Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 25-05-2017, 19:51
Azərbaycan nümayəndə heyəti NATO PA-nın sessiyasında iştirak edəcək

Mayın 26-da Tbilisidə NATO Parlament Assambleyasının yaz sessiyası başlayacaq.

Butov.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sessiyada Azərbaycanı Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildir.

Sessiyanın komitə iclaslarında Suriyada və İraqda müharibənin humanitar aspektləri, sosial media inqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara dəniz regionunda sabitliyin inkişafı, ballistik raketdən müdafiə və NATO, kosmik fəzaya sahiblik və müttəfiqlərin müdafiəsi, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, iqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Rusiya-tərəfdaşdan rəqibə, NATO və Arktikada təhlükəsizlik, NATO-nun texnologiya üstünlüyünün saxlanılması, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər mövzular müzakirə olunacaq.

Z. Əsgərov və nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!