TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
24-01-2026, 17:09
Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi


Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi

Xocalı faciəsinin tanınmış siması, Xocalı sakini İlham Quliyev
bu gün vəfat edib.
Bu barədə onun bacısı oğlu Etibar Quliyev məlumat yayıb.
O dayısı Xocalını görmədən dünyasını dəyişdiyini deyib.
Qeyd edək ki, İlham Quliyev Xocalı faciəsinin şahidlərindən biri idi. O faciə baş verən gecə yaşanan bütün dəhşətləri gözü ilə görmüşdü. İlham Quliyev qucağında yaş yarımlıq uşaqla çəkilən fotosu ilə məşhurlaşmışdı. Sonralar o, müsahibəsində onun Samir adlı körpə olduğunu və elə qucağındaca keçindiyini demişdi.
24-01-2026, 16:56
ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır


ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır

Moldova və ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır.
İki ölkənin enerji nazirləri Dorin Yunqietu və Kris Rayt Şaquli Qaz Dəhlizinin inkişaf perspektivlərini müzakirə etdilər.
2024-cü ildə Moldova və Ukrayna Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstanı da birləşdirən Şaquli Qaz Dəhlizinə qoşulub. 2016-cı ildə yaradılan nəqliyyat marşrutu Trans-Balkan Qaz Boru Kəmərini birləşdirir və Yunanıstandan Moldovaya və Ukraynadakı yeraltı anbarlara qaz tədarükünü təmin edir.
Dəhliz həm Azərbaycandan boru kəməri qazını, həm də Yunanıstandakı Revithusa və Aleksandrupolis terminalları vasitəsilə ABŞ-dan gələn təchizat da daxil olmaqla, mayeləşdirilmiş təbii qazı nəql etmək qabiliyyətinə malikdir.
24-01-2026, 15:26
Dəm qazından ölən gənc şəhid əmisinin adını daşıyırmış - YENİLƏNİB


Dəm qazından ölən gənc şəhid əmisinin adını daşıyırmış - YENİLƏNİB

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.
Mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.
1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.
Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.

***

12:33

Qusarda gənc oğlan dəm qazından boğulub.
Hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb.
21 yaşlı Fəzail Əbiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Gəncin həyatını xilas etmək mümkün olmayıb.
24-01-2026, 15:09
Deputat partiya sədri seçildi


Deputat partiya sədri seçildi

Ana Vətən Partiyasının qurultayı başa çatıb.
Partiyanın yeni sədri Milli Məclisin deputatı Günay Ağamalı seçilib.
Faktı partiyanın sabiq sədri, eyni zamanda Günay Ağamalının atası Fəzail Ağamalı təsdiqləyib.
Qeyd edək ki, Günay Ağamalı bakalavr təhsilini Qərb Universitetində tərcüməçilik-dilşünaslıq ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dillər Universitetində alıb. Onun ilk iş yeri Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Tərcümə Araşdırmalar Mərkəzi olub. Burada əvvəlcə mütəxəssis, daha sonra isə baş mütəxəssis vəzifələrində çalışıb.
Daha sonra Günay Ağamalı Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya ixtisası üzrə təhsil alıb və eyni ixtisas üzrə doktorantura pilləsini də tamamlayıb.
2024-cü il parlament seçkilərində Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı namizəd kimi qızının irəli sürüldüyünü açıqlayıb. Günay Ağamalı hazırda VII çağırış Milli Məclisdə Ana Vətən Partiyasını təmsil edən yeganə deputatdır. Qeyd edək ki, o, Ana Vətən Partiyasında daha əvvəl Qadınlar Şurasının sədri seçilib.
Hazırda Günay Ağamalı Azərbaycan–Sudan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
Deputat seçilənədək Günay Ağamalı “Buta” körpələr evi-uşaq bağçasının rəhbəri kimi fəaliyyət göstərib.
24-01-2026, 00:12
Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA


