Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-05-2019, 13:08
GÖZÜ YOLDA QALAN VAR...

Müharibə deyəndə insanı kədər, qəhər bürüyür. Çünki bu sözün arxasında fəlakət, dağıntı, aclıq, göz yaşları dayanır.
1988-ci ildə mənfur ermənilərin Qarabağa torpaq iddialarından sonra müharibə dəhşətlərinin çox şahidi olduq. Bu müharibədə oğullarımız Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda əsl kişi kimi döyüşdülər. Vətən, torpaq yolunda şəhidlik zirvəsinə ucaldılar. İnanırıq ki, yaxın zamanda Cənubi Qafqazda liderliyini möhkəm saxlayan Milli Ordumuzun igid əsgərləri üçrəngli bayrağımızı düşmən əsirliyində qalan Şuşaya taxacaqlar! Bəli, həmin tarixi qələbə gününü də ömrümüzün xöşbəxt günü kimi şanlı tariximizə yazacağıq. Təqvimdə başqa günlərdən fərqlənən bir gün - 9 May tarixi yazılıb. 74 ildir ki, həmin tarix qələbə bayrağını Reyxstaqa sancan Böyük Vətən müharibəsi qəhrəmanlarının Qələbə günü kimi qeyd olunur. Qazanılan bu qələbədə azərbaycanlı əsgərlərin əzmkarlığı və qəhrəmanlığı əvəzolunmaz, neftimizin əhəmiyyəti isə danılmazdır. Hər il 9 May - Qələbə gününü xalqımız dünyanı faşist zülmündən azad edən qəhrəman oğulların bayram günü, sevincli günü kimi qeyd edir. Ancaq qazanılan qələbəyə qədər isə çox itkilər vermişik. Böyük Vətən müharibəsindən ailəsinə sağ-salamat qayıdanlar olsa belə, çoxları itkin düşüb, bəzisi faşist əsirliyində işgəncələrin qurbanı olub. İndi də 300 mindən çox azərbaycanlının həlak olduğu müharibədən söhbət düşəndə gözləri yolda qalan insanlar var ki, yaxınlarını soraqlayırlar. Bakı kəndlərinin tarixini araşdırarkən, orta yaşlı insanlar söhbət zamanı müharibədən qayıtmayan ataları, əmiləri, dayıları haqqında mənə çox danışıblar. Bəzi insanlar atasını çox axtardığını, hətta yetim olduğuna görə həmişə xiffət çəkdiklərini söyləyiblər. Hələ sovet dövründə Böyük Vətən müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan abidələri ziyarət etməklə isə təskinlik tapıblar. Müharibə başlayarkən neft şəhərinin sakinləri olan Bakılılar həm ön, həm də arxa cəbhədə qəhrəmanlıqlar göstəriblər. Tarixi, mədəniyyəti ilə seçilən, qoynunda göz açdığım Bülbülə kəndi də Bakının ətraf kəndlərindən biridir. Böyük Vətən müharibəsi başlayarkən Bülbülə kəndindən 960 sakin müharibəyə yollanıb.Onlardan biri 1944-cü ildə Polşa şəhəri uğrunda gedən döyüşlərdə həlak olan Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyevdir. Hələ orta məktəbdə oxuyarkən məktəbimizə müharibə veteranları qonaq gələrdi. Onlar müharibədə göstərdikləri qəhrəmanlıqlardan danışar, şagirdləri “yaxşı” və “əla” qiymətlərlə oxumağa ruhlandırardılar. Müharibə ilə bağlı söhbətləri anam mənə çox danışıb. Onun uşaqlıq illəri müharibə dövrünə təsadüf edib.1941-ci ildə müharibəyə gedən kiçik qardaşı Allahman müharibədən sağ-salamat qayıdır. Ancaq anamın böyük qardaşı Xankişi, evləri bir-birinə bitişik olan Nəzir əmisinin oğlu Paşa, Buzovna kəndində yaşayan dayısı Əliheydər isə Böyük Vətən müharibəsindən qayıtmayıb. Anam indi də xatırlayır ki, müharibə illərində evlərinin bütün pəncərəsinə qara kağız tuturdular ki, küçəyə işıq düşməsin. Gənc qızlar, qadınlar məcburi qaydada akop, yəni səngərlər qazmağa göndərilirdi. Qadınlar zavodlarda ən ağır işlərdə, gecə növbəsində, fasiləsiz işləyirdilər. Anamın böyük qardaşı Xankişi isə müharibədən əvvəl axşam