Menendezin həyat yoldaşına da cəza verildi .....                        Zelenski Trampın nümayəndəsi ilə görüşdü .....                        Aleksey də “Qarabağ”dan ayrıldı .....                        ABŞ Zəngəzur dəhlizi layihəsi çərçivəsində 145 milyon ayıracaq .....                        Kirkin öldürən şəxsin başına pul qoyuldu .....                        Qurban Qurbanovun oğlunun toyudur .....                        ABŞ Rusiyanın sərhədinə bomba atdı .....                        Bu universitetdə yataqxana bağlandı .....                        Azərbaycanla işləyirik - Mirzoyan .....                       
8-08-2022, 21:49
Premyer Liqada ilk tura yekun vuruldu


Premyer Liqada ilk tura yekun vuruldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub. Butov.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib. 9 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Turan Tovuz” klubu öz meydanında “Qəbələ”ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Qəbələ” 3 xalla üçüncü pillədə qərarlaşıb. “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” də eyni xala malikdir. Xalı olmayan “Turan Tovuz” isə doqquzuncu sırada yer alıb.
8-08-2022, 21:31
Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi


Qadın şahmatçılarımız Ermənistanı darmadağın etdi

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb. Butov.az xəbər verir ki, bu gün keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıb. Şahmatçılarımız rəqib komanda üzərində böyük hesablı (4:0) qələbə qazanıblar.
8-08-2022, 21:25
Azərbaycan İslamiadada qızıl medal qazandı


Azərbaycan İslamiadada qızıl medal qazandı

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, təmsilçimiz Anna Skidan çəkicatma növündə ilk pilləni tutub. O, bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib.
8-08-2022, 21:16
“Neftçi”dən yeni transfer


“Neftçi”dən yeni transfer

"Neftçi” futbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib. Butov.az xəbər verir ki, paytaxt klubu yeni transfer üçün xüsusi videoçarx hazırlayıb. "Ağ-qaralar" gürcüstanlı yarımmüdafiəçi Vato Arveladzeni transfer edib. 24 yaşlı oyunçu 2020-2022-ci illərdə Türkiyənin “Fatih Karagümrük” klubunda çıxış edib. 18 nömrəli forma geyinəcək yarımmüdafiəçi bu mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
7-08-2022, 19:42
Millimiz meydana çıxmadan qalib gəldi


Millimiz meydana çıxmadan qalib gəldi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. Butov.az xəbər verir ki, yığmamız bu gün B qrupundakı ilk matçında Kamerun seçməsi ilə qarşılaşmalı idi. Rəqib oyuna gəlmədiyindən texniki məğlubiyyət alıb. Bununla da Azərbaycan millisi meydana çıxmadan qalib gəlib. Qeyd edək ki, milli komanda avqustun 9-da Əfqanıstanı, 2 gün sonra isə İranı sınağa çəkəcək.
7-08-2022, 19:35
İdmançımız finala yüksəldi


İdmançımız finala yüksəldi

Bu gün Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə şəxsi yarışlara start verilib. Butov.az xəbər verir ki, yarışda Azərbaycanı milli komandamızın üzvləri Ləman Əbdülhəmidova, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Emin Məmmədov, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Nəzakət Qarayeva təmsil edirlər. Kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletə 3:0 hesabı ilə qalib gələrək 1/16 finala yüksəlib. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları avqustun 11-dək davam edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!