Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev .....                        Ən çox Ərdoğanla fotomu bəyənirlər .....                        Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi .....                        Putin 30 günlük atəşkəsə razıdır, amma.. .....                        Məşhur türk aktyor vəfat etdi .....                        Bakı Forumunun açılış mərasimindən görüntülər - VİDEO .....                        Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı .....                        Rəsmi Bakı sülh sazişinə dair bəyanat yaydı .....                        Qukasyandan etiraf - Qondarma rejimin “büdcə”sini Ermənistan formalaşdırırdı .....                       
31-07-2024, 17:25
Azərbaycan cüdoçusu xəstəxanaya aparıldı


Azərbaycan cüdoçusu xəstəxanaya aparıldı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Paris Yay Olimpiya Oyunlarının 1/8 finalında fransalı Nqayap Hambuya qarşı keçirdiyi görüşdə zədələnib.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, idmançı xəstəxanaya aparılıb. Onun durumunun nə dərəcədə ciddi olduğu ilə bağlı isə yoxlanışdan keçdikdən sonra məlumat veriləcək.
Qeyd edək ki, idmançımız bu görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
29-07-2024, 21:20
16 ildən sonra gələn qələbə


16 ildən sonra gələn qələbə

Cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.
Bu uğura "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov imza atıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Fransa paytaxtında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirib.
Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.

29-07-2024, 20:50
İdmançımız fransalını məğlub etdi - Olimpiya çempionu oldu


İdmançımız fransalını məğlub etdi - Olimpiya çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və “Paris-2024”də millimizin aktivinə ilk medalı yazdırıb.
Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya qalib gəlib.
29-07-2024, 15:46
Cüdoçumuz Olimpiadanın yarımfinalına çıxdı


Cüdoçumuz Olimpiadanın yarımfinalına çıxdı

Paris Olimpiadasında uğurlu çıxış edən Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.
Azərbaycan cüdoçusu 1/4 final görüşündə kanadalı Artur Margelidon ilə qarşılaşıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançımiz rəqibini məğlub edib.
Hidayət Heydərov yarımfinal görüşündə kosovolu cüdoçu Akil Qyakovla üz-üzə gələcək.
28-07-2024, 19:53
Boksçumuz çempionata qələbə ilə başladı


Boksçumuz çempionata qələbə ilə başladı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən “Paris-2024” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
92 kiloqramda çıxış edən idmançı 1/8 finalda kubalı Xulio Sezar la Krusla qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn idmançı 1/4 finala yüksəlib. A.Dominqes bu raundda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.
28-07-2024, 19:17
"Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq"


"Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq"

Bu qarşılaşma bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Oyuna pis hazırlaşmamışıq.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna qarşı keçirəcəkləri cavab matçından öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis çox yaxşı müdafiə olunmağı bacaran komandaya qarşı mübarizə aparacaqlarını bildirib: “Doğma meydanda ilk oyunumuzu keçirəcəyik. İlk görüşdə qələbə qazandıq. Bu bizim üçün olduqca vacib oyundur. Qalib gəlsək, UEFA Konfrans Liqasının qrup mərhələsini özümüz üçün təmin edəcəyik. Əlimizdə olan heyətlə hər oyuna hazırlıqlı olmalıyıq”.
Baş məşqçi yarımmüdafiə və hücum xəttinə yeni futbolçular transfer etmək istədiklərini söyləyib: “Mövsümün gedişində futbolçularımızın bəziləri zədələnə bilər. Amma hazırda komandamızda zədə ilə bağlı problem yoxdur. Bildiyimiz kimi, sadəcə Musa Qurbanlı əməliyyat olunub. Başqa itkimiz yoxdur”.
O, yeni qapıçı axtarışında olduqlarını da deyib: “Sonuncu dəfə Şahrudin Məhəmmədəliyevi heyətimizə qatdıq. Amma o, hazır vəziyyətdə deyil. Ümid edirəm ki, qısa zamanda hər şey yaxşılaşacaq. Biz daha bir qapıçı transfer etmək niyyətindəyik. Hətta iki gün öncə bir qapıçını heyətimizə qatmaq üzrə idik, lakin müəyyən səbəblərdən alınmadı”.
Q. Qurbanov avrokuboklarda mübarizə aparan digər Azərbaycan təmsilçilərinə də uğur arzulayıb.
Qeyd edək ki, iyulun 30-da komandalar arasında oynanılacaq cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Matç saat 20:00-da start götürəcək. Cəbəllütariqdə keçirilən ilk görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə üz-üzə gələcək.
27-07-2024, 21:42
Millimiz Avropa çempionatının finalında


