Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-02-2024, 21:31
“Qarabağ” rəqibini darmadağın etdi


“Qarabağ” rəqibini darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.
“Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən “qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.
Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu matç Kaxaber Sxadadzenin “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra ilk oyunu olub.
28-02-2024, 21:14
Ermənistanın bəzi media kanalları dezinformasiya yayır - MN


Ermənistanın bəzi media kanalları dezinformasiya yayır - MN

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial
media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur.
28-02-2024, 21:02
Bayramov və Mirzoyanın görüşündən fotolar


Bayramov və Mirzoyanın görüşündən fotolar

Xəbər verdiyimiz kimi, bu gün Almaniyanın Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.
Almaniyanın xarici işlər naziri Annanela Berbok ikitərəfli danışıqlardan sonra həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb.
Görüşlərdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunub.
Üçtərəfli görüşdən əvvəl Berbok həmkarları ilə gəzərək söhbətləşib. Berlin görüşündən çəkilən fotoları təqdim edirik:


28-02-2024, 20:07
Rusiya təhlükəsizliklə bağlı hər hansı funksiyanı yerinə yetirə bilməz - Paşinyan


Rusiya təhlükəsizliklə bağlı hər hansı funksiyanı yerinə yetirə bilməz - Paşinyan

Rusiya sərhədçilərinin Sünik vilayətinin Nerkin And yaşayış məntəqəsi ərazisində olmaq üçün mandatı yoxdur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
“Rusiya sərhədçilərinin iştirakı ilə bağlı heç bir mandat və ya razılaşma yoxdur. Bu o deməkdir ki, Rusiya sərhədçiləri orada təhlükəsizliklə bağlı hər hansı funksiyaları yerinə yetirə bilməzlər, güman edilir ki, bundan müəyyən nəticələr çıxarılmalıdır”, - Paşinyan deyib.
Qeyd edək ki, sözügedən kənd Azərbaycanla sərhəddə yerləşir.
28-02-2024, 19:13
Rəsulzadənin Ankarada yerləşən məzarı abadlaşdırılır


Rəsulzadənin Ankarada yerləşən məzarı abadlaşdırılır

"Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə Sərəncam imzalayıb".
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dövlət başçısının Sərəncamını əsas tutaraq görkəmli ictimai-siyasi xadimin Ankara şəhərindəki Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılmasına başlayıb.
“Həyata keçirilən fəaliyyət Türkiyənin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilir və M.Ə.Rəsulzadənin vəfat ildönümü olan 6 mart tarixinə qədər yekunlaşması nəzərdə tutulur”, - məlumatda bildirilir.
28-02-2024, 18:54
“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı” – QHT sədri


“Belə tədbirlərin ümumrespublika səviyyəsində təşkil edilməsi daha faydalı olardı” – QHT sədri

"Ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyasına, onların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına dəstək məqsədilə "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri keçirilir. Təəssüf ki, bu tədbirlərin əhatə dairəsi geniş deyil”.
Bu fikriləri "Uşaqların Gələcəyi Naminə" İctimai Birliyin sədri Könül Quliyeva açıqlamasında bildirib. QHT sədri qeyd edib ki ölkədə 50-yə yaxın ali təhsil müəssisəsi fəaliyyət göstərdiyi halda 2019-cu ildə yalnız 14 ali məktəbdə belə tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərin hər il bütün ali təhsil müəssisələri, eləcə də orta ixtisas və peşə təhsili müəssisələri cəlb edilməklə iki dövlət qurumunun birgə təşkilatçılığı ilə ümumrespublika səviyyəsində təşkil edilməsinin daha faydalı olduğunu da vurğulayıb.
Qeyd edək ki, “Karyerada ilk addım” devizi altında məşğulluq tədbirlərində tələbə və məzunlar işəgötürənlərə şəxsi məlumatlarını təqdim edir, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanırlar. Bu tədbirlər zamanı təcrübə proqramlarında iştirak etmək istəyənlərin qeydiyyatı aparılır, məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə iştirakçılara məlumatlar verilir.

Pərvanə FƏRHADQIZI
28-02-2024, 18:52
Ermənistan konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir


Ermənistan konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarının, qeyri-konstruktiv mövqe və ritorikasının davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
28-02-2024, 17:46
Azərbaycan və Ermənistan XİN Başçılarının üçtərəfli görüşü davam edir


Azərbaycan və Ermənistan XİN Başçılarının üçtərəfli görüşü davam edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.
Bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda görüş davam edir.
28-02-2024, 17:17
Növbəti köç karvanı Laçına çatdı - FOTO


Növbəti köç karvanı Laçına çatdı - FOTO

Fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb. Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, mərasimdə Komitə və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.





28-02-2024, 16:59
Bizim olan nə varsa, Azərbaycanındır - Cahit Baxçı


Bizim olan nə varsa, Azərbaycanındır - Cahit Baxçı

Bizim olan nə varsa, Azərbaycanındır.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı “X”də yazıb.
O, Azərbaycanda səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpayla görüşdüyünü bildirib.
Səfir qonağa görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Ş.Alpay Azərbaycanda rəsmi səfərdədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!