neft texnikumunda təhsil almaqla yanaşı, gündüz Orconikidze (indiki Suraxanı) rayonundakı neft mədənində işləyirdi. Babam Xaspolad (Xası) isə xəstə olduğuna görə müharibəyə getməmiş, Hacı Süleyman Ağa Əli oğlundan ona miras qalan mülkdə dükan açaraq ticarətlə məşğul olurdu. Babam müharibənin başlandığını da dükanda olarkən eşidir. Bu xəbərdən sonra o, övladlarına görə narahatlıq keçirir. Evin sonbeşiyi olan kişik qızı, yəni mənim anam isə hələ balaca idi. Əvvəllər heç yerdə işləməyən nənəm müharibə başlayanda işə getməyə məcbur olur. Neftdə işləyən Xankişiyə arxa cəbhədə ehtiyac olduğuna görə ona müvəqqəti olaraq icazə kağızı verilmişdi. Anam xatırlayır ki, qardaşım Xankişi hər gün işdən ona verilən südü evə gətirərək, mənə içizdirərdi. Deyərdi ki, “bacı, sən südü iç, ac qalma. Biz aclığa dözərik.” Bülbülə kəndinin yaşlı insanları söyləyirlər ki, Xaspolad babam kənddə xeyirxahlığı, düzlüyü ilə tanınırdı. Qurani-Kərimi müfəssəl bildiyindən, ərəb dilində yazmağı, oxumağı bacarırdı. Ticarət işlərində də malına haram belə qatmazdı. O, müharibədə çörəyin tapılmayan günlərində dəyirmandan gətirdiyi unları bəzən nisyə verərək, çox insana əl tutub, ölümdən xilas edir. Anam danışır ki, “1941-ci ildə müharibənin ilk günlərində bütün ailə stol arxasında nahar edir. Xankişi isə süfrədən iki qaşıq xörək yeyib, ayağa qalxır. Bu zaman babam dayımdan nə üçün yemədiyini soruşanda o, “yeməyimdən milçək çıxdı” - deyir. Bunu eşidən qardaş və bacılarım yemək stolunu tərk edir. Atam Xankişiyə əsəbiləşib, “rədd ol gözümün qabağından” – deyir. Bu sözdən sonra Xankişi küçəyə çıxaraq, evin yaxınlığındakı Bülbülə dəmiryol xəttini keçir. Dükandan siqaret almaq istəyərkən, qəfil şosse yoldan keçən Mir Cəfər Bagırovun qara maşını qarşısında dayanır. Onu qara maşına mindirib, naməlum istiqamətə aparırlar. Bülbülə dəmiryol xəttində nəzarətçi işləyən Dusya adlı rus qadın bu xəbəri tez gəlib atama çatdırır. Atam bu xəbərdən çox sarsılır. Təcili at arabası ilə Orconikidze (indiki Suraxanı) Rayon Hərbi Komissarlığına gəlir. Hərbi komissar M.Məmmədova hadisə haqqında danışanda, o, deyir ki, “Bu işdən xəbərdaram. M.C.Bağırovun əmri ilə bir azdan oğlunuz müharibəyə göndəriləcəkr.” O zaman atam evə qayıdaraq, kəmərinə qızıl onluqlar qoyur ki, bəlkə onların köməyi ilə oğlunu xilas edə bilər. Biləcəridəki stansiyaya çatanda ona deyirlər ki, “eşalon indi cəbhəyə yola düşdü”. Anamın dediyinə görə babam evə qayıdıb, uzun müddət oğlunu acıladığına görə vicdan əzabı çəkir. Həmişə gözləri həsrətlə yollara dikilir. Bir gün ailə Xankişidən üçkünc əsgər məktubu alır. Xankişi məktubunda sağ-salamat olduğunu, Qara dəniz sahilində faşistlərə qarşı döyüşdüyünü yazır. Ailə bir az təskinlik tapır ki, Xankişi əsgərdir. Böyük bacısı babamın, nənəmin dilindən ona məktublar göndərir. Məktubların birində balaca bacısının da əl şəklini çəkib, ona sağ-salamat evə qayıtmağı yazırlar. 