Millimiz Avropa çempionatının finalında

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində keçirilən Avropa çempionatının C divizionunun finalına vəsiqə qazanıb.
Yarımfinalda Kiprlə üz-üzə gələn yığmamız rəqibinə 66:49 hesabı ilə qalib gələrək həlledici mərhələyə yüksəlib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) olub.
Azərbaycan seçməsinin iyulun 28-də baş tutacaq final oyunundakı rəqibi Kosovo-Albaniya görüşünün qalibi olacaq.
26-07-2024, 14:07
AFFA Hakimlər Komitəsinin yeni sədri


AFFA Hakimlər Komitəsinin yeni sədri

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib.
Belçikalı mütəxəssis Frank de Bleker bu posta təyin olunub.
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
26-07-2024, 09:43
Kosmetika yox, üzündə zəhmət təri olan qız

Kosmetika yox, üzündə zəhmət təri olan qız

Masallı rayonundan olan güləşçimiz Ruzanna Məmmədovanı deyirəm. O, Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionu titulu uğrunda mübarizədən qalib ayrılaraq öz xalqına böyük sevinc yaşatdı. Belə ki, güləşçimiz doğma Azərbaycanı qatıldığı yarışda layiqincə təmsil edib. 59 kiloqram çəki dərəcəsində sərbəst güləş üzrə döyüşlərdə bütün rəqiblərdən üstün olub. O, finalda rusiyalı Yelena Kurovaya ilə üz-üzə gəlib. Tatami üstünə böyük inamla çıxan güləşçimiz rusiyalı idmançıya 14:10 hesabı ilə qalib gələrək U-20 Avropa çempionatının fəxri kürsüsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalla doğma Vətəninə qayıdıb. Onu da deyim ki, indi 18 yaşlı idmançının belə sevindirici qələbələri çoxdur.
Ruzanna Səxavətqızı 22 iyun 2006-cı ildə Masallı rayonunun Mişkəmi kəndində dünyaya göz açıb. Lap kiçik yaşlardan idmana maraq göstərən qız Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 76 saylı tam orta məktəbdə təhsil alıb. 2012-ci ildə elə burada fəaliyyət göstərən Olimpiya İdman kompleksində sərbəst güləş üzrə məşqlərə başlayıb.
Artıq dünyada yaxşı idmançı kimi tanınan Ruzanna Məmmədova Azərbaycan Güləş Federasiyasının qadınlardan ibarət milli yığma komandasının üzvüdür. Qazanılan bütün uğurlarına görə isə özünü xalqına borclu sayır. Deyir ki, müdriklər beşiyi, igidlər diyarı olan belə bir ölkənin vətəndaşı olmaq böyük xoşbəxtlikdir. Qazandığım qələbələrlə daimi onun adını uca tutacağam.
Bəli, qalib bir ölkənin vətəndaşı məhz Ruzanna kimi olmalıdır.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



25-07-2024, 18:16
Millimiz Ermənistanı məğlub etdi


Millimiz Ermənistanı məğlub etdi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatının C divizionunun qrup mərhələsində sonuncu oyununa çıxıb.
Daha əvvəl yarımfinala vəsiqəni təmin edən Evren Alkayanın rəhbərlik etdiyi kollektiv Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gəlib. Görüş milli komandanın 68:42 hesablı qələbəsi ilə yekunlaşıb.
C divizionunda mübarizə aparan oğlanlardan ibarət komanda da Ermənistanla qarşılaşacaq. Matç bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Anar Sarıyevin yetirmələri ilk oyunda Moldovaya (87:76) qalib gələrək yarımfinala vəsiqəni təmin ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!