Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
Tarix : 25-09-2021, 12:33
Parlament nümayəndə heyəti Qazaxıstanda səfərdə olacaq


Sentyabrın 27-dən 29-dək Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.

Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Parlament nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar sessiyasında iştirak edəcək, gündəlikdə duran məsələlərin müzakirəsinə qatılacaq. Sessiyada Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub. Tədbirin sonunda Türküstan Bəyannaməsi imzalanacaq.

Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərinə gələcək. Burada Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bu ölkənin birinci Prezidenti - elbası Nursultan Nazarbayevlə, Prezident Kasım-Jomart Tokayevlə, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri Maulen Aşımbayev və Nurlan Niqmatulinlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri gözlənilir.

Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri, regional və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!