24-01-2023, 22:16
Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - DeputatXarici İşlər Nazirliyində Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov deyib. Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?.Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.
24-01-2023, 15:07
XİN rəhbəri Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətindən danışdıZəngəzur dəhlizi bütün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyacaq. Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir, həmçinin Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonundan Naxçıvan Muxtar Respublikasına nəqliyyat dəhlizinin yaradılması istiqamətində görülən tədbirlərin vacibliyini vurğulayıb.
24-01-2023, 14:59
Sabaha olan hava şəraiti - Buludlu, yağmursuz olacaqAzərbaycanda yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
24-01-2023, 14:55
Dərmanların qiymət artımını aradan qaldırmaq lazımdır - DeputatQiymətlər günü-gündən artır. Dünən bir dərman alırsan, bu gün görürsən ki, həmin dərmanın qiyməti iki qatına çıxıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib. Dərmanların bahalaşmasından şikayətlənən deputat dövlət qurumlarını bunun qarşısını almağa çağırıb: “Bunun qarşısını almaq lazımdır. Mənim təklifim budur ki, bəzi dövlət qurumlarını bura dəvət etməliyik. Onlardan soruşmaq lazımdır ki, fikirləri nədir, nə etmək istəyirlər? Onlar hara baxırlar, Səhiyyə Nazirliyinə dərman qiymətinin artımı ilə bağlı zəng edirsən, deyirlər ki, bu işə Tarif Şurası baxır. İndi biz bununla bağlı kimə müraciət etməliyik?”.
24-01-2023, 14:44
Ağır çəkili nəqliyyat vasitələrinə “bir pəncərə” prinsipi tətbiq olunacaqİri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək. Bu, “Avtomobil nəqliyyatı” və Dövlət rüsumu haqqında qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə görə, xüsusi icazənin verilməsi üçün daşıyıcı yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ediləcək.
24-01-2023, 14:39
Ay sonuna qədər sosial yardımlar əlavə ödənişlə veriləcəkYanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
24-01-2023, 00:02
Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq - PrezidentAzərbaycan sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiqdir. Bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
23-01-2023, 23:32
Nəqliyyat vasitələrinə örtük vurulmasıyla bağlı qərar qəbul edildiNəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiqlənib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
• minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
• yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərti ilə plyonka çəkilməsinə yol verilir.
23-01-2023, 18:26
Xüsusi qruplar var ki, İranla bağlı fikirlərə əngəl olmağa çalışırlar - Deputat“Xüsusi öyrədilmiş qruplar var ki, sosial şəbəkələrdə İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. "Bununla bağlı mənim də polemikam olub. Son vaxtlar İranla bağlı məsələlər göz qabağındadır. Dini sahədə proseslər gedir, dövlət tərəfindən addımlar atılır. İndi qarşı tərəfdən sosial şəbəkələrdən də addımlar var. Xüsusi öyrədilmiş qruplar var ki, İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar. Bunun qarşısını almaq üçün islahatlar aparmaq lazımdır”, - deyə deputat vurğulayıb. Parlamentari, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən söz açıb: “Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun qəbul olunarkən gördük ki, partiya sədrləri qanuna qarşı çıxmağa çalışırdılar. Bəzi siyasi partiya sədrləri təxribatlara əl atırdılar. Görürdük ki, partiya sədrləri söz alıb, müzakirəni pozmağa çalışır, ya da iclas davam edərkən çölə çıxırdılar. Amma onların qarşısı peşəkarcasına alındı”.
23-01-2023, 17:40
Azərbaycan Avropa parlamentinin iclasına dəvət olunmadıBu gün Avropa Parlamentinin Xarici əlaqələr
komitəsinin iclası keçiriləcək. İclasda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək. Azərbaycan tərəfi isə iclasa dəvət olunmayıb. Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu ildə keçirilmiş son seçkilərdən sonra Avropa Parlamenti xeyli radikallaşıb, populistlərin sayı xeyli artıb. Azərbaycan diplomatının sözlərinə görə, qatı solçular və sağçılar demək olar Avropa Parlamentinin intellektual və peşəkarlıq səviyyəsini gözəçarpan dərəcədə aşağı salıb. “Avropa Parlamentinin qəbul etdiyi sənədlər tövsiyə xarakteri daşıdığına görə, Avropa İttifaqının icraedici qurumları onları ciddi qəbul etmir, amma müəyyən dərəcədə də parlamentarilərdən ehtiyat edərək çəkinirlər. Din və irqçilik zəminində ermənilərin burada dostların sayı böyükdür. Azərbaycanın, eləcə də Türkiyənin güclənməsi bunları çox narahat edir. Fransaya gəldikdə, onların sayı və imkanları burada çoxdur. Fransanın son zamanlar bizə qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti burada açıq şəkildə görünür. Xarici əlaqələr komitəsinin rəhbərinə görüşlərimiz zamanı dəfələrlə bildirmişik ki, komitədə çıxış etməyə hazırıq: tək və ya ermənilərlə birgə. Səməd Seyidov da dekabrda burada görüşdə onlara bu barədə müraciət edib. Cavab vermədilər. Adətən komitə istədiyi adamları iclaslara dəvət edir. Ya özləri ermənini dəvət ediblər, ya da o, özü müraciət edib, bilmirəm - hər iki halda komitənin mövqeyi tənqidə layiqdir, çünki Azərbaycan barədə erməni ilə söhbət aparırlar, amma bizi dəvət etməyiblər. Bununla bağlı Səməd Seyidov komitənin sədri David McAllisterə keçən həftə yazılı müraciət edib, amma cavab yoxdur”, - Vaqif Sadıqov qeyd edib.