Zəngəzur dəhlizi bəhanədir! .....                        Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                       
22-05-2025, 16:32
Qukasyan da həmin görüşdə iştirak edib


Qukasyan da həmin görüşdə iştirak edib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrsoyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub.
Videomaterialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb.
O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb.
Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: “Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir".
L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir.
Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü taleyüklü məsələ adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı idi.
A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı.
Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
22-05-2025, 15:46
Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi


Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycanda etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilib.
Bu, Prezident İlham Əliyevin “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiq etməsi ilə mümkün olub.
22-05-2025, 15:39
Məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi - İşxanyandan etiraf


Məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi - İşxanyandan etiraf

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan "Daşnaksütyun” tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: “Daşnaksütyun” 1990–1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. “Daşnaksütyun” təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. “Daşnaksütyun” bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, “Daşnaksütyun” partiyası 1990–1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam”.
Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: “Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol – sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm”.
Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İşxanyan videomaterialda “Daşnaksütyun”un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
22-05-2025, 15:30
İmişlidə qəza zamanı maşın yandı - Xəsarət alanlar var


İmişlidə qəza zamanı maşın yandı - Xəsarət alanlar var

İmişli rayonunda qəza nəticəsində idarəetmədən çıxaraq yol kənarına düşən avtomobil yanıb.
Hadisə günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb. Sahib Həşimovun idarə etdiyi "Peogeut" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına düşüb və avtomobildə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, həmçinin İmişli rayon Təcili Təxirə Salınmaz Tibbi Yardım əməkdaşları cəlb edilib.
Yanğın söndürülüb, qəza zamanı xəsarət alan sürücü və avtomobildə olan sərnişin İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
22-05-2025, 14:58
Baş prokuror Vyanada işgüzar səfərdədir - FOTO


Baş prokuror Vyanada işgüzar səfərdədir - FOTO

Mayın 22-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.
Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən ölkəmizin COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib.
Tədbiri giriş sözü ilə açan BMT Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali Azərbaycanın COP29-u uğurla keçirdiyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın BMTNCİ ilə səmərəli və konstruktiv əməkdaşlığını alqışlayaraq, bu tərəfdaşlığın qlobal səviyyədə ədalət, təhlükəsizlik və ətraf mühitin qorunması sahələrində daha geniş miqyaslı təşəbbüslərə yol açdığına əminliyini ifadə edib.
Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, bu mötəbər tədbirin nəticələrinin qlobal miqyasda əhəmiyyət kəsb etdiyini qeyd edib.
O, həmçinin COP29 çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun və BMTNCİ-nin birgə təşkilatçılığı, Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin isə həmsədrliyi ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” mövzusunda yüksək səviyyəli tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.
COP29-un ölkəmizdə keçirilməsinə, habelə ətraf mühitin mühafizəsi və Azərbaycanın ekoloji cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş olunub.
Daha sonra Madaqaskarın ətraf mühit və davamlı inkişaf naziri Maks Fonteyn tədbirə video müraciət ünvanlayaraq, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahəsində ölkəsinin həyata keçirdiyi təşəbbüslər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.
Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev və BƏƏ-nin Daxili İşlər Nazirliyinin idarə rəisi Əhməd Əl-Zəruni çıxış edərək, ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının rolu, bu istiqamətdə tətbiq olunan effektiv mexanizmlər və həyata keçirilmiş uğurlu tədbirlər barədə ətraflı təqdimatlarla çıxış etmişlər.
Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, iqlim və ekoloji hüquq üzrə ekspertlər, eləcə də müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.




22-05-2025, 14:39
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI


İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Həsənov Ərəstun Həsənağa oğlu

Qənbərov Mirsalam Böyükağa oğlu

Sefiyev Amil Mirdaməd oğlu

Şiralıyev Mayıs Ağahüseyin oğlu

Tarverdiyev Qafar Hüseyn oğlu


“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Aslanov İlqar Vaqif oğlu

İbadova Sevinc Qafar qızı.
22-05-2025, 14:14
Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi


Bakıda şagird sinif yoldaşına xəsarət yetirdi

Mayın 22-də 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur - red.) mübahisə zamanı yüngül xəsarət yetirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məsələ ilə bağlı bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib:
"Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur".
22-05-2025, 13:48
Xankəndidə ilk dəfə 51 abituriyent qəbul imtahanı verəcək


Xankəndidə ilk dəfə 51 abituriyent qəbul imtahanı verəcək

Xankəndi şəhərində 51 abituriyent qəbul imtahanı verəcək və bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.
Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.
Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.
22-05-2025, 13:42
34 nəfərin Xocalı həsrəti sona çatdı - FOTO


34 nəfərin Xocalı həsrəti sona çatdı - FOTO

Mayın 22-də Xocalının Ballıca kəndinə və Xocalı şəhərinə növbəti köç oldu. Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir deyən M.Əfəndiyev bildirib ki, bu təkçə bir köç deyil, bu, qələbənin səbirlə gözlənən zəfərin, evə qayıdışın simvoludur:Sizə elinizdə, evinizdə xoşbəxt, firavan həyat sürməyi arzulayırıq. Hər zaman da yanınızdayıq. Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.

***

12:07

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı mayın 22-də Ağdamdan Xocalıya yola salınıb.
Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülür.
Doğma yurda yola düşən keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.





22-05-2025, 13:35
Xocalıya növbəti köç

Xocalıya növbəti köç

Mayın 22-də Xocalının Ballıca kəndinə və Xocalı şəhərinə növbəti köç oldu. Bu gün daha 34 nəfərin Xocalı həsrəti sona çatdı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xocalı şəhəri və Ballıca kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub. Öz doğma evinə qayıdan keçmiş məcburi köçkünlər qarşısında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. İllərlə həsrətini çəkdiyimiz, ürəyimizdə yaşatdığımız Xocalı bu gün yenidən dirçəlir deyən M.Əfəndiyev bildirib ki, bu təkçə bir köç deyil, bu, qələbənin səbirlə gözlənən zəfərin, evə qayıdışın simvoludur:Sizə elinizdə, evinizdə xoşbəxt, firavan həyat sürməyi arzulayırıq. Hər zaman da yanınızdayıq. Xatırladaq ki, bununla da ümumilikdə Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailə, Xocalının Ballıca kəndinə isə 180 ailə - yəni 840 nəfər köç edib.





[center]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!