Küçədə qalan ana və oğlu barədə RƏSMİ AÇIQLAMA

“Tovuz rayonunda ana və 11 yaşlı övladının küçə mühitində yaşaması ilə bağlı daxil olmuş məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülüb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial media hesabında yazıb.
O bildirib ki, aparılmış ilkin araşdırmalar və mövcud vəziyyətin qiymətləndirilməsi nəticəsində aidiyyəti qurumlarla birgə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Tovuz Rayon İcra Hakimiyyəti tərfindən 11 yaşlı uşaq Rayon Mərkəzi Xəstəxanasına, ana isə ixtisaslaşmış tibbi yardımın göstərilməsi məqsədilə psixiatriya profilli tibb müəssisəsinə yerləşdirilib.
Uşağın sağlamlıq vəziyyəti xəstəxanada müvafiq tibbi müayinələrdən keçirildikdən sonra onun mənafeyinin, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.
Məsələ aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və uşağın hüquqlarının qorunması istiqamətində müvafiq işlər davam etdirilir”, - deyə o əlavə edib.
23-01-2026, 23:44
Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR


Kirayə yolu ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda mənzilə çıxış imkanlarının artırılması və sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən kirayə evlər layihəsi üzrə yeni mərhələnin başlanması gözlənilir.
Layihəyə artan maraq fonunda İpoteka və Kredit Zəmanət Fondu yaxın dövrdə kirayə mənzil fondunun genişləndirilməsi istiqamətində əlavə addımlar atmağı planlaşdırır.
Gələn il vətəndaşların tələbatı nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yeni kirayə mənzillər alınaraq istifadəyə veriləcək. Hazırda layihə çərçivəsində Bakı şəhərində 8, Abşeron rayonunda 6, Sumqayıt şəhərində isə 3 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşlara təqdim olunub.
Yalnız bu il ərzində Bakı şəhərinin Binəqədi rayonunda Cəfər Xəndan küçəsində və Biləcəri qəsəbəsində, Sumqayıt şəhərində isə Sülh prospektində və Sahil küçəsində yerləşən yaşayış sahələri kirayəçilərin istifadəsinə verilib.
Qeyd edək ki, kirayə mənzil fondu üzrə işlər hazırda da davam etdirilir və yaxın perspektivdə layihənin coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.
23-01-2026, 23:11
Sabiq deputata yeni vəzifə verildi


Sabiq deputata yeni vəzifə verildi

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı keçirilib.
Yığıncaqda səsvermə ilə Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib.
Sabiq deputat daha əvvəl Dünya Alpaqut Federasiyasının (DAF) Prezidenti vəzifəsində çalışıb və ötən il bu vəzifədən istefa verib.
23-01-2026, 21:25
“Neftçi” “Zirə” ilə heç-heçə etdi


“Neftçi” “Zirə” ilə heç-heçə etdi

Azərbaycan Premyer Liqasında 2026-cı ilin ikinci görüşü keçirilib.
“Neftçi” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Turun açılış matçında “İmişli" ilə “Araz-Naxçıvan” qollu heç-heçə edib - 2:2.
23-01-2026, 20:10
1000-dən çox taksi sürücüsü imtahandan keçdi


1000-dən çox taksi sürücüsü imtahandan keçdi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı, Gəncə və Bərdə şəhərlərində test imtahanı keçirilib.
DİM-dən bildirilib ki, imtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr, həmçinin DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 1683 namizəd qeydiyyatdan keçib. Onlardan 1593 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1074 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Bir namizədin üzərində mobil telefon aşkar edildiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 26 və 27 yanvar tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.
23-01-2026, 19:16
İranda Azərbaycan dili tədris olunur?


İranda Azərbaycan dili tədris olunur?

Hazırda Təbriz şəhərində Azərbaycan dili üzrə fəaliyyət mövcuddur.
Bunu İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə bildirib.
“Hazırda Təbrizdə azərbaycan dilində mədəniyyət otağımız var. Konstitusiyamızda ana dilində dərs qanunidir. Mədəniyyət və konstitusion çərçivə əsasında Azərbaycan dilində yayımlanan ümumilikdə dörd televiziya kanalı fəaliyyət göstərir. Bu kanallar vasitəsilə Azərbaycan dilində mədəniyyət və digər mövzular üzrə proqramlar yayımlanır”,- deyə o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!