AZAL-da yeni təyinat .....                        Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                       
29-08-2023, 22:30
İdmançılarımız Rusiyada keçirilən festivalda qızıl medal qazandı


İdmançılarımız Rusiyada keçirilən festivalda qızıl medal qazandı

Taekvondo üzrə ölkəmizi təmsil edən idmançılarımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında nailiyyətlər qazanıblar.
54 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Səyyad Dadaşov rəqibi Rusiya təmsilçisi Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edib. Nəticədə idmançımız qızıl medala layiq görülüb.
Digər finalçımız Vaqif Hacıyev (68 kiloqram) İqor İokovlev ilə döyüşdən məğlub ayrılaraq (2:0) gümüş medalla kifayətlənib.
Eltac Qafarov (80 kq) isə iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə məğlub olaraq festivalı gümüş medalla başa vurub.
Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Festivalda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
28-08-2023, 21:20
“Neftçi” mövsümün ilk qələbəsini qazandı


“Neftçi” mövsümün ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında IV turunun növbəti oyunu “Neftçi Arena”da keçirilib.
“Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib.
“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.
Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.
27-08-2023, 22:32
Bakıda keçirilən yarışda dünya rekordu təkrarlandı


Bakıda keçirilən yarışda dünya rekordu təkrarlandı

Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir gözlənilməz nəticəyə şahid olublar.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, kişilər arasında uzanaraq 300 metr məsafəyə atəşaçma yarışında qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu təkrarlayıb.
Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).
Yarışda ikinci yeri 599 xal toplayan finlandiyalı atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-ı təmsil edən Timoti Şerri bayram edib (599 xal).
Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.
Qadınların yarışında Polşa təmsilçisi Karolina Romançik 593 xalla qızıl medala yiyələnib. İkinci yeri 592 xalla İsveçrədən Silviya Quiqnard Şnider tutub. Fransa atıcısı Aqat Sesil Kamille Girard isə 592 xalla bürünc medalın sevincini yaşayıb.
Bu növdə qadınların komanda yarışında İsveçrə birinci, Norveç ikinci, Almaniya üçüncü olub.
27-08-2023, 15:30
“Neftçi” rəqibini böyük fərqlə məğlub etdi


“Neftçi” rəqibini böyük fərqlə məğlub etdi

Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunlarına start verilib.
"Neftçi" ilk qrup oyununda Ukrayna millisi ilə üz-üzə gəlib və rəqibini 22-6 hesabı ilə məğlub edib.
"Neftçi" nin qrupdakı sonuncu oyunu Bakı vaxtı ilə saat 16:40-da ABŞ-ın U-24 seçməsinə qarşı baş tutacaq.
26-08-2023, 21:44
İdmançımız Avropa çempionu tituluna sahibləndi


İdmançımız Avropa çempionu tituluna sahibləndi

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk mərhələdən azad olan 24 yaşlı taekvondçu mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşdə danimarkalı Riski Farnesi məğlub edib. Maqomedov ardınca Xristiyan Giorgiyevə (Bolqarıstan) eyni aqibəti yaşadıb.
Taekvondoçumuz yarımfinalda Lev Korneyev (Serbiya) üzərində də inamlı qələbə qazanıb. Qaşım finalda niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib.
Bununla da yığmamızın Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələnib.
Estoniyada eyni zamanda keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.
Beləliklə, 3 gün davam edən 2 Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.
23-08-2023, 20:23
3 boksçumuz finala yüksəldi


3 boksçumuz finala yüksəldi

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında yarımfinal döyüşləri başa çatıb.
Federasiyadan verilən məlumata görə, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu finala yüksəlib.
54 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov qazaxıstanlı Akıltay Rabatovla üz-üzə gəlib. Görüş Avropa çempionumuzun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fərhad Şeydayev (75 kq) də komanda yoldaşının uğurunu təkrarlayıb. Milli üzvü Daniel Zıryanovu (Rusiya) məğlub edərək finalda iştirak hüququ qazanıb.
Yığmamızın digər boksçusu Marjona Savriyeva (50 kq) da adını həlledici görüşə yazdırıb. O, 1/2 finalda rusiyalı Mariya Kuzakmetovadan güclü olub.
Yarımfinalda qüvvəsini sınayan Zeynəb Rəhimova (54 kq) finala gedən yolda Valeriya Linkovanı (Rusiya) sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan millisində finala yüksələn idmançıların sayı 4-ə yüksəlib. Bir gün öncə Tural Sarıyev (51 kq) də yarımfinal görüşündən qələbə ilə ayrılıb.
Rəhimovadan əvvəl isə Mehparə Məmmədova (48 kq) və Şəmsi Şahbazov (71 kq) festivalı bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda final döyüşləri avqustun 24-də və 25-də keçiriləcək.
21-08-2023, 18:50
İdmançımız festivalda finala yüksəldi


İdmançımız festivalda finala yüksəldi

Azərbaycanın yunan-Roma güləşi üzrə idmançısı Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında finala yüksəlib.
Ölkəmizi təmsil edən güləşçi Sərxan Məmmədov (130 kiloqram) yarımfinalda İran təmsilçisi Soheyl Yousefi Sanganini məğlub edib və finala yüksəlib.
Xatırladaq ki, bu gün yunan-Roma güləşi üzrə daha 3 idmançımız - Elvin İbadov (55 kiloqram), Ziya Babaşov (63 kiloqram) və Səid Axundzadə (82 kiloqram) növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.
21-08-2023, 14:03
İdmançımız Koreyada keçirilən turnirdə qızıl medal qazandı


İdmançımız Koreyada keçirilən turnirdə qızıl medal qazandı

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq parataekvondo turnirində qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl
Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa çempionatında da eyni nəticəni göstərib.
19-08-2023, 14:20
“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Bakıya gəldi


“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Bakıya gəldi

“Qarabağ” klubunun anlaşdığı rusiyalı qapıçı Andrey Lunyov Bakıya gəlib.
32 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
Sözləşmənin müddətinin 1 illik olacağı gözlənilir.
Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.
18-08-2023, 23:52
Qadın voleybolçulardan ibarət komandamız ilk qələbəsini qazandı


Qadın voleybolçulardan ibarət komandamız ilk qələbəsini qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.
Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşıb.
Almaniyanın Düsseldorf şəhərində oynanılan qarşılaşma millimizin 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi eyni hesabla məğlub edib.
Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparırlar. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!