Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər .....                        “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu” - Saakaşvili .....                        Azərbaycan millisinin baş məşqçisi vəzifəyə təyin edildi .....                        Azərbaycanın layihələri sanksiyalardan azad edildi .....                        Daha 45 fələstinlinin cəsədi təhvil verildi .....                        Fenomenə çevrilmiş dilənçi qız saxlanıldı .....                        100 illik saziş qüvvəyə mindi .....                        Ramil Həsən Ceyhun Bayramovun qəbulunda .....                        Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                       
Tarix : 11-04-2017, 18:55
Ticarət festivallarında xidmət haqqının 50 faizi Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid ediləcək

“Tax Free” çərçivəsində təşkil edilən ticarət festivallarında alıcıya ödəniləcək əlavə dəyər vergisindən tutulan xidmət haqqının 50 faizi Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid ediləcək.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.

Qaydaya əsasən operator ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən elektron vergi hesab-fakturalarının (e-VHF) tərtib edilməsinə, həmin e-VHF-lər barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən dövlət orqanıdır. Operatorun səlahiyyətlərini Vergilər Nazirliyi həyata keçirir. Operatorun göstərdiyi xidmətlərə görə alıcıya ödəniləcək ƏDV məbləğindən 20 faiz həcmində xidmət haqqı tutulur. Qaydaya əsasən xidmət haqqı vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması, proqram təminatının və vahid məlumat bazasının yaradılması və idarə edilməsinin təmin edilməsinə yönəldilməli idi.

Dəyişikliyə əsasən bundan sonra xidmət haqqının 50 faizi vergi orqanlarının büdcədənkənar gəlirlərinə aid edilməklə, malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması, proqram təminatının və vahid məlumat bazasının yaradılması və idarə edilməsinin təmin edilməsinə yönəldiləcək, 50 faizi isə Mədəniyyət və Turizm Nazirliyinin büdcədənkənar gəlirlərinə aid edilməklə, ticarət festivallarının təşkili ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün istifadə ediləcək.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!