1942-ci ilin fevralında dayım Xankişi Süleymanovun sonuncu döyüşü olur. Həmin tarixdən məktubların arası kəsildiyindən, narahatlıq artır. Daha sonra ikinci dayım da müharibəyə yollanır. Babam ikinci oğlundan da əsgər məktubları almağa başlayır. Kəndə isə cəbhədən acı xəbərlər gəlir. Qara kağızlar evləri yasa döndərir, kiminsə ocağında atanın, oğulun müharibədə həlak olması xəbərləri bütün kəndi bürüyür. Bülbülə kəndində yaşayan bir ana isə oğlunun ölüm xəbərinə görə hər gün hönkürtü ilə ağlayır. Oğluna aldığı nişan boxçasına qara bağlayan bu ananın gözləri ağlamaqdan tutulur və o, dünyasını dəyişir. Kənddə kişilər olmadığından yaşlı insanlar rəhmətə gedəndə qadınlar dəfn mərasimini çətinliklə yerinə yetirirdilər. Bülbülə kəndinin ağır günləri başlayır. Buna baxmayaraq qadınlar zavodlarda, fabriklərdə iki növbə ilə işləyərək, çətinlikləri dəf edirlər. Nənəm də 4 yaşlı qızını, yəni anamı evdə qoyaraq işlədiyi müəssisədə nümunəvi işçi kimi çalışır. İstər babam, istərsə də nənəm hamı kimi bir arzu ilə yaşayır ki, müharibə qələbə ilə başa çatsın. Babam hər gün işlədiyi dükana gələrək, qulağı səsdə olur. O, sərt sözlərlə qəlbini incitdiyi Xankişini çox düşünür ki, bəlkə o tezliklə kəndə qayıdar. Xankişidən isə xəbər gəlmir.1945-ci ilin 9 May Qələbə xəbəri bütün kəndə yayılanda, hamı toy-bayram edir. Əsgər balalar evə dönəndə isə sevincli günlər başlayır. Kiçik dayım müharibədə yaralandığına görə Tiflis xəstəxanasından məktub göndərir. 1945-ci ilin iyun ayında babam ürək ağrılarına görə yatağa düşür. Qonşu kənddən gələn həkim Məşədizadə isə babamı müalicə edərək, tezliklə sağalacağını deyir. Sonradan babamın halı pisləşəndə kişik dayıma teleqram vururlar ki, “atan ağırdır, təcili Bakıya gəl.” Babam isə 1945-ci il iyunun 16-da ömrünün son saatında dilə gələrək, oğlanlarının yanında olmasını arzulayır. Bu zaman kimsə babamın nigaran baxışlarına dözməyərək, ona kiçik dayımın şəklini verir. Babam şəklə baxaraq, iki damla göz yaşı içində dünyasını dəyişir.
Xaspolad babamın ölümündən bir neçə saat sonra kiçik dayım evə gələndə artıq babam haqq dünyasına qovuşmuşdu. Babamın vəfatından sonra dükanından çıxan borc dəftərlərində çoxlu insanın adı yazılsa belə, çoxları o borcları ödəmir. Məcburiyyət qarşısında qalan nənəm həmin dükanı ucuz qiymətə kirayə verir. 1947-ci il aprel ayının 7-də nənəm Bəyimxanım Həmid qızı Orconikidze (indiki Suraxanı) rayon hərbi komissarı M.Məmmədov tərəfindən dayım Süleymanov Xankişi Xaspolad oğlunun müharibədə itkin düşməsi haqqında sənəd alır. Sonradan neft texnikumundan nənəmə xəbər göndərirlər ki, oğlunuzun diplomu hazırdır, gəlin aparın. Nənəm isə deyir ki, “Xankişi özü gəlib diplomunu aparacaq”. Müharibədən sonrakı illərdə itkin düşənlər kəndə qayıtsa belə Xankişi dayım geri dönmür.1973-cü il mayın 31-ə qədər, yəni Bəyimxanım nənəm vəfat edən tarixə qədər o, dayım Xankişinin yolunu gözləyir. O, həmişə deyirdi ki, əziyyətlə böyütdüyüm Xankişi yəqin ki, sağdır, nə vaxtsa kəndə qayıdıb, baba mülkindən miras qalan evi (dükanı) təmir edəcək, ailə quracaq. Bu gün anam dayımla bağlı xatirələri mənimlə bölüşərkən ümidlidir ki, Xankişi haqqında hansısa xəbərləri eşidəcək. Dayımın müharibədə itkin düşməsi ona bir təsəlli verir ki, qardaşı müharibə alovundan sağ-salamat çıxıb. Ancaq hansı səbəbdənsə o, ata ocağına dönməyib. Böyük Vətən müharibəsinin başlanmasından isə düz 78 il keçir. Bəli, bu müharibədə yaxınlarının itkin xəbərini alan milyonlarla əsgər ailələri kimi mənim anam da nakam qardaşının ölümünə inanmır. Ona nə qədər təskinlik versəm də anam indi qardaşı Xankişidən çox danışır və dayımı hər dəfə xatırlayanda nəmli gözləri yol çəkir...

Təranə Cəbiyeva


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!