Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var .....                        Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO .....                        Turçinin Azərbaycana səfəri başa çatdı .....                        Güclü yağışa görə bu yolda problem yarandı .....                        Pezeşkiandan sonra Netanyahu ilə danışdı .....                        İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verdi .....                        Almaniyada yeni kansler .....                        Bakıda yaşayış binasında yanğın söndürüldü .....                        Avropadan Rusiyaya yeni sanksiyalar .....                       
Tarix : 10-03-2021, 15:15
Milli Məclisdə TBMM-in nümayəndə heyəti ilə görüş olub

Martın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Butov.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, “Bir millət, iki dövlət” anlayışı bizim yaşam tərzimiz, fəlsəfəmizdir. 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edən komitə sədri bütün şəhidlərə, həmçinin bu günlərdə Türkiyədə helikopter qəzasında həlak olan hərbçilərə Allahdan rəhmət diləyib. Bildirib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanda türk ordusunun kiçik bir modelinin yaradılması, işğaldan azad edilmiş ərazilərimizdə türk iş adamlarının fəaliyyəti iki ölkə arasında münasibətlərin tam yeni bir səviyyəyə yüksəlməsindən xəbər verir. Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da problemlərinin həlli üçün birlikdə çalışacaq, beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edəcəklər.

TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Kılıç bildirib ki, Türkiyə və Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur. Azərbaycanın yaşadığı Vətən müharibəsində hər kəs bir daha bunun şahidi oldu.

Parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışan qonaq pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, sevincli bir Zəfərdən sonra Azərbaycanda olmaq böyük qürur mənbəyidir.

Söhbət zamanı ortaq türk dərsliyinin və ortaq informasiya mühitinin yaradılması barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, komitə üzvləri Cavanşir Feyziyev, Asim Mollazadə, TBMM-in Xarici əlaqələr komitəsinin üzvləri, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!