20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
12-07-2026, 17:04
Təbrik edirik!

Təbrik edirik!

Elvin Əmrah oğlu Astanov bu günlərdə başa çatmış Beynəlxalq Tunis Qran-Prisinin mükafatçısı olub. Bu münasibətlə Elvini təbrik edir, ona uzun ömür, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Qeyd edək ki, Elvin Əmrah oğlu Astanov 5 iyul 1979-cu ildə Zəngəzur mahalının Qafan rayonunun Gığı kəndində anadan olub. Uşaq yaşlarından idmanla məşğul olan Elvin idman karyerası dövründə bir sıra uğurlara imza atıb. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olan idmançı 2021-ci ilin iyun ayında Polşada keçirilən Dünya Çempionatında 8.22 metr nəticə ilə turnirin qalibi olub. Elə həmin ilin avqust ayında Yaponiyada keçirilən XVI Yay Paralimpiya Oyunlarında mübarizə apararaq Nüvə itələmə turnirində 8.77 metr nəticə ilə qızıl medala sahib olub.
Azərbaycan Prezidentinin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edilib
31-05-2026, 09:37
"Traktor" klubu Çempionlar Liqasına vəsiqə qazandı

"Traktor" klubu Çempionlar

Liqasına vəsiqə qazandı


Cənubi Azərbaycanın “Traktor” klubunun növbəti mövsümdə Asiya Çempionlar Liqasının Elit mərhələsində iştirakı böyük ölçüdə dəqiqləşib.
Çempionatın yarımçıq qalması və AFC-nin İran Futbol Federasiyasından qitə turnirlərində iştirak edəcək klubların siyahısını təcili şəkildə tələb etməsi vəziyyəti sürətləndirib.
40 gündən çoxdur müharibə şəraiti səbəbindən dayandırılan İran Pro Liqasında Təbriz təmsilçisi hazırkı vəziyyətə əsasən 39 xalla ikinci pillədə qərarlaşıb və bu nəticə ilə turnirə vəsiqəni təmin edib.
Hazırda “İstiqlal” 41 xalla liderdir. “Traktor” və “Sepahan” isə 39 xalla ikinci və üçüncü pillələri bölüşürlər. İran mediasının məlumatına görə, peşəkar lisenziya əldə etdiyi üçün “Traktor”un Elit mərhələdə iştirakı demək olar ki, rəsmiləşib.
“Sepahan”ın taleyi isə lisenziyalaşdırma ilə bağlı yekun qərardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, İran Pro Liqasında çempionun və digər yekun nəticələrin dünya çempionatından sonra keçiriləcək qalan oyunlardan sonra müəyyənləşəcəyi gözlənilir.
Beləliklə, İranı Asiya turnirlərində ümumilikdə 3 komanda təmsil edəcək: 2 komanda Asiya Çempionlar Liqasının Elit mərhələsində, 1 komanda isə Asiya Çempionlar Liqası 2-də çıxış edəcək.

21-05-2026, 07:27
Azərbaycanlı qızlar çempion oldular


Azərbaycanlı qızlar

çempion oldular


Şərqi Azərbaycan Triatlon Komandasının yeniyetmə qızları İran milli çempionatında birinci yeri tutub. Bu haqda idman mediası məlumat yayıb. Gənclər komanda kateqoriyasında Şərqi Azərbaycan 2:07:46 nəticə ilə çempion olub. İsfahan komandası 2:10:48 və Semnan komandası 2:17:55 nəticə ilə ikinci və üçüncü yerləri tutublar.
Yeniyetmələr yaş kateqoriyasının fərdi yarışlarında Şərqi Azərbaycan komandasından Rəha Hadi 39:14 nəticə ilə birinci ölkə çempionu olub.
Qeyd edək ki, bu yarışlarda ölkənin 15 əyalətindən 100-dən çox idmançı iştirak edib. Onlar 375 metr üzgüçülük, 9 kilometr velosiped sürmə və 2,5 kilometr qaçış yarışlarında özlərini sınayıblar.

19-05-2026, 09:22
AFFA Region Liqasının qalibi bəlli olub


AFFA Region

Liqasının qalibi

bəlli olub


Mayın 18-də Şamaxı şəhər stadionundakı final oyunu komandaların ruh yüksəkliyi, coşqulu azarkeşlərin alqışlarının aramsız müşayiəti ilə keçirib.
"Bütöv Azərbaycan" xəbər verir ki, finalda "Marafon"u 2:1 hesabı ilə məğlub edən "Zəngəzur" turnirin çempionu adını qazanıb. Bununla da komanda növbəti mövsümdə II Liqada iştirak hüququ əldə edib.

Qeyd edə ki, Region Liqasında bürünc medallara isə "Şəfəq"i 4:1 hesabı ilə üstələyən "Biləsuvar" komandası sahib çıxıb.
1-05-2026, 11:39
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi


