Azərbaycan elm və təhsil sisteminin diplomlarını tək Avropa, Qərb dünyası yox, qonşu ölkələr - İranda, Türkiyədə və s. tanımırlar. Bir sözlə, bizim diplomların dünyada izzəti, cəlalı, adı, hörməti, etibarlığı 100 ildir yoxdur.

Hər dəfə beynəlxalq və ya Avropa elmi konqreslərində (10 min nümayəndə olur) bu münasibətə görə daxildən sıxıntı keçirirəm. Diplomlarımızı tanımırlar. Səbəbi (səbəbləri) nədir?

Bu mühüm problemin sürünməsinə və 100 ildə həll olunmamasına görə açıq, ünvanlı, ədalətli danışmağın zamanı tam yetişib. Çünki bugünki gün gənc nəslimizin ordusunda savadlı, fitri istedadlı, vətənpərvər, zəhmətkeş çoxlu övladlarımız var və biz onlara şəfəqli gələcəyi bəxş etməliyik. Bu, vəzifəmizdir!

Misal: Almaniya, Yaponiya - 70 il öncə dağıdılmış ölkələr, yerüstü-yeraltı sərvətləri olmayan halda və sərt iqlim şəraitində bu gün iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrin sırasındadırlar. Bundan əlavə, mərhəmət əllərini kimliyindən asılı olmayaraq insanlara - dövlətlərə fəal uzadırlar. Nəyin ucbatından? Yalnız və yalnız beyin mərkəzlərinin potensialı, yüksək nizam-intizamın və qanunun aliliyi hesabına. Düşünməyə dəyər.

İndi keçirəm mövzunun mahiyyətinə. Burada diplomlarımızın tanınmamasının səbəbləri və həlli yolları ətraflı açıqlanır.

Səbəblər:

- İlkin məsuliyyətsizlik ünvanlı məsuliyyət daşıyan məsul məmurlardan başlanır. Məsul məmurlar: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentləri; təhsil nazirləri; Milli Məclisin Elm və təhsil komitəsinin sədrləri; Elmi-Tədqiqat İnstitutlarının (ETİ); ali təhsil müəssisələrinin rəhbərləri və sairləri. Onlar gəlib-gedirlər, amma ölkənin bu siyasi-sosial problemi 100 ildir həllini tapmır.

- Azərbaycanda (kiçik bir ölkə) elmi dərəcənin və adın sayı sürətlə artır, lakin kəmiyyət keyfiyyətə keçmir. Faciə ölkəni uçuruma aparan yoldur. Bu, aksiomadır!

- Orta təhsil məktəblərində təhsil müddətini uzatmaqla, aspiranturanı ləğv etməklə, elmlər doktorlarının, akademiklərin sayını artırmaqla irəliləyiş olmayacaq. Həqiqətən dönüş yoxdur. Bir misal: Azərbaycan Tibb Universitetinin qocaman-konservativ rektoru cənab Ə. Əmiraslanov 20 ildən artıqdır oturub kürsüdə, amma məzunların diplomları tanınmır. Bu yolda bu günə kimi görülən işləri yalnız özü bilir. Təhsilin müddəti uzadılır, adlar dəyişilir (bakalavr, magistr, rezident), amma keyfiyyət dəyişilmir, diplomlar tanınmır. Səbəb? Uzun müddətli-uzun ömürlü rektorluq fəaliyyətində, görünür durğunluq yaranıb və formalizm, bürokratizm, şəxsi maraqlar və s. ictimai, milli, dövlət maraqlarından üstün olub.

- Azərbaycanda orta təhsilin müddəti: sovetlərdə - 10 il; müstəqillikdə - 11 il olub, bundan sonra - 12 il olacaq. Məktəbə gedib-gəlməklə bilik artmayacaq! Durğun problemin durumu problemləşəcək. Bildirirəm ki, sivil ölkələrdə təhsil 11-13 ildir. Düşünməyə dəyər...

Azərbaycanda elm və təhsil sisteminin formalaşmasında real örnəkdir qonşumuz - Birləşmiş Ərəb Əmirliyi. 1964-cü ilə kimi Dubay əhalisinin əksəriyyəti savadsız, səfalət içərisində, səhrayi-kəbirdə, çadırlarda yaşayırdılar. Dövlətləri - dəvə və uzunqulaq idi. 1964-cü ildə Dubayda neft kəşf olunduqdan sonra ölkə çiçəklənir. Qısa müddətdə (son 50 ilə) Dubay elm və təhsil sisteminin inkişafı bütün Avropa, Qərb standartlarına tam cavab verir və diplomları dünyada tanınır. Təhsil ölkədə yerli əhali üçün pulsuzdur, xaricdə ödənişi dövlət təmin edir. Bundan əlavə, Dubay sərt iqliminə baxmayaraq, taxıl ixrac edir. Düşünməyə dəyər...

Müasir dünya təcrübəsi və elmi araşdırmalar göstərir ki, yalnız elmi tərəqqi və keyfiyyətli təhsil ölkənin əsas zinəti, təbii sərvətlər isə bəzəyidir. Müstəqil Azərbaycanda bu gün elmin və təhsilin tərəqqisi, inkişafı, diplomların tanınması yolunda ciddi inqilabi islahatlar aparılmalıdır.

Həlli yolları:

- Öncə müasir dünya təcrübəsinə əsaslanaraq Azərbaycanda yeni nazirlik yaranmalıdır - Elm və Təhsil Nazirliyi. Bu nazirlik ölkənin elm və təhsil sistemini vahid yumruqda birləşdirməlidir.

