YURDUMUZA BAHAR GƏLİR .....                        Xankəndi şəhərində Novruz bayramı qeyd olunur - .....                        Suqovuşan məscidindən yeni FOTOLAR .....                        Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO .....                        İraq nümayəndə heyəti Milli Məclisə gəldi .....                        Prezident və xanımının Həsənriz sakinləri ilə görüşündən FOTOLAR .....                        Sabunçuda faciə - Yanmış evdə 3 nəfərin meyiti tapıldı .....                        Moskva-Bakı-İrəvan işçi qrupu ləğv olunub? - Overçuk cavab verdi .....                        3 ölkədən Bakı-İrəvan danışıqlarına reaksiya .....                       
Tarix : 5-05-2017, 20:31
Azərbaycanda “Avropa günü” Lənkəran şəhərində qeyd ediləcək

Bu il Azərbaycanda “Avropa günü” ilk dəfə Bakıdan kənarda, Lənkəran şəhərində mayın 6-7-də qeyd ediləcək. Yeni keçirilmə məkanı ilə yanaşı, builki “Avropa günü” Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub.
Butov.az xəbər verir ki, "Report"a Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyindən verilən məlumata görə, Avropa İttifaqına üzv olan 15-dən çox ölkə Lənkəranda təmsil olunacaq.
Bildirilib ki, Lənkəran şəhəri bir neçə səbəbə görə tədbirin keçiriləcəyi məkan kimi seçilib. İlk növbədə, Aİ Lənkəran rayonunun inkişafı istiqamətində öz fəaliyyətini gücləndirməkdə maraqlıdır və hazırda rayonun sosial-iqtisadi inkişafını dəstəkləyən proqram (EU4Lankaran) hazırlayır. İkincisi, Lənkəran şəhəri Şimal və Cənub, Şərq və Qərb arasında inkişaf etmiş müxtəlif nəqliyyat dəhlizlərinin üzərindəki strateji mövqedə yerləşir. “Avropa günü” şənlikləri ərzində Lənkəran şəhərinin və qonşu rayonların sakinləri çox zəngin və müxtəlif proqramdan istifadə edə bilərlər.
Tələbələr Avropa İttifaqının rəsmiləri ilə Aİ-nın keçmişini, buğunun və gələcəyini, eləcə də Aİ-nın Azərbaycan ilə olan əlaqələrini nəzərdən keçirəcəklər. Operanın dühası Mariya Kallasın xatirəsinə həsr olunmuş opera qala konserti Bakı Filarmoniyasından canlı yayımlanacaq. Sərgilər, filmlər və tələbə viktorinası Avropa mədəniyyəti və həyatı barədə əlavə ideyalar verəcək. Aİ-nın dil müxtəlifliyi ilə tanış olmaq istəyənlərə ilkin dil kursları təklif ediləcək. Nəhayət, şənliklər Azərbaycanlı ifaçıların iştirakı ilə böyük açıq hava konserti ilə yekunlaşacaq.
Ümumiyyətlə, 60 il bundan əvvəl II Dünya Müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Builki “Avropa günü” şənlikləri vahid Avropa üzrə öhdəlikləri bir daha təsdiq edən hadisə funksiyasını yerinə yetirir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!