Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                       
Tarix : 13-05-2025, 16:12
Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş


Milli Məclisdə TBMM-nin nümayəndə heyəti ilə görüş

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əhliman Əmiraslanov qonaqları salamlayaraq bildirib ki, ölkə başçılarımız Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir və möhkəmlənir. O, diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl bir dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və Türkiyənin uğurları Azərbaycanı da sevindirir.
Əhliman Əmiraslanov türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından danışaraq, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.
Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışıb. O, əlaqələrimizin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib.
Şamil Ayrım PKK terror təşkilatının özünü buraxdığını elan etməsi ilə Türkiyənin təxminən 50 illik bir dövrdə mübarizə apardığı terror bəlasının sona çatdığını qeyd edib. O, Türkiyə və Azərbaycanın bundan sonra da bölgədə birlikdə daha da güclənəcəyinə inamını ifadə edib.
Görüşdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə, Milli Məclisin deputatı Eldar Quliyev, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri Anıl Kaya türk dövlətləri arasında münasibətlərə dair fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycana bu səfər çərçivəsində ADA universitetində keçirdikləri görüşdən və universitetlə tanışlıqdan məmnunluqla danışıblar, təhsil sahəsində əməkdaşlığın, qarşılıqlı tələbə mübadiləsinin vacibliyini qeyd ediblər.
Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, deputatlardan Əziz Ələkbərov, Qaya Məmmədov, Azər Allahverənov və digər rəsmi şəxslər iştirak ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!