İran ABŞ ilə razılığa gəldi .....                        İordan vadisində partlayış: Bir uşaq ölüb .....                        Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb .....                        İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA .....                        Hərbi polisin binası partladı: 3 nəfər öldü .....                        Salyanda bu ailələrə 12 mənzil veriləcək .....                        Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB .....                        Magistratura imtahanlarının nəticələri AÇIQLANDI .....                        Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR .....                       
Tarix : 9-11-2015, 16:19
Prezident İlham Əliyev: "Elmin inkişafı üçün daha gözəl şərait yaradılmalıdır"



"Son illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənib. Gözəl bina əsaslı təmir edilib. Akademiya institutlarının təmirinə vəsait ayrılıb. Elmi kitabxana kompleksi yaradılıb. Şamaxı Astrofizika Rəsədxanası əsaslı təmir edilib. Milli ensiklopediya üçün gözəl bina tikilib. Bütün bunlar Azərbaycan dövlətinin siyasətini ifadə edir". Butov.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, elmin inkişafı üçün daha gözəl şərait yaradılmalıdı: "Biz çox istəyirik ki, elmin inkişaf üçün daha da gözəl şərait yaradılsın. Bununla bərabər, elmin inkişafı üzrə milli strategiya və dövlət proqramı artıq 5-6 ildir ki, qəbul edilib və icra olunur. Elmin İnkişafı Fondunun yaradılması da bu istiqamətdə atılan çox önəmli addımdır. Çünki bu fond imkan verir ki, gənc alimlərə qrantlar verilsin, elmi araşdırmalar aparılsın. Ümumiyyətlə, bu, əlbəttə, elmin inkişafına müsbət təsir göstərir".

Ölkənin tərəqqisində alimlərin rolundan danışan Prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd edib.
Prezident bildirib ki, dünyada sülh, sabitlik, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asılılığını azaltmağa çalışır və buna nail olub: "Əminəm ki, gələcək illərdə də ölkənin iqtisadi inkişafı davam edəcək. Növbəti illərdə də iqtisadi inkişafı dayanıqlı etmək istiqamətində çalışacaq, heç kəsdən asılı olmamaq üçün öz daxili resurslarımızdan istifadə edəcəyik".

Dövlət başçısı, həmçinin dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz təkliflərini verməyə çağırıb. Prezident İlham Əliyev qeyd edib ki, demokrafik inkişaf əsas götürülərək Azərbaycan alimlərinin indidən yeni strategiya üzərində işləmələri zəruridir: "Kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir. Hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydan var.

Alimlər qarşısında duran vəzifələr çoxdur. Lakin əsas odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini verə bilsin. Bütün sahələrdə məlumatların daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmasında alimlər daha fəal olmalıdır".


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!