- 2025-ci ilə kimi elm və təhsil sahəsində qısa və uzunmüddətli prioritet layihələr hazırlanmalıdır. Prioritet layihələrdən ən əsası kimi - Azərbaycanda taxılın, ət və süd məhsullarının idxalı birmənalı xətm olunmalıdır. 100 ildir bu problemin həllini xalq, dövlət intizarla gözləyir.

- AMEA-da bu gün sistem və struktur cəhətdən köklü islahatlar aparılmalıdır. Çünki Akademiya elmi-tədqiqat aparan institutların şəbəkəsinə çevrilib və elmin məhsulundan iqtisadiyyat bəhrələnmir.

- 01.01.2016-cı il tarixindən müstəqil Azərbaycanda elmlər doktorluğu dissertasiyalarının müdafiəsinin 1 il müddətinə dayandırılması məqsədyönlü sayılsın. Nə üçün? Bu vaxt ən inkişaf etmiş ölkələrin - Kanada, Norveç, İsveç elminin, təhsil ocaqlarının öyrənilməsinə, mənimsənilməsinə və müasir mexanizmin hazırlanmasına sərf edilsin.

- Doktorluq dissertasiyalarının müdafiəsi dünya təcrübəsinə əsaslanan, müasir tələblərə cavab verən halda problemlər qanun çərçivəsində həll olunar və dissertasiyanın taleyini yalnız elmi şuranın qərarı xətm edər. Bu müasir mexanizm işlədiyi halda elm dünyamızda yaşanan neqativ proseslər və onların zirvəsi olan Ali Attestasiya Komissiyası (AAK) birmənalı məhv olar.

- Müstəqil Azərbaycanda elmi dərəcənin və adın verilməsi dünya təcrübəsinə əsaslanmalı və hüquqi mexanizm hazırlanmalıdır.

- ETİ-nin, elmi mərkəzlərin, elmi layihələrin, elmi doktorluq dissertasiyalarının nəticələri dünyavi mexanizmlə qiymətləndirilsin. Müasir mexanizmin tələbləri - yenilik, iqtisadi əhəmiyyət, təfəkkür bazarında tələbat.

- Müasir mexanizm dünya təcrübəsinə əsaslanan və işləyən halda AAK və faydasız, bəhrəsiz ETİ təbii şəkildə məhv olacaqlar. AAK sovetlər imperiyasından miras qalan dəftərxanadır. MDB məkanından savayı bu cür bürokratik, imperativ, neqativ yuva heç yerdə yoxdur. AAK ləğv edilməlidir. Elm və təhsil dünyasında yaşanan məmur özbaşınalığı və s. neqativ hallar birmənalı həllini tapacaqlar.

- Problemli (məsələn: ekologiya-onkologiya; cinayət-cəmiyyət və s.) mühazirələrin tədqiq edilməsi dünya təhsil və elm sisteminə inteqrasiyanın modern üsuludur. Demokratiya yoluna və qanunun aliliyinin bərpasına yeni üfüqlər açılacaq.

- Müəllimlərin, həkimlərin, hüquqşünasların və sair mütəxəssislərin təkmilləşdirilməsi, ixtisaslaşdırılması üçün müasir standartlara cavab verən mexanizm hazırlanmalıdır.

- ETİ-də menecer və marketinq ştatları yaradılmalıdır. Onlar təfəkkür bazarının tələbat-təklif sistemini daima nəzarətdə saxlamalıdırlar. Menecer və marketinq müasir elmin əvəzsiz mühərrikidir.

- Alimin yaşı statistikadır. Alimin yaradıcılıq güzgüsü-elmi mövqeyi, əsərləri, məktəbi, imzasız-möhürsüz elmi adları, şöhrəti və nəhayət, sağlamlığıdır.

- Müasir layihələrin icrasını fitri istedadlı gənc (35-40 yaşında) alimlərə etibar etmək və idarəçiliyi də onlara tapşırmaq lazımdır.

- Gənc təqdiqatçıların (35 yaşa kimi) layihələrinə bürokratik əngəllərsiz qrantların verilməsi
məqsədyönlü sayılsın.

- Elmlər doktorlarının professor adı olmayan halda əmək haqlarında ETİ-də və ali təhsil müəssisələrində bu günə kimi yaşanan fərq qanun boşluğunun nəticəsidir. Bu ədalətsizlik ləğv edilməlidir. Belə haqsızlıq dünyada yoxdur.

- Beynəlxalq və Avropa elmi monotematik jurnallarda məqalələri (tezis xeyir!) nəşr olunan alimlərə professorun 1 (bir) aylıq əmək haqqı civarında rəsmi mükafat təyin edilsin.

- Elm dünyasının əşrəfi olan alimlərin yubileyləri təmtəraqla keçirilsin və bu tədbirlər müasir gənc nəslimizə həqiqi mənəvi kamillik məktəbi olar.

- Müstəqil Azərbaycanda alimin sosial durumu müasir standartlara cavab verməlidir.

Qeyd edim ki, bu konsepsiya Azərbaycanda elm və təhsil sisteminin diplomlarının tanınması əzmində dünya təcrübəsinə, gördüklərimə və bildiklərimə əsaslanaraq hazırlanıb. Müasir mexanizmlər işləyən halda gənc müstəqil Azərbaycanın elm və təhsil sisteminin diplomlarını məmnuniyyətlə tanıyacaqlar, bəyənəcəklər və ölkəmizin şan-şöhrəti zirvələrə ucalacaq, səsimiz ucalardan gələcək. Yalnız və yalnız elmi tərəqqi, keyfiyyətli təhsil, nizam-intizam, qanunun aliliyi müasir Azərbaycanın şəfəqli gələcəyidir.


Təbabət professoru, Təyyar QURBANOV


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!