25-02-2023, 15:42
İlham Əliyev Türkiyədə işgüzar səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.
25-02-2023, 15:35
“Qarabağ” UEFA-da dəyişməz mövqeyini qoruyub saxlayıbAvrokubokların növbəti oyun həftəsi başa çatıb. Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub. Matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu səbəbdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür. Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.
25-02-2023, 15:02
Sabahın hava proqnozu Azərbaycanda fevralın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
25-02-2023, 00:01
İlham Əliyevə Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik - ZelenskiBiz Azərbaycan Prezidenti İlham Əliyev ilə əlaqə saxlayırıq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında bildirib. “Biz ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edirik", - Ukrayna lideri deyib. Zelenski əlavə edib ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət edir. "Əsas məsələ budur", - o vurğulayıb.
24-02-2023, 23:42
Damla ailənin ilk övladıdır. 5 yaşı var. Başında aşkarlanan şiş səbəbiylə təcili əməliyyat olunmalıdır. Atası Araz Heybətov qızını bir çox həkimlərin müayinə etdiyini bildirərək, son nəticədə həkimlərin bu əməliyyatın Türkiyədə mümkün olduğunu bildirdi. Əməliyyatın məbləği 22 000 manat civarındadır. Lakin ailənin maddi vəziyyəti çox aşağıdır (valideynləri, daha iki körpə övladı və ailənin yükü tək bir atanın çiyinlərindədir. Stabil işi və məvacibi olmayan ata isə 3 körpənin və ailənin ehtiyaclarını ödəmək üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır). Damlanın əməliyyatı üçün lazım olan məbləğin toplanması məqsədilə onun adına hesab açılıb.
Hər birimiz bu qızcığazın yaşama ümidinə gücümüz çatdığı qədər dəstək olaq - hər 1 manat bir həyat deməkdir... Damlanın atası Araz Heybətovun əlaqə nömrəsi: (055) 292 75 13
24-02-2023, 20:57
Ceyhun Bayramov türkiyəli həmkarıyla telefonda danışıbTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı olub. Bu barədə Türkiyə XİN-dən bildirilib. Qeyd olunub ki, danışıqlar zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.
24-02-2023, 20:53
Azərbaycanla Özbəkistan arasında 11 sənəd imzalandıBu gün Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İmzalanan sənədlər arasında Özbəkistan-Azərbaycan İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası Saziş, Xivə və Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşma haqqında sənədlər mövcuddur. Həmçinin, 2023-2025-ci illər üzrə Daşkənd Şəhər İcra Hakimiyyəti ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəni-humanitar sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi haqqında Yol Xəritəsi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Özbəkistanın Alkoqol və Tütün Bazarının Tənzimlənməsi və Şərabçılığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, forum çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu, “AzerGold” QSC və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumuna da imza atılıb. Bildirilib ki, "Mega Invest Industrial" MMC şirkəti ilə "NABUCCO A&C" şirkəti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum, “Cahan Sənaye Kompleksi” MMC ilə "Azimut Plus" MMC arasında əməkdaşlıq üzrə Saziş də imzalanıb. Qeyd edək ki, bu gün Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmilərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
24-02-2023, 20:42
Şuşa Özbəkistanın Xivə şəhəriylə qardaşlaşıbŞuşa şəhəri Özbəkistanın Xivə şəhəri ilə qardaşlaşıb. Bu barədə "Sputnik Özbəkistan" nəşri məlumat yayıb. Daşkənd şəhərində Özbəkistan-Azərbaycan birinci regionlararası forumu çərçivəsində iki ölkənin digər şəhərləri də qardaşlaşıb. Belə ki, Lənkəran – Buxara, Şəki – Kokand, Gəncə - Səmərqənd şəhərlərinin qardaşlaşması barədə sənəd imzalanıb.
24-02-2023, 20:38
İrəvan nəzarət-buraxılış məntəqələriylə bağlı təklifi məqbul saymır"Rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistan danışıqlardan yayınır və heç bir izah vermədən təklifdən imtina edir. "Son iki ildə Laçın yolu ətrafında çox böyük qanun pozuntusu halları baş verib. Yoldan qanunsuz istifadələr var idi. Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara məlumat verilib, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri üçün brifinqlər keçirilib. Burada müxtəlif istiqamətlər üzrə yüzlərlə fakt var idi. Təbii ki, bu da Azərbaycan cəmiyyətinin haqlı narazılığına səbəb olmuşdu. Eyni zamanda dekabrda başlamış etirazların səbəbi də məhz Laçın yolundan qanunsuz məqsədlərlə istifadə ilə bağlı idi", - deyə XİN başçısı vurğulayıb.
24-02-2023, 20:33
Cinayət törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar - NazirErmənistan bəşəriyyətə qarşı cinayətlərinə İkinci Qarabağ müharibəsi dövründə də davam edib. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib. “Döyüş meydanından uzaqda olan Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə və infrastruktura hücum edərək Ermənistan 2020-ci ildə də 1992-ci ildə törətdiyi eyni müharibə cinayətlərinə baş vurdu. Amma bu zaman o, daha çox mülki itkilərə səbəb olmaq üçün kasetli bombalar, raket sistemləri də daxil olmaqla daha ölümcül silahlardan istifadə etdi. Ermənistanın və onun həm keçmiş, həm də hazırkı rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıması bir sıra beynəlxalq müstəqil mənbələr tərəfindən tanınıb və sənədləşdirilib. Təəssüf ki, Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər”, - deyə XİN başçısı vurğulayıb.