Rusiyada azərbaycanəsilli polis rəisi saxlanıldı - VİDEO .....                        Azərbaycan-Ermənistan sülh danışıqlarını yaxından izləyirəm - Ərdoğan .....                        İtkin düşən qadın sosial şəbəkə vasitəsilə tapıldı .....                        Salyanda avtomobil kanala aşdı - 3 nəfər öldü .....                        Bu ölkə Rusiyaya milyonlarla mərmi göndərdi .....                        Açıq havada qalmayın - XƏBƏRDARLIQ .....                        6 nəfər imtahandan qovuldu .....                        PKK-nın 11 düşərgəsi ləğv ediləcək .....                        Ukrayna polkovnikini öldürən rus agentləri zərərsizləşdirildi .....                       
Tarix : 16-03-2017, 12:05
Bakıda ilk dəfə Beynəlxalq Şopinq Festivalı keçiriləcək
Bu gün Bakıda 2017-ci ildə ilk dəfə keçiriləcək Beynəlxalq Şopinq Festivalına həsr olunan rəsmi təqdimat mərasimi keçirilib.
Butov.az-ın “Ölkə.Az”-a istinadən məlumatına görə təqdimat mərasimində Azərbaycan Turizm Şurasının sədri, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Şura üzvləri – Vergilər nazirinin müavini Sahib Ələkbərov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova və media nümayəndələri iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib ki, ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına indidən bir çox ölkələrdə maraq yaranıb:

“Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər yerlərdən ölkəmizə turist və müştəri axını gözlənilir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli Sərəncamı bu sahənin gələcək inkişafı üçün yeni mərhələ açır. Sərəncama əsasən həyata keçiriləcək tədbirlərdən biri də paytaxtda şopinq festivallarının təşkilidir. Bu il festival aprelin 10-dan mayın 10-dək davam edəcək”.

Vergilər nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, festivalın keçirilməsində əlavə dəyər vergisinin (ƏDV) qaytarılması işi Vergilər Nazirliyinə həvalə olunub:

“Burada da heç bir problem olamayacaq. Festival zamanı bir gün ərzində 100 manatdan artıq alış-veriş edən insanlara ƏDV qaytarılacaq.

Ticarət mərkəzlərində lazımı avadanlıqlarla bağlı heç bir problem yoxdur”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!