Bir kəndin əhvalatı .....                        Azərbaycanda qəbiristanlıqdan oğurluq .....                        İsrail HƏMAS-ın komandirlərini öldürdü .....                        Naxçıvanda qəza: şəhərdə su kəsildi .....                        Plastik əməliyyatlarla bağlı yerli protokollar mövcud deyil - RƏSMİ .....                        Overçuk Ermənistanı hədələdi .....                        Yanğına görə 200 min nəfərə xəbərdarlıq edildi .....                        Ərdoğan Baxçalını evində ziyarət etdi .....                        İran generalı ölkəsini ifşa etdi - Şok səs yazısı yayıldı .....                       
5-02-2022, 20:38
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə oldu

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər hərbi andı qəbul edib tam hüquqlu əsgər olmanın sevinci və qürurunu yaşayan gənc əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman hərbi andı qəbul edən gənclərimizin əsgər adını şərəflə daşıyacaqlarına, Vətənin müdafiəsində cəsarətlə dayanacaqlarına və uğurlu döyüş növbətçiliyi aparacaqlarına inam ifadə edilib.
Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.
1-02-2022, 17:10
Zakir Həsənov Türkiyədə səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.

Bütöv.az xəbər verir ki, səfər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri ilə görüşdə regional təhlükəsizlik, iki qardaş ölkənin orduları arasında qarşılıqlı əlaqənin inkişafı, eləcə də hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələri üzrə əməkdaşlıq və maraq doğuran digər məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.
31-01-2022, 18:41
Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapıldı - VİDEO

Kəlbəcərdə itkin düşən baş leytenantın nəşi tapılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən bölmələrinin şəxsi heyəti və xüsusi texnikanın cəlb olunması, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun nəşi yanvarın 31-i saat 12:30 radələrində tapılaraq müvafiq qaydada ərazidən təxliyə edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Bütöv.az
31-01-2022, 11:47
MN: Kəlbəcər istiqamətində yolu azan hərbçimizin axtarışı davam edir - VİDEO

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azan hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlunun axtarışı aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında tapılan digər üç hərbçimiz isə artıq helikopterlə təxliyə edilərək Bakı şəhərində yerləşən hərbi hospitala yerləşdirilib. Hərbi qulluqçularımızın müalicəsi ixtisaslaşdırılmış həkimlərin nəzarəti altında davam edir və onların səhhətində həyati təhlükə yoxdur.



Bütöv.az
31-01-2022, 11:16
Real döyüş şəraitinə uyğun komando hazırlıqlarından görüntülər - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımı avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir.

Vətən müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşəkar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi təmin edilir.

Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.

Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.



Bütöv.az
28-01-2022, 16:52
Azərbaycanda komandoların sərt iqlim şəraitində təlimlərindən görüntülər - VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.

Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.

Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.



Bütöv.az
26-01-2022, 16:26
İran Prezidenti Zakir Həsənovu qəbul edib

Yanvarın 26-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İran Prezidenti Seyid İbrahim Rəisi xalqlarımızın əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadığını, Azərbaycan-İran ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayan İran İslam Respublikasının Prezidenti dostluq və qardaşlıq münasibətlərinin qarşıdakı illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin salamlarını Prezident Seyid İbrahim Rəisiyə çatdırıb. Vətən müharibəsində qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə görülən işlər barədə məlumat verib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütöv.az
26-01-2022, 12:26
Bakı təkliflərini geri çəkə və ərazi iddiasına başlaya bilər

Paşinyan öz fikirlərində səmimidirsə, o zaman tezliklə Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiya və demarkasiya prosesi başlamalıdır. Bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Ermənistan Baş naziri Nikol Paşinyanın sülh sazişi və sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı açıqlamasını şərh edərkən deyib. Politoloq bildirib ki, Nikol Paşinyanın onlayn formada keçirdiyi mətbuat konfransında Ermənistanın sülh müqaviləsinə hazır olduğunu qeyd etməsi müsbət haldır:

“Məğlub olmuş ölkənin lideri ictimaiyyət qarşısında sülh müqaviləsinə hazır olduğunu qeyd edir, bu, yaxşı haldır. Amma digər tərəfdən biz bilirik ki, Paşinyan daima ikibaşlı fikirləri və qeyri-səmimiliyi ilə seçilib. Təəssüflər olsun ki, üçtərəfli bəyanatdan bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də delimitasiya və demarkasiya ilə bağlı Ermənistan birgə işçi qrupunun yaradılmasına maneə yaradır. Baxmayaraq ki, iki aydır Paşinyan delimitasiya və demarkasiyaya müsbət yanaşdığını bildirir”.

Z.Məmmədov Azərbaycanın öz gücünə arxalandığını və atacağı addımların nədən ibarət olduğunu yaxşı bildiyini vurğulayıb:

“Ermənistan hakimiyyətində isə vəziyyət bunun əksidir: nə öz güclərinə arxayındırlar, nə öz siyasətləri var, nə də strategiyaları.

Ermənistan daxili və xarici siyasətindəki bu xaosa son verməyincə, belə də davam edəcək. İstənilən erməni, harada yaşamasından asılı olmayaraq, bilməlidir ki, əgər Azərbaycan sərhədləri Ermənistan tərəfindən tanınmayacaqsa, biz eyni addımı Ermənistana qarşı atacağıq. Ermənistan dövləti Azərbaycan torpaqları üzərində qurulub. Təkcə Sovetlər dövründə Ermənistanın ərazisi 20 min kv km genişlənib. Buna görə də Ermənistanın ərazi bütövlüyü və sülh sazişi məsələsində ikibaşlı oyunu onun ziyanına işləyir. Azərbaycan qarşılıqlı iddia ilə çıxış edə bilər və bunun üçün bütün tarixi, siyasi əsasımız, ən başlıcası isə gücümüz var”.

Politoloq sonda qeyd edib ki, Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını 2025-ci ilə qədər uzatmaq istəyir və geosiyasi vəziyyətin dəyişməsinə ümid edir:

“Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın təklifləri müddətsiz deyil və hər şey Ermənistanın əleyhinə çevrilə bilər”.

Bütöv.az
25-01-2022, 19:45
“Caliber”: ASALA-nın “Qərbi Ermənistan” xülyası - VİDEO

Regionda münasibətlərin normallaşdırılması prosesinin gələcəyinə ümid bəsləməyə imkan verən Bakı, Ankara, Moskva və İrəvandan verilən silsilə bəyanatlara ASALA terror qruplaşması tərəfindən də münasibət bildirilib.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti təhlilində qeyd olunub.

Terror qruplaşması verdiyi bəyanatda birmənalı şəkildə xəstə şüurun məhsulu olan iddialarından çəkinmədiyini göstərib. Münasibətlərin normallaşdırılmasına cəhdlərin əbəs yerə olduğunu bildirən ASALA terror qruplaşması hətta “Qərbi Ermənistan”ı ələ keçirmək iddialarından da geri qalmayıb.

Ətraflı “Caliber”in təhlilində:



Bütöv.az
25-01-2022, 13:02
Kəlbəcər və Laçındakı qoşunlarımızın təminatı ilə bağlı yeni VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Bütöv.az-a bildirilib ki, hər iki rayonda dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən mürəkkəb iqlim şəraitində döyüş növbətçiliyi çəkən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi üçün nəzərdə tutulan yolların qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə qalması məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən fəaliyyətlər davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!