Prezident Azərbaycan

güləşçilərinin tarixi uğurunu

yüksək qiymətləndirdi


İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan güləşçilərini qəbul edərək onların qazandığı tarixi qələbəni yüksək qiymətləndirib. Dövlət başçısı bildirib ki, milli komandanın Tiranada əldə etdiyi uğur bütün xalqı sevindirib və bir daha sübut edib ki, Azərbaycan güləşi Avropada lider mövqeyindədir. Onun sözlərinə görə, müasir dövrdə güləş üzrə rəqabət daha da güclənsə də, Azərbaycan idmançıları peşəkarlıqları və iradələri sayəsində rəqiblərini ədalətli mübarizədə məğlub edərək böyük nailiyyətə imza atıblar.
Prezident qeyd edib ki, ölkədə güləşin zəngin ənənələri mövcuddur və bu ənənələr uğurla davam etdirilir. O, federasiyanın fəaliyyətini, məşqçilərin əməyini və idmançıların zəhmətini xüsusi vurğulayaraq hər birini təbrik edib.
Dövlət başçısı çıxışında vurğulayıb ki, beynəlxalq arenada Azərbaycan bayrağının yüksəldilməsi xalqda böyük qürur hissi yaradır və bu uğurlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verir. Onun sözlərinə görə, idman artıq cəmiyyətin ayrılmaz hissəsinə çevrilib və son illər bu sahədə əldə olunan nailiyyətlər ölkənin ümumi inkişafının göstəricisidir.
İlham Əliyev diqqətə çatdırıb ki, Olimpiya çempionları və tanınmış idmançıların federasiya rəhbərliyində və məşqçi heyətində təmsil olunması idmanın davamlı inkişafını təmin edir. Nəsillərin dəyişməsinə baxmayaraq, Azərbaycan idmanının uğurları davam edir və yeni zirvələr fəth olunur. Prezident əlavə edib ki, bölgələrdə idman infrastrukturunun genişlənməsi və Olimpiya idman komplekslərinin fəaliyyəti gələcək uğurlar üçün mühüm baza yaradır.
Ölkədə idmana dövlət səviyyəsində göstərilən qayğını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycan həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında uğurla təmsil olunur. O, qələbələrlə yanaşı, məğlubiyyətlərin də idmanın ayrılmaz hissəsi olduğunu vurğulayaraq əsas amilin idmançılarda güclü qələbə əzmi olduğunu deyib.
Prezident çıxışında həmçinin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman yarışlarının bu sahənin inkişafına verdiyi töhfələrə toxunub, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi mötəbər tədbirlərin ölkənin idman potensialını nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, regionlarda keçirilən yarışlar da idmanın kütləviliyinin artmasına xidmət edir.
Dövlət başçısı qadın güləşinin inkişafına da diqqət çəkərək bildirib ki, qızların medalçılar sırasında yer alması sevindiricidir və gələcəkdə onların daha böyük uğurlara imza atacağına inam böyükdür. O, milli komandada hökm sürən yüksək ruh və birlik mühitini də xüsusi qeyd edib.
Prezident sonda idmançıların yalnız yarış meydanında deyil, gündəlik həyatda da yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan idmançıları həm qələbə, həm də çətin anlarda ləyaqətli davranışları ilə nümunə olmalıdırlar və bu prinsip ölkəni beynəlxalq arenada layiqincə təmsil etməyin əsas şərtlərindən biridir.
Qeyd edək ki, Avropa çempionatında Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin 5 güləşçisi təmsil olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşdə məktəbin yetirməsi Jalə Əliyeva da yer alıb.

Mais Məsimov,
Azərbaycan Respublikasının Əməkdar məşqçisi, SSRİ İdman Ustası,
Abşeron Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru
30-04-2026, 12:52
Prezident çempion olan güləşçiləri qəbul edib


Prezident çempion olan

güləşçiləri qəbul edib


Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.
Prezident İlham Əliyevin təbrik çıxışını təqdim edirik:
İlk növbədə, milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur. Bu münasibətlə federasiyanı təbrik edirəm, məşqçiləri təbrik edirəm və əlbəttə ki, ilk növbədə, idmançıları.
28-04-2026, 20:51
Avarçəkənlərinin paradı olub


Avarçəkənlərinin paradı olub- FOTO

İlk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonundakı Sərsəng su anbarından start götürən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının bu gün Mingəçevir şəhərində rəsmi paradı baş tutub. Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasının ikinci günündə 16 ölkənin- Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandalarının Heydər Əliyev prospektindən “Kür” Olimpiya Təlim və İdman Mərkəzinə qədər yürüşü olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, beynəlxalq reqata aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel-1may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində final yürüşləri keçiriləcək və qaliblər müəyyənləşəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Prezident Kuboku 2026” beynəlxalq avarçəkmə və kanoe reqatasına mayın 1-də yekun vurulacaq. Xatırladaq ki, yarışda 20-dək ölkədən 100-dən çox idmançı iştirak edir.




28-04-2026, 09:13
Baş məşqçi "getdi"


Baş məşqçi "getdi"

Türkiyənin Superliqasl təmsilçisi “Fənərbağça” baş məşqçi Domeniko Tedeskonu istefaya göndərib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi ilə yanaşı idman direktoru Devin Özək və futbol üzrə koordinator Berke Çələbi ilə də əməkdaşlığa son qoyulub. Xatırladaq ki, Tedesko keçən ilin sentyabrından “Fənərbağça”nı çalışdırırdı. Ötən gün “Fənərbağça”nın “Qalatasaray”a çempionluq yolunda böyük hesabla uduzması mütəxəssisin işindən narazılığı daha da artırmışdı.
26-04-2026, 06:26
İslam Bazarqanov Avropa çempionu oldu

İslam Bazarqanov

Avropa çempionu oldu


Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatının qalibi adını qazanıb.
57 kq çəki dərəcəsində yarışan təmsilçimiz Musa Mextixanovu (UWW) 8:6 hesabı ilə üstələyib.
Beləliklə bu Avropa çempionatında Azərbaycanın üçüncü qızıl medalı olub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.
21-04-2026, 10:05
Kubokunun ilk finalçısı məlum olacaq

Kubokunun ilk finalçısı məlum olacaq

Futbol üzrə Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.
Yarımfinalın cavab oyununda "Turan Tovuz" "Zirə"nin qonağı olacaq.
Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyevdir.
İlk görüşdə "Zirə" iki cavabsız qolla qalib gəlib.
Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. "Sabah" "Qarabağ"ı (ilk oyun - 2:2) qəbul edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!